Pezeşkian “qırmızı xətt”i pozacaq?
İranın Ermənistandakı səfiri Mehdi Sübhani son açıqlamasında Tehranın Zəngəzur dəhlizi layihəsinin reallaşmayacağına əmin olduğunu deyib.

Sübhani İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb və onu “Tehranın qırmızı xətti” adlandırıb.

Səfirin aktiv anti-Azərbaycan məzmunlu çıxışları niyə dayanmır? Tehrandan ona kim göstəriş verir? İran Prezidenti Məsud Pezeşkian səfiri geri çağıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, İranın xarici siyasət doktrinası bu ölkənin məzhəbçi siyasi sistemi və onun təmsilçisi olan ali dini rəhbər tərəfindən müəyyənləşdirilir:

“İran prezidenti isə bu doktrinanın prinsipləri arasında məhdud manevrlər etmək səlahiyyətlərinə malik olan icraçısıdır. Bu baxımdan, İranda yeni prezidentin olması, siyasi sistemin baxışlarının və xəttinin dəyişməsi kimi qəbul edilməməlidir. Burada şərti “mühafizəkarlar” və şərti “islahatçılar” arasında idarəolunan mübarizə ölkə daxilində süni rəqabət mühiti yaratmaq, xaricdə isə dəyişən reallıqlara və ortaya çıxan yeni çağırışlara reflektiv reaksiya vermək üçündür. Bu səbəblə Pezeşkianın prezident kürsüsünə gətirilməsi ilə İranın ənənəvi siyasətində “U” dönüşünün baş verəcəyini gözləmək sadəlövhlük olardı. İranda diplomatların seçimi və təyinatı prosesi formal olaraq, xarici işlər nazirliyi tərəfindən həyata keçirilir. Səfirlər de-fakto ali dini rəhbər tərəfindən təyin olunur və onun təlimatlarını yerinə yetirirlər.

Qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi, bu ölkənin Ermənsitandakı səfirinin daha öncəki açıqlamalarında aydın şəkildə ifadə olunub”.

Politloqun sözlərinə görə, İran başqa ölkələrin nümayəndələrinin yola nəzarət etməsinin əleyhinədir:

“Zənnimcə, məsələ aydındır və göründüyü kimi rəsmi Tehranın mövqeyini ifadə edən səfir açıq-aşkar 10 noyabr bəyanatının Ermənistanın üzərində öhdəlik kimi qalan prinsipinin həyata keçməsinin əleyhinə çıxış edir. Bu açıqlamanın 3+3 formatında Türkiyədə keçirilməsi nəzərdə tutulan görüşün tarixi ilə bağlı razılaşmanın əldə olunmasından sonra dilə gətirilməsi də təsadüfi deyil. Çox güman ki, Tehran Türkiyədə keçiriləcək görüşdə dəhlizlə bağlı təzyiqlərlə qarşılaşa biləcəyini ehtimal edir və səfirin vasitəsilə bu mövzuda müzakirələr aparmaq niyyətində olmadığını iştirakçı ölkələrin diqqətinə çatdırır.

Şübhəsiz ki, Ermənistanın ərazi bütövlüyü ilə bağlı İran təmsilçilərinin tez-tez dilə gədirdikləri “qırmızı xətt” isterikasının haraya qədər davam edə biləcəyini təxmin etmək mümkün deyil. Amma son 1 il ərzində İran ətrafında və daxilində baş verənləri nəzərə alsaq, Tehranın “qırmızı xətt”lərinin bir qayda olaraq, karandaşla çəkildiyini görə bilərik. Düşünürəm ki, bu məsələdə “pozan”ın nə vaxt işə düşəcəyini gözləmək lazımdır”.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti