Zəngəzurla bağlı durum Rusiyanı hərəkətə gətirdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılmasına dair anlaşmanı pozmaqda ittiham etdi. Lavrovun bu açıqlaması öncə bir xatırlatmadır. Çünki 2020-ci il 10 noyabr sənədində doqquzuncu müddəa bilavasitə Nikol Paşinyanın imzaladığına görə, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirəcək bir nəqliyyat, kommunikasiya sistemi olmaqla bərabər, həm də maneəsiz yük və insanların keçidini təmin etməlidir. Eyni zamanda bu ərazidə nəzarət mexanizmini Rusiyanın sərhəd qoşunlarının yerinə yetirilməsi öhdəliyi var. Bu, təkcə 2020-ci il 10 noyabr sənədi ilə məhdudlaşmır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, digər tərəfdən ikinci bir sənəd var:

“Bu, Nikol Paşinyanın özünün təqdim etdiyi sənəddir ki, o da 2023-ci ilin iyun ayında Rusiya Azərbaycan və Ermənistan arasında müzakirə predmeti olub. Dolayısı ilə qəbul olunub. Burada da sadəcə Ermənistan rəhbərliyinin təqdim etdiyi protokola görə, Ermənistanın bu keçid ərazisində suverenlik və yurisdiksiya tələbi birmənalı olaraq qəbul olunur. Yəni həm Rusiya, həm də Azərbaycan bunu qəbul edir. Sadəcə, bu sənəddə o da vurğulanır ki, Azərbaycandan gələn bütün yük və insanlar gömrük prosedurunu keçəndən sonra bu yolda təhlükəsizliyi təmin edəcək qüvvə Rusiya sərhəd qoşunları olacaq. Bu, Ermənistan rəhbərliyinin təqdim etdiyi sənəddir. Ona görə Lavrov növbəti dəfə belə bir xatırlatmaya ehtiyac duydu ki, yəni ciddi bir dövlət başçısı öz imzasına hörmət etməlidir. Yəni Rusiyanın regionda varlığı bu dəhlizdə nəzarət mexanizmini həyata keçirməsi iki dəfə Ermənistan hökuməti tərəfindən təsdiq olunub. Əlbəttə, bu, həm də təzyiq elementidir.

Çünki Rusiya anlayır ki, özünün regionda geosiyasi varlığını təmin etmək üçün mütləq mənada Zəngəzur dəhlizində mövcud olmalı, proseslərə təsir imkanı olmalıdır. Baxmayaraq ki, bəzən Rusiya rəsmiləri belə bir görüntü yaradırlar ki, guya Zəngəzur dəhlizi nəqliyyat kommunikasiya sistemi Rusiya üçün o qədər də vacib deyil. Ancaq bu belə deyil. Artıq mövcud status-kvo ciddi şəkildə dəyişib. Köhnəyə qayıtmaq, onu bərpa etmək mümkün deyil. Regionda yeni qüvvələr var. Sadəcə, yeni status-kvonun yaradılması uğrunda ciddi bir mübarizə gedir. Eyni zamanda bu mübarizədə regional ölkələrdən başqa qlobal güclər də iştirak edir. Ona görə də Rusiya üçün bu yolun önəminin olmadığını vurğulayan rus məmurları yalan danışır.

Artıq Rusiya məhz bu keçiddə geosiyasi mövcudluğunu təmin etmək üçün heç də Qərbə ABŞ-a güzəştə getmək fikrində deyil. Ona görə bu cür açıqlamalar, təzyiqlər, xəbərdarlıqlar, eyni zamanda təhdidləri biz eşidirik. Bu davam edəcək. Çünki hələ də bu məsələdə aydınlıq yoxdur. Hələ də Ermənistan qüvvələri arasında müəyyən manevr etməyə davam edir. Bu yöndə konkret qərar verməyə tələsmir. Çünki real təhlükələri və risk amillərini gördüyü üçün daha ehtiyatlı davranmağa məcbur olur. Bəs bunun nəticəsidir ki, Azərbaycan bu qlobal mübahisə predmetinə çevrilən bu nəqliyyat kommunikasiya sistemi məsələsini sülh sənədindən ayıraraq ayrıca bir məsələ sənəd kimi baxılmasına razılıq verdi. Doğrudur, Azərbaycan dolayısı ilə bu məsələni mübarizə predmeti olmasından çıxarmaq istəyini ortalığa qoydu. Ancaq bu, həm də müəyyən mənada Ermənistana edilən bir güzəştdir.

Çünki Ermənistan rəhbərliyinin indiki vəziyyətdə bu yöndə qərar vermək problemi var. Bir tərəfdə müxalifət, revanşist qüvvələr, ictimaiyyət başqa bir tərəfdə Rusiya və başqa bir tərəfdə də Qərb dünyası var ki, Paşinyandan konkret tələbləri var”.

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti