Xankəndiyə yaşayış qayıtmalıdır ki, Qarabağı canlandıraq...
Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarda sahibkarların geniştərkibli və azad fəaliyyəti üçün bir sıra zəruri tədbirlər görüləcək.

İyunun 27-də Qarabağda "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçirilib. Tədbirdə çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadi əhəmiyyətinə toxunub. O qeyd edib ki, Ağdam, Füzuli və Cəbrayılda xüsusi sənaye zonalarının yaradılması üçün münasib imkanlar mövcuddur. Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikincidir:

"Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür.

Bununla yanaşı, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir".

Bundan başqa, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür. Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımız şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat əldə ediblər.

Maraqlıdır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarların fəaliyyəti üçün sənaye zonalarının salınması nə dərəcədə vacibdir? Xakəndi şəhəri ölkə iqtisadiyyatına nə kimi töhfə verə bilər? Hər iki zonada sahibkarların fəaliyyət göstərməsi üçün hansı mexanizmlər tətbiq ediləcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın inkişaf edən zonalarına çevrilə bilər:

“SSRİ dövründə Qarabağ və Şərqi Zəngəzura daxil olan rayonlar həm kənd təsərrüfatı, həm maldarlıq, həm də turizm baxımından önəmli ərazilər olub. Həmin ərazilərin iqtisadi verimliliyi çox yüksək idi. İşğal dövrünə qədər Azərbaycan SSRİ-nin həmin ərazilərində iki iqtisadi zona olub. Biri Kəlbəcər-Laçın, digəri isə Yuxarı Qarabağ iqtisadi zonası idi. Hər iki iqtisadi zona Azərbaycan SSRİ-nin iqtisadiyyatına xeyli dividentlər qazandırırdı. Xüsusilə vurğulayım ki, Kəlbəcər, Laçın, Zəngilan və Ağdərə təbii resurslar və mineral ehtiyatlar ilə zəngin olan ərazilərdir. Otuz il işğal dövründə erməni işğalçıları həmin resursları və ehtiyatları qeyri-qanuni şəkildə istismar ediblər. Onu da əlavə edim ki, sovet dövründə Ağdam və Füzulidə sənaye müəssisələri fəaliyyət göstərib, Cəbrayıl və Zəngilanda isə geniş üzümçülük və taxıl sahələri mövcud olub. Yaxın on-on beş il ərzində bu istiqamətdə intensiv işlər görməklə Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin yaradılması, o cümlədən kənd təsərrüfatı sahələrinin salınması daha məqsədə uyğun olardı”.

Ekspertin sözlərinə görə, Xankəndi Azərbaycanın həm sənaye, həm turizm, həm də biznes mərkəzinə çevrilə bilər:

“Sovet dövründə Xankəndidə toxuculuq, ayaqqabı və şərab zavodları, o cümlədən digər sənaye müəssisələri fəaliyyət göstərib. Təbii gözəlliyinə və zənginliyinə görə, Xankəndi turizm mərkəzi də olub. Xankəndinin, ümumiyyətlə, Qarabağ iqtisadi zonasının iqtisadi məhsuldarlığını artırmaq üçün inkişaf proqramları tətbiq olunmalıdır. Bildiyimiz kimi, Qarabağ və Zəngəzur otuz il ərzində işğal altında olduğundan, digər iqtisadi zonalara nisbətən inkişafdan çox geri qalıb. Hər iki zonada maksimum dərəcədə yenidənqurma və bərpa işlər aparılmalı, əhalinin məskunlaşdırılması tamamlanmalı və iqtisadi aktivliyin artırılmasına yönələn obyektlər qurulmalıdır”.

Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda iri, orta və kiçik sahibkarların rahat və azad fəaliyyəti üçün təşviqedici addımlar atılmalıdır:

“Bu istiqamətdə atılan addımların səmərəliyini təmin etmək üçün Sahibkarlığın İnkişaf Fondu yaradılıb. Hər il həmin fondun nizamnamə kapitalı dövlət başçısı və aiddiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir və kapitalın artırılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Bununla bərabər, sahibkarların inkişafına xidmət edən xüsusi mexanizmlər mövcuddur. Dövlət tərəfindən, bir çox sahibkarlara öz biznes sahələrini inkişaf etdirmək üçün subsidiyalar verilir. Sahibkarlığın İnkişaf Fondunun son məlumatında qeyd olunur ki, işğaldan azad olunmuş rayonlarda biznes imkanlarını artırmaqda maraqlı olan sahibkarlara maliyyə dəstəyi veriləcək”.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti