Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
Tanınmış erməni bloger Roman Baqdasaryan Qarabağdan könüllü şəkildə köçən erməniləri kəskin tənqid edib.
TEREF Axar.az-a istinadla xəbər verir ki, o öz kanalında canlı yayımda onları "nankor və xain" adlandırıb:
“Əgər güc strukturlarında bircə nəfər belə mənim öz xəttim ilə etdiyim canlı yayımlarda Qarabağdan gələn ermənilərin işə götürülməməsi haqqında xəbərdarlığımı eşidibsə, bu möhtəşəmdir. Heç bir halda “arsax mtx”nin əməkdaşlarını Ermənistan MTX-yə, “Qarabağ polisi”ni Ermənistan polisinə, müstəntiqləri Ermənistan İstintaq Komitəsinə işə götürmək olmaz. Çünki onlar hamısı bir nəfər kimi xaindir. Bunu anlamaq çox vacibdir. Hazırkı proses isə onların yalnız nankor olduğu deyil, həm də xainliyini, hər an arxadan vura biləcəyini göstərdi”, - o bildirib.
Baqdasaryan Qarabağdan köçən erməniləri Allahı tanımamaqda günahlandırıb:
“Hörmətli qarabağlılar, bəs sizin kilsə və Allaha qarşı hansı münasibətiniz var? Mən sadəcə qarabağlıların kilsə və Allaha hansı münasibətinin olduğunu anlamaq istəyirəm. Əgər siz həqiqətən Allahı sevirsinizsə, kilsəni və Allahı tanıyırsınızsa, onda niyə Ağdamda daşı daş üstündə qoymayıbsınız? Ona görə də məni izləyən qarabağlılardan xahiş edirəm ki, Allahın adını ağzınıza almayın, kilsənin nə olduğunu bildiyinizi deməyin. Sizin inancınız arxasınca getdiyiniz yalançı müqəddəs Baqrat, saxtakar müqəddəs Qaregindir. Sizin inancınız arxasınca getdiyiniz keşişlər kimi saxtadır. Çünki həqiqi keşişlər siyasətdə olmur. Əgər siz həqiqətən Allaha inansaydınız, keşişin arxasınca getməzdiniz. Ona görə də kilsənin nə olduğunu bilmədən, adını çəkmə. Sən yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən şəxssən. Bəs sən bilmirsən ki, yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən Allahı çox qəzəbləndirir? Necə olub ki, bu sizin ağlınıza heç vaxt gəlməyib? Paşinyan, yoxsa Anna Akopyan bunu sizdən xahiş edib? Gəlin başa düşək, bunu sizdən kim istəyib? Əgər Paşinyan istəyibsə, onda onu tənqid etməliyik. Yoxsa siz özünüz bunu edibsiniz? Ona görə də heç vaxt kilsənin sizin tərəfinizdə və hazırkı hakimiyyətə qarşı olduğu haqqında danışmayın. Öz əməllərinizi xatırlayın. Siz hardasınız, kilsə hardadır? Siz hardasınız, Allah hardadır?”
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti