Ardını oxu...
“Ermənistan hakimiyyəti artsax hakimiyyətinə qarşı izaholunmaz nifrətlə doludur və onları talançı və satqın kimi qələmə vermək üçün hər cür səy göstərir. Belə çıxır ki, Ermənistan hökuməti bilərəkdən artsax rəsmilərinə qarşı iddia qaldırır”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın rusiyapərəst mövqeyi ilə seçilən “Hraparak” nəşri yazır.

Məlumatda bildirilir ki, Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyan bir neçə ay əvvəl Qarabağdan Ermənistana keçirilmiş 356 avtomobil haqqında məlumatı Paşinyan hökumətinə “ötürüb və onların taleyini birlikdə müzakirə etməyi və həll etməyi təklif edib”. Hakimiyyət cavab verməyib, mövzunu “yuxuya veriblər” ki, aylar sonra asayiş keşikçiləri öz təşəbbüsləri ilə maşınları ələ keçirib cinayət işi qaldırsınlar”...

Erməni nəşri qeyd edir ki, bu prosesin "maraqlı tərəfi" onun keşiş Baqratın başçılığı ilə “müqəddəs hərəkat”ın Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə etirazların start götürdüyü günlərdə başlamasıdır.

“Bu bəlkə də müqəddəs hərəkatda fəal iştirak edən artsax xalqını mübarizədən yayındırmaq hesabı ilə edilir”,- deyə qəzet yazır.

Bildirilir ki, Xankəndinin sonuncu qondarma “mer”i David Sərkisyan və Əsgəranın sonuncu saxta “mer”i Hayk Şamiryan da "eyni ssenari üzrə həbs ediliblər". İrəvanda qaldırılmış cinayət işi çərçivəsində Azərbaycan ərazisindən gətirilmiş 256 avtomobil müsadirə edilib ki, onlardan 100-dən çoxu separatçı-terrorçu rejimin qondarma “daxili işlər nazirliyi”nin avtomobilləridir...

Xatırladaq ki, Azərbaycan ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyatdan sonra Arayik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan başda olmaqla bir sıra separatçı liderlər həbs edilərək Bakıya gətirilsə də, Samvel Şahramanyan, Samvel Babayan və Vitali Balasanyan kimi bir çox fəallar və hərbi komandirlər sərhədi naməlum şəraitdə keçərək Ermənistana sığına biliblər...


Ardını oxu...
Xankəndidə yeni tədris ilində 2 məktəb, 2 uşaq bağçası fəaliyyətə başlayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunlar Xankəndidə fəaliyyət göstərəcək şəhər 4 saylı orta məktəb və Kərkicahan qəsəbəsində yerləşən təhsil ocağıdır.

Yeni təhsil müəssisələri Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin təhsil almasına xidmət edəcək.

Yerli sakinlər də yeni təhsil ocaqlarının istifadəyə verilməsini böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində körpələr evi-uşaq bağçası da istifadəyə veriləcək. Artıq son tamamlama işləri həyata keçirilir.

Ətraflı süjetdə:

 
Ardını oxu...
44 günlük Vətən müharibəsində qazanılmış zəfər, ötən ilin sentyabrında uğurlu sonluqla bitən anti-terror əməliyyatı və bu ilin əvvəllində Rusiya sülhməramlılarının bölgədən ani ayrılışı Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələndi və beləcə Qarabağa “Böyük Qayıdış” layihəsinin önündəki bütün əngəllər aradan qalxmış oldu. Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifə insanların doğma ata-baba yurdlarına qayıdışını təmin etməkdir.

Vətəndaşlarımızın bu arzusunun gerçəkləşməsi üçün artıq uzun müddətdir işğaldan azad olunmuş regionlarımızda əsas infrastruktur layihələr (dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı) icra edilir, tikinti işlərinin miqyası genişləndirilir. Təbii ki, bütün bu planları həyata keçirmək üçün insanların Qarabağda əmək fəaliyyəti ilə məşğulluq dərəcəsini yüksəltmək tələb olunur.

“AzPolitika” bu barədə kiçik bir araşdırma aparıb və sözügedən regionda təklif olunan işlərlə bağlı məlumatları toplayıb. Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyinin Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə 55 aktiv vakansiya mövcuddur. Vakansiyalar üzrə minimum məvacib 350 manatdan başlayır. Təklif olunan maksimal maaş 5000 manatdır. Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir. Siyahıdan da görünür ki, Qarabağda ən çox usta peşəsinə təlabat var. Ancaq maraqlıdır ki, elə ən aşağı maaş da məhz ustalara təklif olunur. Ustaların aylıq qazancı ortalama 300 – 400 manat təşkil edir. Maaşların nisbətən yüksək olduğu bölgə isə Xankəndidir. Burada bir neçə vakansiya üzrə 5000 manata qədər maaş almaq mümkündür. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar.

Ən çox vakansiyanın olduğu bölgələr isə Kəlbəcər və Füzulidir. Kəlbəcərdə 11, Füzulidə isə 9 aktiv vakansiya var. Bundan əlavə, Zəngilanda və Laçında 5, Cəbrayılda 7, Şuşada 3, Xocavənd 4 , Ağdamda 7 , Xankəndidə 1, Qubadlıda 2, Ağdərədə 1 aktiv vakansiya mövcuddur.

Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:

- Elektrik – 500-1000 AZN - Zəngilan;

- Növbətçi mühəndis – 800-900 AZN – Kəlbəcər;

- Mühasib – 406-518 AZN – Kəlbəcər;

- Sürücü – 350-550 AZN- Kəlbəcər;

- Ekskavator operatoru – 900-1500 AZN – Ağdam;

- Suvaqçı – 350-400 AZN – Şuşa;

- Montyor – 700-800 AZN – Zəngilan;

- Rəngsaz – 500-550 AZN – Cəbrayıl;

- Operator – 800-1200 AZN – Kəlbəcər;

- Kran maşınisti – 500-800 AZN – Xocavənd;

- Briqadir – 700 – 1000 AZN – Cəbrayıl;

- Suvaqçı – 350 – 400 AZN – Şuşa;

- Usta – 350-400 AZN – Cəbrayıl;

- Dəmirçi – 350-700 AZN – Ağdam;

- Opeartor – 800-1100 AZN - Kəlbəcər;

- Prorektor (2 yer) – 2000-5000 AZN – Xankəndi;

- Usta – 900-1000 AZN – Ağdam;

- Aqronom – 1000-1400 AZN – Füzuli;

- Mexanizator – 600-800 AZN- Füzuli;

- Qapı ustası – 1000-1200 AZN – Füzuli;

- Usta – 450-550 AZN - Xocavənd;

- Gözətçi – 500-650 AZN – Füzuli;

- Operator – 800-900 AZN – Füzuli;

- Qapı ustası köməkçisi – 700-1000 AZN – Füzuli;

- Satıcı – 545 AZN – Şuşa;

- Paketçi – 500-600 AZN – Füzuli;

- Qəlibçi – 500-550 AZN – Ağdam;

- Boru montajçısı – 2000-2042 AZN – Kəlbəcər;

- Qaynaqçı – 2400 AZN – Kəlbəcər;

- Anbardar köməkçisi – 800-899 AZN – Kəlbəcər;

- Qaynaqçı – 1000-1100 AZN – Ağdam;

- SƏTƏM mühəndisi – 450-1200 AZN – Ağdam;

- İdarə rəisinin müavini – 3112 AZN – Ağdərə;

- Qəlibçi – 350- 500 AZN – Xocavənd;

- Xidmət rəisi – 1344 AZN – Laçın;

- Baş məsləhətçi – 2880 AZN – Zəngilan;

- Şöbə müdiri – 2250 AZN – Zəngilan;

- Radiolokasiya üzrə mühəndis – 500-1030 AZN – Zəngilan;

- HHİ dispetçeri – 500-1140 AZN – Füzuli;

- Usta – 350-400 AZN – Cəbrayıl;

- Mühafizəçi – 625 AZN – Ağdam;

- Sürücü – 975 AZN – Cəbrayıl;

- Operator – 500-900 AZN – Xocavənd;

- Montyor – 800-900 AZN – Kəlbəcər;

- Mühəndis – 800-900 AZN – Kəlbəcər;

- Komendant – 1400-1500 AZN – Qubadlı;

- Operator – 900-1000 AZN – Qubadlı;

- Buldozer operatoru – 800-1100 AZN - Kəlbəcər;

- Santexnik – 350-400 AZN – Cəbrayıl;

- Barmen – 350-900 AZN – Laçın;

- Satış üzrə mütəxəssis – 350-900 AZN – Cəbrayıl;

- Kiçik laborant – 350 - 900 AZN - Laçın;

- Aşpaz köməkçisi – 700-800 AZN – Laçın;

- Usta-hörgücü – 400-500 AZN –Laçın;

- Texnik – 345 AZN – Füzuli.

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin 1 yanvar tarixinə görə, Qarabağda işləyənlərin sayı 65,4 min nəfərdir. Bu, 2023-cü ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 181 nəfər və ya 0,3% azdır. Statistiakya görə, Qarabağda dövlət sektorunda işləyənlərin sayı son bir ildə 694 nəfər və ya 1,3% azalıb və 51,2 min nəfərə düşüb.

Hazırda Qarabağda ən çox işçinin olduğu regionlar Ağdam (13 110 nəfər), Füzuli (9405 nəfər) və Şuşadır (2447 nəfər).

“AzPolitika.info”
 
 


 
Ardını oxu...
Bu gün Laçın şəhəri günü kimi qeyd olunur.

Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

 
 
 
Ardını oxu...
Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda bildirilir.
 
 
 

Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılmasına dair anlaşmanı pozmaqda ittiham etdi. Lavrovun bu açıqlaması öncə bir xatırlatmadır. Çünki 2020-ci il 10 noyabr sənədində doqquzuncu müddəa bilavasitə Nikol Paşinyanın imzaladığına görə, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirəcək bir nəqliyyat, kommunikasiya sistemi olmaqla bərabər, həm də maneəsiz yük və insanların keçidini təmin etməlidir. Eyni zamanda bu ərazidə nəzarət mexanizmini Rusiyanın sərhəd qoşunlarının yerinə yetirilməsi öhdəliyi var. Bu, təkcə 2020-ci il 10 noyabr sənədi ilə məhdudlaşmır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, digər tərəfdən ikinci bir sənəd var:

“Bu, Nikol Paşinyanın özünün təqdim etdiyi sənəddir ki, o da 2023-ci ilin iyun ayında Rusiya Azərbaycan və Ermənistan arasında müzakirə predmeti olub. Dolayısı ilə qəbul olunub. Burada da sadəcə Ermənistan rəhbərliyinin təqdim etdiyi protokola görə, Ermənistanın bu keçid ərazisində suverenlik və yurisdiksiya tələbi birmənalı olaraq qəbul olunur. Yəni həm Rusiya, həm də Azərbaycan bunu qəbul edir. Sadəcə, bu sənəddə o da vurğulanır ki, Azərbaycandan gələn bütün yük və insanlar gömrük prosedurunu keçəndən sonra bu yolda təhlükəsizliyi təmin edəcək qüvvə Rusiya sərhəd qoşunları olacaq. Bu, Ermənistan rəhbərliyinin təqdim etdiyi sənəddir. Ona görə Lavrov növbəti dəfə belə bir xatırlatmaya ehtiyac duydu ki, yəni ciddi bir dövlət başçısı öz imzasına hörmət etməlidir. Yəni Rusiyanın regionda varlığı bu dəhlizdə nəzarət mexanizmini həyata keçirməsi iki dəfə Ermənistan hökuməti tərəfindən təsdiq olunub. Əlbəttə, bu, həm də təzyiq elementidir.

Çünki Rusiya anlayır ki, özünün regionda geosiyasi varlığını təmin etmək üçün mütləq mənada Zəngəzur dəhlizində mövcud olmalı, proseslərə təsir imkanı olmalıdır. Baxmayaraq ki, bəzən Rusiya rəsmiləri belə bir görüntü yaradırlar ki, guya Zəngəzur dəhlizi nəqliyyat kommunikasiya sistemi Rusiya üçün o qədər də vacib deyil. Ancaq bu belə deyil. Artıq mövcud status-kvo ciddi şəkildə dəyişib. Köhnəyə qayıtmaq, onu bərpa etmək mümkün deyil. Regionda yeni qüvvələr var. Sadəcə, yeni status-kvonun yaradılması uğrunda ciddi bir mübarizə gedir. Eyni zamanda bu mübarizədə regional ölkələrdən başqa qlobal güclər də iştirak edir. Ona görə də Rusiya üçün bu yolun önəminin olmadığını vurğulayan rus məmurları yalan danışır.

Artıq Rusiya məhz bu keçiddə geosiyasi mövcudluğunu təmin etmək üçün heç də Qərbə ABŞ-a güzəştə getmək fikrində deyil. Ona görə bu cür açıqlamalar, təzyiqlər, xəbərdarlıqlar, eyni zamanda təhdidləri biz eşidirik. Bu davam edəcək. Çünki hələ də bu məsələdə aydınlıq yoxdur. Hələ də Ermənistan qüvvələri arasında müəyyən manevr etməyə davam edir. Bu yöndə konkret qərar verməyə tələsmir. Çünki real təhlükələri və risk amillərini gördüyü üçün daha ehtiyatlı davranmağa məcbur olur. Bəs bunun nəticəsidir ki, Azərbaycan bu qlobal mübahisə predmetinə çevrilən bu nəqliyyat kommunikasiya sistemi məsələsini sülh sənədindən ayıraraq ayrıca bir məsələ sənəd kimi baxılmasına razılıq verdi. Doğrudur, Azərbaycan dolayısı ilə bu məsələni mübarizə predmeti olmasından çıxarmaq istəyini ortalığa qoydu. Ancaq bu, həm də müəyyən mənada Ermənistana edilən bir güzəştdir.

Çünki Ermənistan rəhbərliyinin indiki vəziyyətdə bu yöndə qərar vermək problemi var. Bir tərəfdə müxalifət, revanşist qüvvələr, ictimaiyyət başqa bir tərəfdə Rusiya və başqa bir tərəfdə də Qərb dünyası var ki, Paşinyandan konkret tələbləri var”.
Ardını oxu...
Həmin vaxt Azərbaycan Respublikasının təhlükəsizliyinə 2015-ci ildə məlum hadisələrdən sonra ləğv edilmiş və bir sıra rəhbər şəxsləri haqda cinayət işi qaldırılaraq həbs edilmiş Milli Təhlükəsizlik Nazirliyi cavabdeh olub. Həmin qurumun başında isə hələ də ev dustaqlığında olan Eldar Mahmudov dayanırdı...

2012-2013-cü illərdən qanunsuz olaraq Qarabağa gələn bu dırnaqarası “ispan jurnalisti” Azərbaycan Xarici İşlər Nazirliyi nədən qara siyahıya salmayıb...

“Ispaniyanın Bask ölkəsində yaşayan sərbəst jurnalist Pablo Gonzales Yaguenin Xocavənd rayonuna səfəri olmuşdur. Səfərdə məqsəd: Azərbaycanın perspektivi, inkişafı, Ermənistanla əlaqəsi və işğal olunmuş Azərbaycan bölgələri haqqında məlumat, məcburi köçkünlərin həyat şəraiti və münaqişəyə münasibətləri və düşüncələrini öyrənməkdən ibarət olmuşdur”.
Ardını oxu...
Moderator.az oxucularının nəzərinə çatdırırıq ki, bu cümlələr bu gün səhər saatlarında barəsində məlumat verdiyimiz 2012-ci ildən bəri dəfələrlə İspaniya jurnalisti Pablo Qonzales adı altında qanunsuz olaraq o vaxt işğal altında olan Qarabağ ərazisinə gələn, 2020-ci ilin Vətən müharibəsi zamanı erməni tərəfdən döyüş əməliyyatlarını müşahidə edən, müharibə bitdikdən sonra isə yenə də eyni ad-soyadlı ispan jurnalist adı altında xarici jurnalistlərlə birgə Şuşaya gələn Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin (“QRU”) agenti Pavel Rubtsovun(bax:burada:) 2012-cü ildə yenə də Qarabağda separatçı-terrorçu rejim mənsubları ilə görüşdükdən sonra Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsinə gələrək rayon sakinləri ilə görüşməsindən bəhs edir. Məlumat 10 aprel 2012-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc edilib(bax: burada:). Təqdim edilən foto-görüntü də görüşün keçirildiyini təsdiqləyir. Tədbirin konkret hansı məkanda keçirildiyi açıqlanmır. Bəlkə də görüş Xocavənd RİH-in binasında keçirilib. Bütün hallarda özünü ispan jurnalisti kimi təqdim edən Pavel Rubtsov Xocavənd Rayon İcra Hakimiyyətinin binasına daxil olaraq müvafiq şöbə rəsmi ilə görüşüb və qeydiyyatdan keçib.
Ardını oxu...
Qeyd etdiyimiz kimi, 2022-ci ilin yazında Polşa xüsusi xidmət orqanları ukraynalı həmkarları ilə birgə əməliyyat zamanı həbs etdikləri Qonzalesin “QRU” agenti olduğunu üzə çıxarıblar. Bəlli olub ki, əslində o, Rusiya vətəndaşı Pavel Rubtsovdur.

Maraqlıdır ki, 2012-2013-cü illərdən qanunsuz olaraq Qarabağa gələn bu dırnaqarası “ispan jurnalisti” Azərbaycan Xarici İşlər Nazirliyi nədən qara siyahıya salmayıb...

Xatırladaq ki, həmin vaxt Azərbaycan Respublikasının təhlükəsizliyinə 2015-ci ildə məlum hadisələrdən sonra ləğv edilmişə bir sıra rəhbər şəxsləri haqda cinayət işi qaldırılaraq həbs edilmiş Milli Təhlükəsizlik Nazirliyi cavabdeh olub. Həmin qurumun başında isə hələ də ev dustaqlığında olan Eldar Mahmudov dayanırdı...
Ardını oxu...
"İspan jurnalisti” “Pablo Qonzales”in son 11-12 ildə Azərbaycanın Qarabağ ərazisində, Ermənistanda və Avropa ölkələrindəki əməlləri haqda geniş yazını yaxın müddətdə təqdim etməyə çalışacağıq...

Qeyd: Materialda adı çəkilən Xocavənd RİH və digər qurum rəsmilərinin məsələ haqda şərhini dinləməyə hazırıq...

Sultan Laçın
 
Ardını oxu...
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə YAP-ın deputatlığa namizədi Anar Məmmədov təbliğat kampaniyasında məktəb müəllimlərindən və seçki məntəqələrinin üzvlərindən istifadə edir.

Tribunainfo.az-a verilən məlumata görə, görüşlərdə iştirak edənlər məcburi şəkildə gətirilən təhsil işçiləri və məntəqə üzvləridir. Bu faktın təsdiq olunması isə Seçki Məcəlləsində olan müddəaları pozmaq sayılır. Deputatlığa namizəd məntəqə üzvlərindən təvşiqatı üçün istifadə edə bilməz və yolverilməz haldır. Eyni zamanda, seçicilərlə görüş adı altında təhsil işçilərini məcburi şəkildə gətirtmək inzibati resurslardan istifadə sayılır.
Ardını oxu...
 
Ardını oxu...
Cəbrayıl rayonunun Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı iş aparır.

Dövlət Xidməti görüləcək işlərin 45.197.733 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, Cəbrayıla ilk köç bu ilin ikinci yarımilinə nəzərdə tutulub.
 
Ardını oxu...
Baku TV Vətən müharibəsi şəhidi Zaur Mədətov haqqında reportaj hazırlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 8-də şəhid olub. O, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Zaur Mədətovun anası Raziyyə Mədətova oğlunun necə şəhid olmasından danışıb:

"Oktyabrın 8-i gündüz vaxtı üzbəüz döyüşlərdə mühasirəyə düşüblər, səngərdə gizləniblər. Zaur görüb ki, atışmadır, səngərdə qalmayıb. Oradan çıxıb digər səngərə keçmək istəyəndə alnından güllə yarası alıb, 4 saat orada qalıb. Çünki həmin vəziyyətdə heç kim yaxına gedə bilmirdi, hamı öz səngərində qalmışdı. 4 saatdan sonra onu Füzuli hospitalına yola salıblar".

Raziyyə Mədətova şəhid anası olduğuna görə qürur duyduğunu deyib:

"Şəhid anası olmaq bir yandan qürurvericidir, digər yandan isə mən bunu dilimə gətirə bilmirəm. Nə vaxt bir yerə getsəm, şəhid anası olduğumu deməyə çəkinirəm. Bunu deyəndə ürəyim parçalanır".

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti