Ardını oxu...
DİA.AZ: - Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ardını oxu...
Xankəndidə ara yenidən qarışıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, iki gündür həm Qarabağda, həm də Ermənistanda olduqca maraqlı məsələlərdən biri geniş müzakirə olunur. Hətta vəziyyət o qədər gərgindir ki, şəhərin mərkəzində bir qrup adam etiraz aksiyası keçirməyi qərarlaşıdırıb.

Məlumat nədən ibarətdir? Erməni mediası (Tert.am saytı) və Qarabağdakı ermənilər sosial şəbəkələrdə bildirirlər ki, bir neçə müddətdir separatçılarla Bakıdakı dövlət rəsmiləri arasında gizli danışıqlar gedir. Onların iddiasına görə, danışıqların təşəbbüskarı Azərbaycan tərəfi olub. Danışıqların məğzi isə Şuşa rayonunun Kərgicahan qəsəbəsi və Xocalı şəhərinin boşaldılmasıdır. Erməni seqmentində yayılan məlumatda deyilir ki, Bakı Xankəndidəki separatçılardan birmənalı şəkildə tələb edib ki, qısa müddət ərzində qeyd olunan yaşayış məntəqələrimizi boşaltsınlar. Əks təqdirdə, bunun üçün daha bir “Qisas” əməliyyatı keçirməli olacaqlar.

Yenə həmin məlumatlara istinadən bildirək ki, ermənilər Xankəndidəki separatçıların bu tələblər razılaşdıqlarını, lakin bir qədər vaxt istədiklərini çatdırıblar. Prosesin ilin sonuna kimi yekunlaşacağı da iddialar arasında var. Yəni, Xocalı şəhəri və Kərgicahan qəsəbəsi Azərbaycana qaytarılmalı, orada Ordumuz yerləşməlidir.

Hərçənd Xankəndidəki erməni separatçıları bununla bağlı açıqlama yayaraq, məlumatın doğru olmadığını bildiriblər. Onlar deyiblər ki, Bakı ilə hər hansı danışıqlar aparılmır və Xocalıyıla Kərgicahanın verilməsinə dair xəbərlərin yayılması da “təxribat”dır.

Doğrusu, belə bir hadisənin baş verməsi bir qədər şübhəli görünür. Xüsusən də Xocalı şəhərinin Azərbaycana verilməsi. Çünki Xocalının Azərbaycana verilməsi nəticə etibarı ilə Xankəndinin Ağdərə ilə əlaqəsinin kəsilməsi deməkdir. Yəni, Xocalı Xankəndi ilə Ağdərə yolunun keçdiyi marşrutun üzərində yerləşir. Üstəlik, soyqırıma məruz qalmış şəhərimizlə Ağdamın ara məsafəsi də bir o qədər çox deyil. Paralel olaraq, təkcə şəhərin deyil, onun kəndlərinin də Azərbaycana qaytarılması avtomatik olaraq baş verəcək ki, bu da Xankəndinin nəinki Ağdərə ilə, Xocavənd və Əsgəranla da əlaqəsinin kəsilməsi anlamına gəlir. Ermənilərin indiki şərtlər daxilində buna nə dərəcədə razı olacaqları sual altındadır.

Düzdür, bu gün nəinki separatçılar, həmçinin Ermənistan da Azərbaycanın qarşısında duruş gətirəcək gücdə deyil. Bunu ermənilərin özləri də etiraf edirlər. Amma ortada rus faktorunun olduğunu nəzərə alsaq, ən azından onlar belə bir addımın atılmasına imkan verməyəcəklər. Ona görə ki, Ağdərə, Xocavənd, Əsgəran və Xocalının Azərbaycana qaytarılması rus sülhməramlılarının missiyasının daralması, onların yalnız Xankəndiyə nəzarət etməsinə gətirib çıxaracaq. Bu isə gələcəkdə rusların Azərbaycana qarşı təxribatlar törətməsi, lokal toqquşmalar üçün zəmin hazırlaması, habelə Qarabağ üzərində nəzarətin əldən verilməsinə gətirib çıxaracaq. Ki, buna da rusların imkan verməsi qəti inandırıcı görünmür.

Kərgicahan məsələsinə gəlincə, bu qəsəbəmizin Xankəndinin bir addımlığında olması da önəmli faktordur. Qəsəbəyə nəzarət Xankəndiyə giriş-çıxışa nəzarət mahiyyəti daşıyır və strateji əhəmiyyətə malikdir. Bu, Şuşanın təhlükəsizliyinin daha yaxşı və etibarlı təmin olunması üçün də mühümdür. Mümkündür ki, ermənilər Kərgicahandan çəkilsinlər. Əgər güzəştə gedəcəklərsə, Xocalını verib, yalnız Xankəndiyə sığınmaqdansa, Kərgicahanı geri qaytarıb, bir müddət nəfəs almaları daha məqbul görünür. Ona görə də, bu xəbərlərin nə qədər doğru olduğunu demək çox çətindir. Rəsmi Bakı isə ənənəvi olaraq bu barədə susmağa davam edir.

Bir məsələni də xatırladaq ki, Azərbaycan tərəfi 2020-ci il Vətən Müharibəsindən sonra belə xəbərlərə reaksiya verməmək siyasəti yürüdür. Yalnız proses başa çatdıqdan sonra açıqlama verməklə kifayətlənir. Biz bunu müharibə dövrü ilə yanaşı, son “Qisas” əməliyyatı zamanı da gördük. Əgər belə bir addım atılıbsa, o zaman güman etmək olar ki, Azərbaycan hökuməti bu dəfə də ənənəsinə sadiq qalaraq, məsələnin yekunlaşmasını və bundan sonra açıqlama verməyi planlaşdırıb. Hər halda gözləyək. Başqa çarə də yoxdur. Ümid edək ki, deyilənlər doğrudur.
Ardını oxu...
Ekspert: “Ohanyan kimilərin populist çıxışlardan başqa heç nəyi qalmayıb”

Ermənistan parlamentinin deputatı, “Ermənistan” fraksiyasının üzvü, əvvəllər isə ölkənin Müdafiə naziri postunu tutan Seyran Ohanyan absurdluğu ilə təəccüb doğuran müraciət səsləndirib. Onun bəyanatı İrəvan mətbuatında yayılıb:

“İrəvanın “Fransa” meydanında mitinq keçiriləcək.

Mən döyüş yoldaşlarımızı, silahdaşlarımız və həmfikirlərimizi, bütün tərəfdarlarımızı, bütün dövlət yönümlü, şüurlu qüvvələri “Fransa” meydanına gələrək mübarizəyə qoşulmağa çağırıram.

“Artsaxın” yanında duraq. Biz birlikdə hələ də “Artsaxı” xilas edə, Azərbaycan qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxara, erməni xalqının döyüş ruhunu, təhlükəsizliyin və ləyaqətin əsaslarını bərpa edə bilərik”.

Bir tərəfdən o, sanki hər kəsi İrəvanın mərkəzində növbəti zərərsiz etiraz mitinqinə dəvət edir. Paşinyanın hakimiyyətə gəlişindən sonra belə mitinqlərin sayı-hesabı olmayıb. Digər tərəfdən isə birdən-birə “xilas” edilməli olan “Artsax”a “üz tutur”. Amma necə “xilas etməli”? Burada o, birdən-birə “Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən rədd edilməsini” təklif edir. Bəyanat ümumilikdə, yumşaq desək, orijinal səslənir. Xüsusən də keçmiş müdafiə nazirinin ağzından. Kim bilməsə də, Ohanyan bilməmiş deyil ki, Azərbaycan qoşunları heç vaxt Ermənistanda olmayıb. Yəni onun qəribə fikirləri öz başından rədd etməsi daha faydalı olardı. Qarabağın “yanında durmağa” gəlincə, çətin ki Ohanyan və onun həddən artıq narahat olan yoldaşlarının bu niyyəti alınsın. Çünki buna cəhd etmək istəsələr belə, onların yeni Laçın marşrutu ilə Azərbaycan ərazisinə buraxılması az inandırıcıdır.

Bəs Ermənistanın keçmiş müdafiə naziri bütün bunları niyə dilə gətirir? Doğrudanmı o, hesab edir ki, məzmunca fantastik olan bu cür müraciətlər onun da sıralarında nüfuzlu mövqe tutduğu sistemli müxalifətin mövqeyini hansısa yolla gücləndirə, əlavə siyasi xallar, xalq arasında populyarlıq qazandıra bilər? Yoxsa başqa məqsədlər də ola bilər?

Press Klubun suallarını tanınmış ekspertlər cavablandırıb.

Hankuk Xarici Tədqiqatlar Universitetinin (Koreya) professoru, politoloq Rövşən İbrahimov:

– Məzuniyyətlər mövsümü artıq başa çatır. Sentyabr ayı universitetlərdə, məktəblərdə dərslərin başladığı, insanların öz işlərinə qayıtdığı aydır. Yəni, passiv yay tətili başa çatmaq üzrədir və təbii ki, müxalifət yenidən Ermənistan şəhərlərinin küçələrində öz etiraz aksiyalarını bərpa edə biləcəyinə ümid edir. Və bu halda Ohanyan əvvəlki etirazlara çağırışlarda iştirak etməyən, bir növ yeni sima kimi çıxış edir.

Ohanyanın “azərbaycanlıları Ermənistan ərazisindən qovmaq” fikrinə gəlincə, nəzərə almaq lazımdır ki, Azərbaycan ordusunun bir sıra uğurlu əməliyyatlarından sonra bu ölkədə Azərbaycan ordusunun onların ərazisinin dərinliyinə doğru irəlilədiyinə güclü inam var. Hətta guya ki, indi orada sərhəd zastavaları da yaradılıb. Amma bunu əminliklə söyləmək üçün ilk növbədə dövlət sərhədinin dəqiq harada yerləşdiyini müəyyən etmək lazımdır. Bunun üçün delimitasiya və demarkasiya işləri aparmaq, yalnız bundan sonra belə hadisələrin həqiqətən baş verib-vermədiyini təsdiqləmək mümkündür.

Ona görə də, təbii ki, belə bəyanatlar Qarabağ mövzusunu artıq aktual saymayan, amma Ermənistanın ərazi bütövlüyü məsələsinə həssas yanaşan Ermənistan vətəndaşları üçün işə yaraya, onları aktiv addımlara sövq edə bilər. Bu da növbəti mitinqlərə yazın sonu – yayın əvvəlində gördüyümüzdən daha çox insanın gəlməsinə səbəb ola bilər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev:

– Ohanyan kimilərə populist çıxışlardan başqa heç nə qalmayıb. Saqatelyan da həmçinin aksiyalara sentyabrda başlanmağa çağırır.

Əgər onlar çoxlu nümayişçi toplasalar, çox təəccüblənərəm. Düşünmürəm ki, “Ohanyan və Ko” nəyisə dəyişə bilər. Onların iki il əvvəl döyüşmək imkanı var idi və məğlub oldular. Sülh prosesi çətinliklə də olsa irəliləyir və ümumilikdə Ermənistan cəmiyyəti yeni müharibənin tam fəlakətə çevriləcəyini anlayır.

Rauf Orucov
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycan ərazisində postlarının sayını əsassız şəkildə 25-dən 30-a qaldırmış “sülhməramlı” adı altında müvəqqəti(?) yerləşdirilmiş hərbi kontingenti sentyabrın 1-dən başlayaraq 10 noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasına, o cümlədən 5 km-lik “dəhliz” parametrlərinə də zidd olaraq Laçın rayonunun ermənilər üçün yeni alternativ yoldan azı, 3-4 km məsafədə yerləşən Ağanus kəndinin Turşsu adlanan cənub hissəsi və Fətəlipəyə kəndləri ərazisi də daxil olmaqla Qayğı qəsəbəsi yaxınlığındakı “Şivid xarabalıqları” məntəqəsindən başlayaraq Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar.

Ardını oxu...

DİA.AZ-ın məlumatına görə, moderator.az-ın bu gün -5 sentyabr səhər saatlarında apardığı araşdırmadan bəlli olur ki, “sülhməramlı”lar yenə də artıq qeyd-şərtsiz tamamilə Azərbaycan dövlətinin yurisdiksiyasına verilməli olan Laçın şəhəri, Ağanus kəndinin cənub hissəsi Fətəllipəyə kəndi və Zabux kəndi məntəqələrinə çox yaxın ərazilər boyu patrul xidmətlərini daha da aktivləşdiriblər.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə təqdim olunmuş 4 sentyarbr 2022-ci il tarixli dislokasiya xəritəsindən Rusiya hərbçilərinin patrul xidmətinin Şuşa şəhəri yaxınlığından başlayaraq Zarıslı, Turşsu məntəqələrindən və alternativ yolla Kiçik və Qaladərəsi kəndlərindən keçməklə Laçın rayonunun Unannovu kəndi yaxınlığınadək davam etdiyi aşkarlanır. Bundan sonra qərb istiqamətinə yönlənən patrul marşrutu Qubadlı-Laçın yolu üzərindəki Fətəlipəyə və Ağanus kəndləri ərazilərindən keçməklə Laçın rayonunun köhnə “dəhliz” ərazisinə də daxil olur. Daha sonra Laçın şəhərinin yaxınlığınadək gələn Rusiya patrul xidməti yenidən şərqə doğru dönür və “Şivid xarabalıqları” məntəqəsi yaxınlığından keçərək Ermənistanla sərhədə- Həkəri çayı üzərindəki 1-ci posta çatır və oradan Zabux kəndi yaxınlığınadək gələrək geri dönür.

Göründüyü kimi, Rusiya “sülhməramlı” kontingentinin komandanlığı növbəti dəfə patrul xidmətini Laçın rayonunun artıq sentyabrın 31-dən sonra həmin birləşmənin məsuliyyət zonasından çıxarılmış ərazilərinə də yönləndirir.

Ardını oxu...

O da diqqəti çəkir ki, Rusiya MN-in sentyabrın 4-ə aid xəbər bülletenində patrul marşrutunun yalnız Şuşa rayonu ərazisində aparıldığı qeyd edilir...

Hesab edirik ki, Azərbaycan dövlətinin müvafiq qurumları bu barədə ciddi xəbərdarlıqlarını Rusiya tərəfinə çatdıracaq...
Ardını oxu...
Sentyabrın 2-də Xankəndində 44 günlük müharibədən sonra davam edən pessimist əhval-ruhiyyə dəyişmədi, separatçı erməni azlığın “müstəqillik” bəyanatları daha sönük və inamsız təsir bağışlayıb.

Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlılarının himayəsində qalan separatçılar hər il bu tarixi “Artsax respublikası”nın yaranış günü kimi qeyd edirlər. Hər il olduğu kimi, bu il də qondarma qurumun rəhbərliyi hərbçilər və din xadimləri ilə birlikdə Xankəndinin mərkəzində memorial kompleksi və hərbi panteonu ziyarət edib.

Bu barədə separatçıların yaydığı məlumatda tədbirdə “Ermənistandan gələn qonaqların iştirak etdiyi” barədə informasiya diqqət çəkir. Belə məlum olur ki, avqustun 31-dən etibarən Qarabağa gediş-gəlişi təmin edən yeni Laçın yolunda da “ənənəvi qaydalar” davam edir, Rusiya sülhməramlıları Azərbaycanın razılığı olmadan Ermənistan rəsmilərini Xankəndinə buraxır.

Separatçıların başçısı Arayik Arutyunyanın kədər dolu “təbrik” bəyanatında da diqqət çəkən bir neçə məqam var. “2020-ci ilin 44 günlük müharibəsi erməni xalqı üçün yeni fəlakətə çevrildi, minlərlə igid oğullarımızın həyatına son qoydu, bir çox taleləri şikəst etdi”, -deyə o bildirir.

Arutyunyan qeyd edir ki, “artsax”la Ermənistan arasında əlaqə yeni Laçın dəhlizi marşrutu ilə təmin edilir: “Onun təhlükəsizliyi Rusiya Federasiyasının sülhməramlı qüvvələri tərəfindən, respublikamızın müvafiq strukturları ilə birlikdə təmin edilir…” Maraqlıdır, separatçıların lideri “respublikamızın müvafiq strukturları” dedikdə nəyi nəzərdə tutur? Yeni Laçın yolunda erməni silahlıları varmı?

Yeri gəlmişkən, erməni mediası bu barədə davamlı informasiyalar yayır. Həmin məlumatların birində qeyd olunur:

““Artsax respublikası”nın daxili işlər nazirliyindən bildirilib ki, Şuşa-Laçın rayonlarının kəsişməsindən başlayan yeni Stepanakert-Qoris yolu avqustun 30-da saat 20:00-dan etibarən istifadəyə verilib. Yolda Rusiya sülhməramlıları yerləşdirilib. Burada həmçinin “artsax” daxili işlər nazirliyinin yol polisi və “artsax” fövqəladə hallar dövlət xidmətinin xilasediciləri vətəndaşların təhlükəsiz keçidinə nəzarət üçün gücləndirilmiş rejimdə xidmət göstərir…”

Azərbaycan bu informasiyaların dərhal araşdırlması üçün Rusiya tərəfinə müraciət edə bilər, habelə əlindəki müvafiq nəzarət mexanizmləri ilə yayılan xəbərlərin həqiqətə uyğun olub-olmadığını araşdıra və adekvat tədbirlər görə bilər.

2 sentyabr tarixinin diqqət çəkən özəlliklərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın yaydığı təbrik bəyanatıdır. Paşinyan 31 il əvvəl verilmiş “Müstəqillik haqqında bəyanat”ı həmin dövrə baş verən hadisələrlə əlaqələndirir:

“Bu qərar “artsax” ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul edilib. “Müstəqillik bəyannaməsi”nin qəbulundan sonra 10 dekabr 1991-ci ildə referendum, 1-ci “artsax” müharibəsi, 4 günlük müharibə və 44 günlük müharibə baş verdi. Dağlıq Qarabağda və ya onun bir hissəsində soydaşlarımızın yaşamağa davam etməsi faktı dəyişməz olaraq qalıb. Onların hüquqlarının qorunacağı təhlükəsiz mühitdə yaşamaq hüququ var. Əslində, Dağlıq Qarabağ probleminin mahiyyəti də bundan ibarətdir…”

Baş nazir statutusdan, Azərbaycanın rədd etdiyi Minsk Qrupundan bəhs etsə də,.onun “müstəqillikdən” bir kəlmə də danışmaması diqqət çəkir.

Bu isə eks-prezident, müxalifət liderlərindən biri Serj Sarkisyanın heç xoşuna gəlməyib:

“Bu gün artıq illər əvvəl olduğu kimi, “artsax”da ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil, “müstəqillik” təhlükə altındadır. “Artsax” arxadan ağır bir xain zərbə aldı və üç onillik ərzində dünya ermənilərinin səyləri ilə əziz tutulan azad və layiqli yaşayan və inkişaf edən “respublika” düşmənə təslim oldu”.

Sarkisyan yazır ki, Ermənistanda və “artsax”da bütün xalq adından və eyni adamların iştirakı ilə qərarlar qəbul edilir, danışıqlar aparılır və ölkəni yalançı sülhsevərlər təmsil edir, onlar evin qapılarını geniş miqyasda düşmənin üzünə açırlar. “”Artsax” və bir vaxtlar onun təhlükəsizliyinin təminatçısı olan Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici ölçülərə çatacaq”, – eks-prezidentin bəyanatında qeyd olunur.

Qeyd edək ki, xaricdən də separatçılara göndərilən “təbrik”lərin sayı da azlığı və ianamsızlığı ilə diqqət çəkir. Onlardan ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının üzvləri Frenk Palone, Qus Bilirakis, Ceki Sper, Devid Valdao və Adam Şiffin yaydığı müraciət Azərbaycana və Türkiyəyə qarşı qəzəbli ifadələrlə seçilir.
pressklub.az
 
Ardını oxu...
Dünən günorta saatlarından etibarən Kəlbəcər rayonunun Ermənistanla sərhəd bölgəsində meşə yanğını baş verib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, yanğın Ermənistanın Norabak kəndi ərazisindən başlayıb.

Norabak kəndinin icra nümayəndəsi Vazgen Asatryan bildirib ki, dünən günorta saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb. Asatryan ənənəvi erməni yalanlarından birini danışaraq deyib ki, guya, əsən külək yanğının səmtini dəyişərək Azərbaycan ərazilərinə keçməsinə səbəb olub. Halbuki yanğının qəsdən törədildiyinə şübhə belə yoxdur.

Hazırda həm Ermənistan, həm də Azərbaycan tərəfində yanğının söndürülməsi üçün tədbirlərin görüldüyü deyilir. Bəzi ocaqların qaldığı, onların da lokallaşdırılması üçün addımlar atıldığı deyilir.

Qeyd edək ki, ermənilər təkcə Kəlbəcər istiqamətində deyil, bütün sərhəd boyu mütəmadi olaraq təxribatlara əl atırlar. Yayın sonlarına doğru meşə yanğınlarının baş verməsi də həmin təxribatlardan biridir. Onların inkar etməsinə rəğmən, Laçın ərazisində qəsdən meşə yanğınlarının törədilməsi təsdiq edir ki, hadisə məhz düşmən tərəfindən törədilib.

Xatırladaq ki, dünən ermənilər Kəlbəcər istiqamətində daha bir təxribata imza atıblar. Onlar Ordumuzun mövqelərini və hərbçilərimizə ərzaq və zəruri əşyalar daşıyan təminat maşınlarımızı atəşə tutublar. Nəticədə, açılan güllələr iki avtomobilin ön şüşəsi və qabaq sipərini dələrək keçib.
 

Ardını oxu...
DİA.AZ: - Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda erməni separatçılarının özlərini elan etmələrinin 31-ci ildönümü ilə bağlı çıxış edib. DİA.AZ bildirir ki, əslzində təbrik çıxışından çox növbəti çərənləməyə bənzər bu ifadələri ilə Nikol Paşinyan bir daha sülhyaratma prosesindən nə qədər uzaq təfəkkürdə olduğunu nümayiş etdirməkdədir.

Hazırda Qarabağda ermənilərin yaşadığını və Qarabağ münqaişəsinin də məhz bunun uğruna baş verdiyini bildirən Nikol Paşinyan utanmadan qeyd edib ki, bu gün beynəlxalq qurumlar ermənilərin Qarabağdakı mövcudluğunun qarantına çevrilməlidir.

Paşinyan eyni zamanda Qarabağ ermənilərinə təbrik çıxışında ATƏT-in dəfn olunmuş Minsk qrupundan da danışıb...
Ardını oxu...
26 avqust 2022-ci il tarixində diplomatik korpus nümayəndələrini Türkiyənin Ankara şəhərindən daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Teref. az yazır ki, Elektron Hökumətin İnkişafı Mərkəzindən Trend-ə verilən məlumata görə, Türkiyə, Rusiyada, İranda və Azərbaycanda fəaliyyət göstərən diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri Füzuli hava limanı ilə tanış olublar.

Diplomatik korpus nümayəndələri Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edib.

Konfransa 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə qatılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara “ASAN Viza” sistemi vasitəsilə Füzuli hava limanında ilk dəfə elektron viza rəsmiləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı dövrdən “ASAN Viza” sistemi vasitəsilə 902.000+ hava limanında rəsmiləşdirilən viza olmaqla, ümumi 2.394.000 çox elektron viza verilib.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Erməni mediası yazır ki, separatçıların “polisi və fövqəladə hallar xidməti” təhlükəsiz keçid üçün gücləndirilmiş rejimdə çalışır

Xəbər verildiyi kimi, artıq Laçın dəhlizi yoxdur, bağlanıb. Avqustun 30-dan ermənilər alternativ yoldan istifadə etməyə başlayıblar. Lakin bununla bağlı erməni tərəfindən gələn xəbərlərdə sual yaradan məqamlar var.

TEREF.AZ-ın yazdığına görə, “Yeni Müsavat” bildirir ki, erməni KİV-ləri belə bir xəbər yayıb: “Artsax respublikası”ndan Ermənistan Respublikasına və əks istiqamətdə hərəkət artıq Berdzor (Laçın - red.) şəhərindən yan keçməklə alternativ marşrutla həyata keçirilir. Bu barədə NEWS.am saytına “artsax respublikası”nın “daxili işlər nazirliyi”ndən (? - red.) bildirilib. Məlumata görə, Şuşi (Şuşa - red.) rayonunun Berdadzor (Laçın - red.) rayonunun kəsişməsindən başlayan yeni Stepanakert-Qoris yolu avqustun 30-da saat 20:00-dan etibarən istifadəyə verilib. Yolda Rusiya sülhməramlıları yerləşdirilib. Burada həmçinin “artsax daxili işlər nazirliyi”nin “yol polisi” və “artsax fövqəladə hallar dövlət xidməti”nin xilasediciləri vətəndaşların təhlükəsiz keçidinə nəzarət üçün gücləndirilmiş rejimdə xidmət göstərir".

Yəni belə çıxır ki, alternativ Laçın yolunu həm də “artsax polisi” qoruyur. Belədirsə, onda Rusiya sülhməramlılarının Qarabağda nə işi var? Onlar buna niyə izn verirlər? Bəlkə hərbi kontingentin komandanı general Volkovu Bakıya çağırmaq zamanıdır? Rəsmi Bakı buna etiraz bildirəcəkmi?

Qeyd edək ki, bu, separatçıların Bakıya qarşı ilk belə təxribatı deyil. Bir müddət öncə “artsax polisi” xüsusi fərqlənmə nişanə və geyimdə rus sülhməramlıları ilə birgə erməni kəndindən keçən Azərbaycan yük maşınlarını yoxlamaq cəsarəti tapmışdı. Görünür, yenə qudurmağa başlayıblar və onlara “yaşıl işıq” yandıran rus hərbçilərinə arxayınlaşıblar.

Azərbaycan öz resursları, büdcə vəsaitləri hesabına bu yolu çəkməyib ki, oraya separatçıların “polis dəstəsi” nəzarət etsin. Bu yola rus hərbçiləri dislokasiya edilib və onlar əraziyə cavabdehdirlər. Təbii ki, yolda həm də bizim postlar olmalı, ermənilərin gediş-gəlişinə nəzarət etməliydik. Yüksəkliklərdən və peyklə kontrolumuz təmin edilib, amma bir də yolun üzərində blok-post qoyulmalıdır. Əks halda, yenə qanunsuz səfərlərə rəvac verilə bilər.

Üzeyir Cəfərov: “Ruslar təzə yolda postların sayını da artırıblar, görünür, Paşinyan Putindən yeni təlimatlar alıb”

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, yeni yol separatçıların “təhlükəsizlik katibi” Vitali Balasanyanla birgə yoxlanılıb: “İndi bir başqa xəbər də var - ruslar təzə yolda 30 post qurub, yəni daha üçünü artırıblar. Rusiya Müdafiə Nazirliyinin saytında əvvəllər postların sayı az göstərilmişdi, indi 30 göstərilir. Deyəsən, sülhməramlıları başlı-başına buraxmışıq, fikirləşirlər ki, nə gəldi edə bilərlər. Buna yol vermək olmaz və bizim sərt şəkildə reaksiyamız olmalıdır”.

Hərbi ekspertin fikrincə, Brüssel görüşünün eyforiyasına qapılmaq olmaz: “Danışıqlar başa çatmamış bu cür hallar baş verir. Bizim tərəf deyir ki, danışıqlarda Minsk Qrupunun adı çəkilmədi, amma bu, heç nəyi dəyişmir, əsas məsələ işi tam başa çatdırmaqdır. Azərbaycan xalqı ərazi bütövlüyünü tələb edir. Əgər separatçılar ruslarla birgə xidmət edirlərsə, bu yerdə mən ancaq susa bilərəm. Halbuki yeni yolda sərhəd xidmətimiz, gömrük postumuz olmalı idi. Bundan qabaq da terrorçu ünsürlər bizim maşını yoxlamışdılar, indi təzədən qudurublar. Çünki ruslar şərait yaradır, görünür Paşinyan Putindən yeni təlimatlar alıb”.

Ədalət Verdiyev: “Yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir, Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir”

Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, 30 illik işğal dövründə Ermənistanın Qarabağla əlaqəsini təmin edən Laçın dəhlizi artıq bir yola çevrilib və Azərbaycan Ordusunun nəzarətindədir: “Həmin ərazilərdə Ermənistan tərəfinin qaz, elektrik, telefon rabitəsi və internet xəttinə də bu gün Azərbaycan Ordusu nəzarət edir. 30 km-dən uzun olan dəhlizi Rusiya nəzarətindən öz nəzarətimizə keçirməklə, paralel olmaqla Laçın ərazisindən 9 km məsafədə onlara yol verilib. Bu, sadəcə, yoldur, heç bir halda dəhliz deyil. Gələcək statusu daha çox Zəngəzur dəhlizinə veriləcək statusla bağlı olacaq. Hər bir halda Laçın rayonunun coğrafiyasını gördük. Ətrafımızda əsasən strateji yüksəkliklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
 
 

Ardını oxu...
1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə faktiki olaraq iki ölkə arasında məcburi əhali mübadiləsi baş verdi. Ermənistan SSRİ-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulandan sonra əsasən Azərbaycanda vətəndaşlıq aldılar. Azərbaycanı tərk edən ermənilər isə Ermənistanda və digər ölkələrdə vətəndaşlıq aldılar.

Qarabağ erməniləri üçün isə bu proses başqa istiqamətdə inkişaf etdi. Onlar həm Ermənistan vətəndaşlarına çevrildilər, həm də fiziki olaraq Azərbaycan ərazilərində yaşamağa davam etdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul etdi. Bu, o zamankı SSRİ-nin daxili qanunvericiliyinə və beynəlxalq hüquqa zidd qərar idi. 10 yanvar 1990-ci ildə SSRİ-nin Ali Sovetinin Rəyasət Heyətinin qərarında qeyd edilirdi ki, Ermənistan SSR-nin Ali Sovetinin həmin qərarı SSRİ Konstitusiyasına ziddir. Amma bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu qanun təkcə Azərbaycan ərazilərinin bir hissəsinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığına qəbul edilməsinə imkan yaradırdı.

Ermənistan Konstitusiyasında bu anneksiya qərarına dolayı yolla istinad edilir. 1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə, Ermənistan prezidenti olmaq istəyən şəxs 10 il daimi bu ölkədə yaşamalı idi. O zaman məhkəmə 1989-cu il qərarına istinad edərək Dağlıq Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərmiş və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar vermişdi.

Hazırda Ermənistanın başqa ölkənin ərazisində qanunsuz yaşayan vətəndaşlarının hüquqları haqqında nəsə tələb etməsi absurddur. Ermənistan Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl onların Ermənistan vətəndaşları olmadıqlarını sadəcə rəsmi şəxslərin dili ilə bəyan etməməlidir. Bunun üçün ilk növbədə müvafiq formada qanunvericiliyə uyğun 1989-cu il qərarının qüvvədən düşməsi üçün addımlar atılmalı və onun doğurduğu nəticələr, xüsusilə də vətəndaşlıqla bağlı yaranmış uyğunsuzluqlar aradan qaldırılmalıdır.

Hadrutdan və Qarabağın digər bölgələrindən olan ermənilər məhz Ermənistanın yeritdiyi bu siyasət nəticəsində bu gün çətin vəziyyətlə üzləşiblər və hüquqi boşluqda qalıblar. Onlar hüquqi baxımdan qaçqın hesab edilə bilməzlər. Çünki, beynəlxalq hüquqda qaçqınlar (refugee) bir ölkənin vətəndaşının digər ölkənin ərazisinə məcburi miqrasiyasıdır. Bu insanlar yuxarıda göstərilən əsasda Ermənistan vətəndaşlığına qəbul ediliblər və hazırda da vətəndaşı olduğu dövlətin ərazisindədirlər. Onlar beynəlxalq hüquqa görə, məcburi köçkünlər (İDPs) də hesab edilə bilməzlər. Çünki, məcburi köçkünlər ölkənin bir hissəsindən digər hissəsinə məcburi köçənlərdir. Qarabağ isə Ermənistan ərazisi deyil!

Hadrut və digər bölgələrdən olan ermənilərin qarşısında hazırda iki seçim durur: ya sakitcə Ermənistan vətəndaşları kimi həyatlarına davam etmək, ya da qaçqın statusu alaraq Ermənistanda yaşamaq. Lakin, bunun üçün həm Ermənistan vətəndaşı olmadıqlarını, həm də Azərabaycan vətəndaşı olduqlarını sübut etməlidirlər. Əgər onlar Azərbaycan ərazisində öz evlərinə qayıdaraq yaşamaq istəyirlərsə, yenə də Ermənistan və ya digər ölkənin vətəndaşları olmadıqlarını sübut etməlidirlər, çünki Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Azərbaycanda vətəndaşlıq almaq üçün isə müvafiq qanunvericiliyinə uyğun formada rəsmi müraciət etməlidirlər. Əgər Ermənistan rəhbərliyi bu qrupdan olan insanlara yardım etmək istəyirsə o zaman onların vətəndaşlığını rəsmi şəkildə ləğv edə bilər. Bu halda, həmin insanlar Azərbaycan və ya digər ölkənin vətəndaşlığına qəbul edilənə qədər hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs və ya apatridlər hesab ediləcəklər.



CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ
 

Dünyapress TV

Xəbər lenti