![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov redaksiyamıza bir məqalə göndərib. Həmin məqalədə o, dünya üzrə 20 ən böyük kəşfi həyata keçirmiş qadınların siyahısını və onların kəşflərini təqdim edərək, bu siyahıda bir nəfər də olsun müsəlman qadının olmadığını vurğulayır. Professor Məmmədov bu mövzu ilə bağlı öz fikirlərini də ifadə edir. Mövzunun aktuallığını nəzərə alaraq, professorun məqaləsini oxucularımıza təqdim edirik.
***
Bu siyahıda qadınlar tərəfindən dünya üzərində edilən 20 ən yaxşı kəşfin siyahısı verilmişdir. Bunların içərisində bir nəfər də olsa müsəlman yoxdur. Qadınlar dünya əhalisinin təqribən yarısını təşkil edir. Müsəlmanlar qadını faktiki olaraq sıradan siliblər. Dünyəvi-sekulyar ölkə olmasına baxmayaraq, Türk dövlətlərində də vəziyyət eynidir. Bu o deməkdir ki, cəmiyyətin tən yarısının potensialı dövriyyədən çıxarılır, psixoloji cəhətdən yarı potensial sarsılır. Buna görə də müsəlman cəmiyyəti inkişaf cəhətdən digər dinlərdən çox geri qalır. İqtisadi inkişafın bütün göstəriciləri üzrə (riyazi gözləmə - mean göstəricisi) İslam dünya din mənsubları üzrə (buddizm, yəhudilik, hinduizm, sintoizm, xristianlıq, islam) sonuncu yerdə durur. Bir cəmiyyətin inkişafına heç nə ilə bundan artıq zərər vurmaq mümkün deyil. Mənim şəxsi təcrübəm sübut edir ki, qadın elm və texnologiyanın inkişafına kişilərə nisbətən daha böyük təsir gücünə malikdir. İşlədiyim, öyrətdiyim bütün qruplarda qadınların orta potensial və real güc göstəricisi kişilərdən xeyli yüksək çıxmışdır.
1. Radioaktivlik - Marie Curie: Radium və poloniumu kəşf edərək radioaktivlik sahəsində öncül tədqiqatlar aparmış və iki Nobel mükafatı qazanmışdır.
2. DNA-nın strukturu - Rosalind Franklin: Onun DNA-nın rentgen difraksiya şəkilləri ikiqat spiral strukturunu müəyyən etməkdə mühüm rol oynamışdır.
3. Kompüter proqramlaşdırması - Ada Lovelace: Maşın üçün nəzərdə tutulmuş ilk alqoritmi yazaraq dünyanın ilk kompüter proqramçısı olmuşdur.
4. Genetik irsiyyət - Barbara McClintock: Transpozisiya elementlərini və ya “tullanma genlərini” kəşf edərək Nobel mükafatı qazanmışdır.
5. Qaranlıq maddə - Vera Rubin: Qalaktikaların fırlanma sürətlərini öyrənərək qaranlıq maddənin mövcudluğuna dair sübutlar təqdim etmişdir.
6. Telomeraza - Elizabeth Blackburn: Xromosomların uclarını qoruyan telomeraza fermentini kəşf edərək Nobel mükafatı qazanmışdır.
7. Retroviruslar - Françoise Barré-Sinoussi: AIDS-ə səbəb olan HIV virusunu kəşf edərək Nobel mükafatı qazanmışdır.
8. CRISPR-Cas9 - Jennifer Doudna və Emmanuelle Charpentier: Gen mühəndisliyində inqilab yaradan CRISPR-Cas9 gen redaktə texnologiyasını inkişaf etdirmişlər.
9. Nüvə parçalanması - Lise Meitner: Nüvə parçalanmasının kəşfində iştirak edərək nüvə enerjisinin inkişafına səbəb olmuşdur.
10. Pulsarlar - Jocelyn Bell Burnell: İlk radio pulsarlarını kəşf etmişdir ki, bunlar yüksək maqnitli, fırlanan neytron ulduzlardır.
11. Apoptoz - Rita Levi-Montalcini: Hüceyrə böyüməsi və apoptozda mühüm rol oynayan sinir böyümə faktoru (NGF) kəşf edərək Nobel mükafatı qazanmışdır.
12. Ətraf mühit kimyası - Rachel Carson: “Silent Spring” kitabı ilə pestisidlərin təhlükələri haqqında məlumat verərək müasir ətraf mühit hərəkatına səbəb olmuşdur.
13. Radioimmunoassay - Rosalyn Yalow: Qanda maddələrin konsentrasiyalarını ölçən radioimmunoassay texnikasını inkişaf etdirərək Nobel mükafatı qazanmışdır.
14. Sitogenetika - Nettie Stevens: Xromosomların cinsi müəyyən etdiyini kəşf edərək XY xromosom sistemini müəyyən etmişdir.
15. Antropologiya - Jane Goodall: Çimpanzelərin davranışlarını geniş sahə tədqiqatları ilə inqilab etmişdir.
16. Kvant mexanikası - Maria Goeppert Mayer: Nüvə qabığı modelini inkişaf etdirərək Nobel mükafatı qazanmışdır.
17. Rentgen kristalloqrafiyası - Dorothy Hodgkin: Rentgen kristalloqrafiyası texnikasını inkişaf etdirərək mühüm biokimyəvi maddələrin strukturlarını müəyyən etmişdir və Nobel mükafatı qazanmışdır.
18. Kök hüceyrələr - Shinya Yamanaka və Kazutoshi Takahashi: Yetkin hüceyrələri pluripotent kök hüceyrələrə çevirməyi kəşf edərək Nobel mükafatı qazanmışdır.
19. HIV/AIDS müalicəsi - Flossie Wong-Staal: HIV-in molekulyar biologiyasına töhfə verərək müalicədə irəliləyişlərə səbəb olmuşdur.
20. Planetar elm - Carolyn Porco: Saturna göndərilən Cassini missiyasının görüntü komandasına rəhbərlik edərək planet və onun peykləri haqqında misilsiz görüntülər təqdim etmişdir.
Bu kəşflər elm, tibb və dünyamızı anlamağımızda dərin təsir göstərmişdir.
Saleh Məmmədov,
professor
Qabaqlar milli telekanallarımızın dəyərlərimizə, əxlaqa, mənəviyyata uyğunluğu işlərinə Ramiz Mehdiyev baxırdı. Tez-tez bu istiqamətdə tənqidi məqalələr yazırdı. Bir məqaləsi o qədər uzun idi ki, xalqımız hələ oxuyub axırına çata bilməmişdir. Mən hələ ortalardayam, ANS kanalı haqda oxuyuram.
Ancaq müqəddəs yer boş qalmır, hazırda Ramiz müəllimin estafetini deputat Səyavuş Novruzov ələ almışdır. Dünən növbəti dəfə televiziyaları parlamentdə tənqid atəşinə tutmuşdur. (Axırı xeyirli olsun, Səyavuş müəllim nədənsə son dövrlər özünü radikal müxalifət kimi aparmağa başlayıb). Deyir aparıcılar prokuror, rəislərə göstəriş verir, nəticədə cinayətlərin sayı artır.
Doğrusu, bunu tam izah etmədi və güman edirəm rəis və prokurorlar da özlərini aparıcı kimi aparmağa başladığı üçün cinayətlər artır. Əks halda, səbəb-nəticə əlaqəsi anlaşılmır.
Sayın deputatımızın bu sözləri isə olduqca ibrətamizdir: “Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”.
Gözəl sözlərdir. Yaxşı olar Təhsil Nazirliyi gələn il bunu “Həyat bilgisi”, “Botanika”, “Təbiətşünaslıq”, “Astronomiya”, “3-cü sinifin Riyaziyyat” dərsliklərinə salsın. Doğrudan da indi Koroğlu və Nəbiyə bənzəmək istəyən oğullar yoxdur. Həmçinin Həcər və Nigara oxşamaq istəyən qızlar. Hətta ekran-efirə baxanda adama elə gəlir ki, indi oğlanlar Nigara, qızlar Nəbiyə bənzəmək istəyir.
Lakin bunlar məsələnin zahiri tərəfidir. Mahiyyətinə diqqət etməliyik. Bəlkə də cəmiyyətdə, real olaraq Koroğlu, Nigar görməyən gənclər yolunu azırlar, kriminal avtoritetlərə, bambılı serial qəhrəmanlarına oxşamaq istəyirlər. Bəs çıxış yolu yoxdurmu? Var! Məncə, gənclərimiz Səyavuş müəllimə bənzəməyi özlərinə həyat devizi seçsələr yaxşı olar. Adam canlı nümunə kimi qarşımızdadır.
Yazını Ramiz müəllimə açdıq, bu da səbəbsiz deyil. Bildiyiniz kimi, Donald Tramp artıq ABŞ prezidenti seçilib. Qarşıdan gələn 4 ili onun feyk açıqlamaları, hap-gopu ilə keçirtməyə məcburuq. Olsun. Atalarımız demişkən, az idi arıq-uruq, biri də gəldi boynu buruq. Hazırda bütün planet Tramp müəllimə, rus demişkən, “xod” axtarır. Türkiyə qəzetində oxudum, keçmiş maliyyə naziri Berat Albayrak-ın yenidən hökumətə qaytarılması müzakirə edilirmiş, çünki Berat bəy vaxtilə, Trampın birinci prezidentliyi dönəmində onunla mehriban münasibətdə olub, Vaşinqtonda öpüşüb-görüşüblər. Bəlkə biz də Trampla sıcaq ilişkiləri olmuş əski nəqliyyat bakanımız Ziya müəllimi geri qaytarmalıyıq. Bakıda birgə ev tikmişdilər. Gəlib yenə tiksinlər, hələ yer qalır.
Ramiz Mehdiyevin də siyasi-iqtisadi, mənəvi-ekoloji potensialından sanki axıracan istifadə etmədik. O cür adamları son damlasınacan xalq üçün sıxmaq lazımdır.
Ümidvaram əlaqədar orqanlar təklifimi nəzərə alar. Yaxşı bilirəm ki, onlar bu yazıları diqqətlə oxuyur. Məsələn, İspaniyada xeyli oxucum var imiş. Bu yaxında orada sel olanda mən yazmışdım ki, gərək xalqımız təbii fəlakətlərə dözümlü olsun, ispanlardan örnək alsın. Özündən sitat gətirmək təvazökarlıq olsa da məcburam, belə yazmışdım: “Odur, biz Sabunçu tunelində 2 nəfəri ağlayıb bitirməmiş sel gəldi, İspaniyada, Valensiyada 100-ə yaxın adam öldü. Xalq narazı qalıb kral 6-cı Filip müəllimin istefasını tələb etdimi? Etmədi. Əksinə, gələcəkdə taxta oturacaq "7-ci Filip"ə dualar oxudular və çıxıb getdilər “Valensiya”-"Barselona" oyununa baxmağa" (“YM”, 1 noyabr, 2024). Qısa zaman keçdi, ispanlar kralı və xanımını palçıqla, daş-kəsəklə qovdular. Baş nazir Pedro müəllimin istefasını tələb etdilər. Sən demə sel haqda camaata heç bir xəbər verilməyib, 200-dən çox adam ölüb, saysız itkinlər var. Üstəlik, seldən keçən günlər ərzində xilasetmə, bərpa əməliyyatları da çox pis keçir. Küçələri, evləri camaat özü, kürəklə, süpürgə ilə təmizləyir, içməli su tapılmır və sairə.
Mənim fikrimcə, İspaniyada bu “bardak”ın yaranması baş nazirin sosialist partiyasının nümayəndəsi olması ilə bağlıdır. Solçular həmişə belə populizmlə məşğul olur, işləməklə isə araları olmur.
İspan kralına palçıq atılmasının səbəbi isə ordunun fəaliyyətsizliyinə görədir. Orada əsgər krala tabedir, lakin təbii fəlakətə qarşı ordunu cəlb etmək nədənsə kralın ağlına gəlməyib.
Yəqin gələcəkdə Səyavuş müəllimi İspaniya kralı da qoymaq olar.