Ardını oxu...
Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan AB “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib. Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan AB missiyasının mandatını uzatmaq niyyətindədir. Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Avropanın dırnaqarası müşahidə missiyasının Ermənistanda varlığı Nikol Paşinyan hökümətinin təhlükəsizliyi nöqteyi nəzərdən görünsə də, bu Avropa Birliyinin Cənubi Qafqazda istinad nöqtəsi olan Ermənistanda varlığını möhkəmləndirir:

“Yəni missiyanın varlığı sadəcə Ermənistanın maraqları kontekstində baş vermir. Bu Qərbin Cənubi Qafqazda mövcudluğunu təmin etməklə məşğuldur. Ermənistanın təhlükəsizlik və Avropa Birliyinin regiona sirayət etmək maraqları qarşılıqlıdır. Ermənistan missiyanın fəaliyyətini istəməsə belə, gələcək inkişaf prespektivini Qərbə yönəldən rəsmi İrəvanın Avropa Birliyinin geosiyasi maraqlarını təmin etmək məcburiyyətindədir. Ona görə də belə həll olunmaz tənliklər ortalığa atmaqla dolayısı ilə Avropa Birliyi müşahidə missiyasının varlığına yol açırlar. Demarkasiya prosesi uzun vaxt aparan və ağrılı gedişdir. Həmin prosesin hansı zaman çərçivəsinə qədər uzanacağını heç kəs bilmir. Ermənistan da buna əmin olduğu üçün belə model ortaya qoyur. Azərbaycan və Ermənistan istəsə belə, sərhədlərin demarkasiya və delimitasiya prosesini qısa müddət ərzində başa çatdıra bilməzlər. Ermənistan düşünür ki, bu cür çözümsüzlük variantı Azərbaycanı sözügedən müddəadan vaz keçirmək üçün işə yarıya bilər. Belə əngəlləyici amillər sülh prosesinin qarşısında tormozlayıcı xarakter daşıyır. Yəni sülh müqaviləsinin imzalanmasına imkan vermir. Çünki sülh iki ölkə arasında əməkdaşlığı, diplomatik münasibətləri və digər sahələr üzrə inteqrasiyanı özündə ehtiva edir. Ancaq sülh bağlamalı olduğun dövlətin sərhədində üçüncü faktorların hərbi strukturlarını yerləşdirməklə sülhdən danışmaq olmaz. Ona görə də Azərbaycanın üçüncü qüvvələr sərhəddə yerləşə bilməz deməsi tamamilə doğrudur. Qalib ölkə olaraq Azərbaycan bunu tam legitim şəkildə tələb etmək hüququna sahibdir”.

Ekspert söyləyib ki, Avropa Birliyi Bakı və İrəvan münaqişəsində bitərəf olmaqdan çıxaraq Ermənistandan yana çıxış edir:
“Eyni zamanda hələ sülh müqaviləsi imzalanmayıb, amma Avropa İttifaqı və Fransa Ermənistanı silahlandırır. Azərbaycan üçüncü qüvvələr deyərkən təkcə Avropa Birliyini deyil, eyni zamanda Rusiya, İran və.s tərəflər nəzərdə tutulur. Simonyanın açıqlaması Azərbaycanın tələblərinə adekvat deyil. Hətta Simonyanın açıqlamasında Ermənistanın konkret hiyləsini də hiss edirik. Bildirirlər ki, əgər həqiqətən də Avropa Birliyinin müşahidə missiyasının çıxmasını tez istəyirsinizsə, demarkasiya prosesini bitirməyə ehtiyac var. Bu isə Azərbaycan qanı bahasına əldə etdiyi strateji yüksəkliklərdən Avropa Birliyinin müşahidə missiyasının çıxarılması xatirinə öz qoşunlarını geri çəkməli və həmin zirvələri yenidən Ermənistana verilməsi deməkdir. Azərbaycan isə heç vaxt Ermənistanın bu hiyləsinə getməyəcək”.
 

 

Ardını oxu...
  

Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı REAL Partiyasının icra katibi Natiq Cəfərli olub.

Musavat.com xəbər verir ki, Natiq Cəfərli Tramp dönəmində Amerika-Azərbaycan münasibətlərinin prespektivindən danışıb.

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
1992-ci il fevralın 19-da Moskvada rəsmi olaraq müstəqil Azərbaycan Respublikası adından SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovu , SSRİ müdafiə naziri Dmitri Yazovu, SSRİ DTK-sının sədri Vladimir Kryuçkovu dindirilməsini həyata keçirmişdi.
İdris Əsgərov 1998-ci ildə “Panorama” qəzetinə verdiyi müsahibədə bildirir ki, biz çalışırdıq ki, onlar xalqımızın qarşısında öz günahlarını etiraf etsinlər. Əvvəlcə marşal Dmitri Yazovu gətirdilər. Aman Allah, böyük bir militarist, fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri bu imiş... Mənim xalqıma divan tutmaq komandasını verən marşal bu imiş?! Sözün düzü, ilk görüşdə mən emosiyalarımı cilovlaya bilmədim, vətəndaşlığım peşə borcumu üstələdi. Məndə bu insana qarşı nifrət oyandı. Onunla prokurorluq işçisi kimi danışmaq qabiliyyətimi bir anlığa yox etdi. Lakin özümü ələ aldım. Bunu dindirmənin istədiyimiz kimi aparılması da tələb edirdi. İlkin olaraq, dindirmə öz qaydasında gedirdi. Əsl “soldafon” xislətli bu adam ifadə verməyə başladı. Lakin onun qarşısında kəskin ifşaedici suallar qoyulduqda, öz müdafiəçisinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Lakin biz bütünn lazimi suallari onun qarşısında qoyaraq, baş vermiş kütləvi insan qırğınında şəxsi məsuliyyətini ona anladırdıq. Bizim verdiyimiz ifşaedici sualları dinlədikcə, onun necə psixoloji həyəcanlar keçirdiyi indi də gözümüzün qabağındadır. Adamların kütləvi surətdə güllələnməsi haqqında çəkinmədən əmr verən bu marşal daxilən nə qədər qorxaq və aciz imiş.
Dmitri Yazovun ifadələrindən:
“...1990-ci il yanvarın 19-da məni prezident Qorbaçovun yanına dəvət etdilər. Daxili işlər naziri Bakatin də ora dəvət olunmuşdu. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və SSRİ Ali Sovetinin sədri Aleksandr Lukyanov da Qorbaçovun iş otağında idilər. Qorbaçov dedi ki, Bakıda təhlükəli vəziyyət yaranıb. Mən və Bakatin ora gedib qanun-qayda yaratmalıyıq. Həmin gün Bakı vaxtı ilə saat 17.00-da biz Bakıya gəldik. Bakıda Qərb istiqamətinin baş komandanı, general Popovun otağında SSRİ prezidentinin nümayəndələri Yuri Primakov və Oleq Şeninlə Azərbaycan KP MK-nin birinci katibi Əbdürəhman Vəzirovla görüşüb, vəziyyəti müzakirə etdik və fövqəladə vəziyyət olunması qərarına gəldik. Yanvarın 19-dan 20-nə keçən gecə nizami Sovet Ordusunun hissələri Bakı şəhərinə yeridildi. Qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəldiyindən, atəş açmağa məcbur olduq...!”.
Yazov deyirdi ki, bu zaman şəhərin üzərində vertolyotla uçaraq bunları özü müşahidə etmişdi. İnsan qırğınını belə soyuqqanlıqla müşahidə edən hərbçini insani baxımdan xarakterizə etmək üçün əlavə sözə ehtiyac yoxdur. Yazov qəflətən yaxalanmış cinayətkarlar kimi son dərəcə məntiqsiz, dolaşıq danışaraq, aşkar çaşqınlığa yol verirdi. Yanvarın 19-da axşam Bakıya gələn Yazovun bir neçə saat ərzində vəziyyəti öyrənib yüksək vəzifəli şəxslərlə müşavirə keçirməsi və fövqəladə vəziyyət edilməsi qənaətinə gəlməsi və şəhərə qoşun yeritməsi müqabilində, onun qarşısında konkret suallar qoyuldu:
“1. Bəs SSRİ Ali Sovetinin Rəyasət Heyəti föqəladə vəziyyət haqqında fərmanı nə vaxt qəbuıl etdi?
2. Əgər bu fərman Yazov Bakıya gələndən sonra qəbul edilmişdisə, Bakını üzük qaşı kimi mühasirəyə almış qoşun hissələri nə zaman ölkənin müxtəlif yerlərinə səfərbər edilib gətirilmişdi?”.
Yazova sual verdik ki, fövqəladə vəziyyət elan edilməsinin xüsusi hüquqi rejimi var. Bu rejimə əməl olunmamış, əhali də xəbərdar edilməmişdi. Bu da insan qırğını ilə nəticələnmişdi.
Cavabında marşal nə desə yaxşıdır: “Qoşun şəhərə gecə saat 3-də daxil olub. Bu zaman bütün düzgün adamlar yatırlar”. Ona irad tutuldu ki, qoşun şəhərə gecə saat 12-də daxil olub. Sual üzərində xeyli düşündü, durub bir qədər gəzişdi. Bizə sarı dönərək, ifadə verməyəcəyini elan etdi.
O zaman Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında dövlətlərarası müqavilə olmadığından biz ondan sonrakı sullarımıza cavab ala bilmədik.
Keçmiş SSRİ DTK- sının sədri Kryuçkov əvvəlcə ümumiyyətlə 20 yanvar hadisəsindən məlumatı olmadığını, o dövrdə məzuniyyətdə olduğunu söylədi. Xüsusi xidmət orqanı başçısının ölkədə baş vermiş kütləvi insan qırğınından bixəbər olması ağlabatan deyildi. Bu iradımıza cavab olaraq, Vladimir Kryuçkov dedi ki, məzuniyyətdə olarkə, həmin hadisə haqqında məlum kanallar üzrə informasiya almışdı.
Dindirmənin gedişində öyrəndik ki, Qorbaçov ordudan fərqli olaraq, təhlükəsizlik orqanı qüvvələrinin Bakı hadisələrində son dərəcə passiv hərəkət etməsinə görə Kryuçkovu danlayıb. Görünür tökülən qanlar onu qane etməmişdi. Biz Yazovu və Kryuçkovu ifadə verməyə dəvət edərək dedik ki, kütləvi insan qırğını ilə müşayiət edilmiş Bakı hadisələrinin qeydi-adiliyi baxımından bu cinayətin bütün təfərrüatı ilə aydınlaşdırılması hər kəsin təkcə vətəndaçlıq borcu deyil, həm də insanlıq borcudur. Biz onları Rusiya vətəndaşı kimi deyil, planetimizdə yaşayan bir insan kimi ifadə verməyə dəvət etdik. Onlar yenə də tam ifadə verməkdən imtina etdilər.
Görünür qanlı cinayətin iştirakçıları öz yüksək məsuliyyətlərinin bütün acı nəticələrini dərk edirdilər. Anatoli Lukyanov isə ifadə verməkdən imtina etmədi. Lakin, hadisədən guya çox vaxt keçdiyindən, onu unutduğunu söylədi. Rəhbər olduğu ölkədə baş vermiş insanı dəhşətə gətirən qanlı bir cinayəti belə tez unutmaq şübhəsiz ki, həqiqətdən uzaq bir ifadə idi.
Ceyhun Nabi
TEREF

Ardını oxu...
  

Vitse-prezidentlik vəzifəsinə 30 illik əziyyətim sayəsində əldə etdiklərimlə karatenin inkişafına təkan vermək üçün gəlmişdim. Ərizə yazaraq istefa verdim. Bu qərarı özüm təkbaşına qəbul etdim.

Musavat.com xəbər verir ki, bu sözləri "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentlik vəzifəsindən istefa verən beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Baku TV-yə müsahibəsində deyib.

Karate ustası öz qərarında israrlı olduğunu söyləyib:

"Düz qərar vermişəm ki, ayrılıram, kiminsə yerini tutmaq istəmirəm. Ümid edirəm ki, mənim yerimə gələn insan gözəl addımlar atıb, karatenin irəliyə getməsi üçün əlindən gələni edəcək. Mən də bu idmanda əziyyət çəkmişəm, danışsam, çox şey deyərəm. Ancaq müsbət şeylər haqqında danışıram. Hansısa zəng məni qorxutmayıb, heç də peşman deyiləm. Avropada artıq 4-5 ölkə var ki, onlardan cavab gözləyirəm. Əgər alınarsa, hansısa bir ölkənin yığma komandasına baş məşqçilik edə bilərəm. Hələ ki düşünürəm".

Vitse-prezidentlik dövründə cəmi bir dəfə iclasa çağırıldığını bildirən Rafael Ağayev bir ildir maaşının kəsildiyini qeyd edib:

"Məni bir dəfə iclasa çağırıblar. Zəng edərək atamın xəstə olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyimi dedim. Bundan başqa məni heç bir iclasa dəvət etməyiblər. Olduğu kimi danışıram. Mən çox şeyi gizlədirəm, yaxşı şeyləri deyirəm. Əgər İctimai Birliyin vitse-prezidentiyəmsə, maaşım bir ildir niyə kəsilib? Deyəcəklər ki, Rafael yenə pula görə dalaşır. Mən Federasiyadan bunun səbəbini soruşanda deyirlər, nazirlikdən belə qərar verilib ki, sənin maaşın kəsilsin".

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

"DİA-AZ" müsahibəni təqdim edir:

– Qüdrət bəy, İmişlidə polis əməkdaşının törətdiyi avtoqəza nəticəsində iki azyaşlının həyatını itirməsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bu hadisədən polisə və iqtidara qarşı istifadə cəhdləri açıq-aydın görsənir. Bədbəxt hadisəyə sizin münasibətinizi bilmək istərdik…

– Dünyasını dəyişən uşaqlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Yaralananların Allah şəfasını versin. Ağır və üzücü hadisədir. Çox təəssüf ki, hər il ölkəmizdə yüzlərlə insan avtoqəzalar nəticəsində dünyasını dəyişir, şikəst olur. Avtoqəza törətmiş bəzi şəxslər hətta öz ailə üzvlərinin ölümünə səbəb olur. Başlanmış cinayət işi günahkarları müəyyən edəcək və həmin şəxs, yaxud şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılacaq. İnsanların hadisəyə emosional reaksiyası qəzanın ağır nəticələri səbəbindən başa düşüləndir. Cəmiyyətimizdə hələ də müharibə həyəcanı qalmaqdadır. Ukraynadakı müharibə səbəbindən Rusiyada işləyən soydaşlarımızın ailə üzvlərinə göndərdiyi maliyyə vəsaitinin həcmi kəskin şəkildə azalıb, qonşu ölkələrlə quru sərhədlərin qapadılması səbəbindən bir çox vərtəndaşımızın həmin ölkələrdən ucuz bazarlıq etmək, sərhədyanı ticarətlə məşğul olmaq imkanları aradan qaldırılıb. İnflyasiyanın artım tempi insanların gəlirlərinin artım tempini üstələyir ki, bu da əlavə sosial gərginlik yaradır. Ona görə mütəmadi olaraq hökuməti sərhədləri açmağa, iqtisadi islahatları genişləndirməyə çağırıram. Hadisə ehtiyatsızlıqdan törədilib. Bu kimi hadisələr dünyanın ən inkişaf etmiş və insan həyatına yüksək qiymət verilən mədəni ölkələrində də baş verir. Bəzi Qərb ölkələrində polis zorakılığından ölənlərin sayı minlərlədir. Şükür Allaha ki, bizdə belə hadisələr baş vermir. Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Biz onsuz da son vaxtlar polisə, təhlükəsizlik orqanlarına qarşı xaricdən sistemli şəkildə təşkil olunan və aparılan qara piar kampaniyasını müşahidə etməkdəyik. Hesab edirəm, emosional vəziyyətdə etiraz aksiyasına qoşulmuş və polis avtomobilinə ziyan vuran şəxslərə münasibətdə də sərt qərarlar qəbul olunmamalıdır. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalı, eyni zamanda islahatlar həyata keçirilməlidir.
 
Ardını oxu...
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 15:36 | Çap et
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi
Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına səbəbin Rusiya hava məkanında “Pantsir S” raketi ilə vurulmasını göstərən etibarlı faktların üzə çıxmasından, Moskvanın bu hadisənin üstünü bağlamaq cəhdlərindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə edilir. Azərbaycan tərəfi mülki təyyarənin Rusiya tərəfindən vurulmasının etirafını, təzminat və digər məsələlərin həllini istəyir. Rusiya isə müxtəlif yollarla bu məsələdən yayınır.

Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun hadisə ilə bağlı verdiyi açıqlamalar da Moskvanın informasiya dolaşıqlığı yaratmaq istəyini göstərir. İki ölkə münasibətlərindən danışan diplomat deyib ki, "Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirirəm. Prezidentlər daim təmasdadırlar. Etibarlı münasibətlərimiz var. İki ölkə arasında bağlı məsələlər mövcud deyil". Onun sözlərinə görə, Rusiya və Azərbaycan yeni, qarşılıqlı faydalı birgə layihələrin axtarışı üçün intensiv işləyirlər. Rusiya XİN başçısı Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını göstərib. Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. Nazir həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib.

“Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verdi. Təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”, - Rusiyanın baş diplomatı vurğulayıb.

Lavrovun bu açıqlamasından sonra Rusiyanın “Baza” “Telegram” kanalı AZAL təyyarəsinin pilotları ilə aviadispetçerlər arasındakı söhbətin tam stenoqramının yayıldığını iddia edib. Pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra isə Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları guya AZAL təyyarəsinin ekipajı müstəqil qəbul edib. “Baza” dispetçerlərin əvvəlcə Qroznıya, daha sonra Mahaçqalaya eniş etməyi təklif kimi irəli sürüldüyünü iddia edir.

Hətta guya heyətə Rusiyanın digər hava limanları haqqında məlumat verildiyini bildirirlər. Lakin ekipaj oraya enməmək qərarına gəlir və təkliflərdən imtina edir. Bundan başqa kanal “quşlarla toqquşma” ehtimalını və göyərtədə “qaz balonunun partlaması” versiyasını da irəli sürür. Bunun guya dispetçerlərlə danışıqlarda pilotların və ekipaj üzvlərinin dilindən səsləndirildiyini bildirir.

Görünən odur ki, Rusiyaya məxsus kanal təyyarənin vurulması ilə bağlı bütün dəlillərə rəğmən baş verən hadisənin motivlərini başqa məcraya yönəltməyə çalışır. Bu məlumatların Lavrovun açıqlamasından dərhal sonra yayılması informasiyanın Rusiyanın rəsmi orqanlarının göstərişi ilə ortaya atılması ehtimalını yüksəldir.

Ümumiyyətlə, “qara qutu”nun məlumatlarının Rusiya tərəfinin necə əlinə keçməsi, niyə Lavrovun rəsmi açıqlama olmadan “qara qutu” barədə danışması sualları meydana çıxır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, Rusiya tərəfindən komissiya iştirak edir və bu barədə məlumatlı olmaları təbiidir:

- Çünki qəzadan dərhal Azərbaycan, Qazaxıstan və Rusiya üçtərəfli komissiyası yaradıldı. Bu, qaçınılmazdı, çünki cinayət olan, amma hələlik qəza deyilən hadisə Rusiyanın hava məkanında olub. Ona görə də Rusiyanın komissiyada iştirakı vacibdir.

Hər şeydən əvvəl, Azərbaycan Prezidentinin prinsipial mövqeyi və hadisədən dərhal sonra məsələnin spekulyasiya mövzusuna çevrilməsinin qarşısını almaq üçün bəyanatları diqqətə alınmalıdır. Amma biz görürük ki, prosesin müəyyən mərhələsindən sonra Rusiya niyəsə hamıdan qabaq, araşdırmanın nəticəsi rəsmi açıqlanmadan əvvəl spekulyasiyaya cəhd edir. Rusiya tərəfi malik olduqları informasiya ilə yenidən hadisə ətrafında informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir. Həm də bunu Rusiyanın xarici işlər naziri səviyyəsində edirlər. Mənə elə gəlir ki, bu, birincisi, etik baxımdan doğru deyil. Çünki üç ölkənin komissiya üzvləri eyni vaxtda ilkin nəticələrlə bağlı eyni vaxtda rəsmi açıqlama verməlidirlər. Bu zaman manipulyasuiyalara yer qalmır. Amma Rusiya tərəfi bu etikanı pozur. Eyni zamanda, qabaqdangəlmişlik etməklə yeni suallara, mülahizələrə rəvac verir.

- Rusiyanın qabaqdangəlmişlik etməkdə məqsədi nədir?

- Görünən odur ki, Rusiya bu məsələdə öz maraqlarını diktə etmək niyyəti güdür. Lavrovun açıqlamasının başqa cür izahı yoxdur. Məsələ burasındadır ki, Lavrovun açıqlamasından dərhal sonra əllərində olan informasiyanı təhrif edərək müxtəlif sosial şəbəkə seqmentlərində yayırlar. Bu da onu göstərir ki, Rusiya informasiya manipulyasiyasından istifadə etməklə öz maraqlarını təmin etməyə çalışır.

Bu kontekstdə Qazaxıstan tərəfinin açıqlaması maraq doğurur. Astanadan qeyd edildi ki, Qazaxıstan ilkin rəsmi məlumatlar açıqlanmadan heç bir şərh verməyəcək. Rəsmi açıqlamadan əvvəl hansısa şərhi qeyri-ciddi mövqe saydırlarını bildirdilər. Məncə, ən doğru mövqe budur.

- Aydındır ki, “qara qutu”nun məlumatlarını Rusiyaya təyyarənin istehsal olunduğu və “qara qutu”nun oxunduğu Brazilya tərəfindən sızdırılıb. Rusiyanın məlumatları təhrif edərək ötürsə də, hər halda məlumat var. Bəs Brazilya niyə məlumatları əvvəlcədən sızdırıb?

- Bir qədər hadisənin əvvəlindəki informasiyalara, ehtimallara nəzər salmaq lazımdır. Təyyarənin istehsalçısı olan “Embraer” şirkətinin mütəxəssisləri Brazilyadan Qazaxıstana gəlib “qara qutu”nun oxunması ilə bağlı təklifini verdi və Azərbaycan buna razı oldu. Həmin vaxt Azərbaycanda belə fikir səsləndirildi ki, Brazilya BRİCS üzvüdür və Rusiya ilə çox yaxın münasibətləri, əlaqələri var, görəsən b una görə obyektivliyə zərər gəlməz ki? Ola bilər ki, Rusiya tərəfinə məlumatların sızdırılması bu münasibətlərdən qaynaqlanır. Yəni şirkət üçün birinci amil təyyarənin texniki qüsurlarının olmaması məsələsidir. Bundan kənar amillər – təyyarənin raketlə vurulması, onun niyə Aktauya yönləndirilməsi, Rusiya ərazisindəki başqa hava limanlarına niyə icazənin verilməməsi, təyyarə ekipajının özünü necə aparması “Embraer”i, dolayısı ilə Brazilya tərəfini az maraqlandırır. Şirkətə sadəcə maraqlı idi ki, təyyarədə texniki qüsur olmayıb, şirkətin günahı yoxdur. Qalan məsələlər istehsalçı şirkəti maraqlandırmadığı üçün “qara qutu”nun oxunmasından sonra əldə olunan ilkin nəticələr barədə məlumatları Rusiya tərəfinin istəyi ilə Moskvaya ötürmüş ola bilər.

- Azərbaycan bu informasiya manipulyasiyasının qarşısını necə ala bilər?

- Bu günlərdə Avropa məkanından iki açıqlama verildi ki, görünən odur bu açıqlamalarda Lavrovun tələm-tələsik açıqlamasının rolu var. Söhbət Polşanın Baş naziri Donald Tuskun “Rusiya hava məkanında mülki təyyarələr vurulur” bəyanatından gedir. Aydındır ki, Tusk bu sözlərində AZAL-ın təyyarəsinin raketlə vurulmasını nəzərdə tuturdu. Həmçinin Böyük Britaniya tərəfindən bəyanat verildi ki, lazım olarsa, London təyyarə qəzası ilə bağlı təhqiqat işinin aparılmasında iştirak edə, texniki köməyini göstərə bilər. Hesab edirəm ki, bu bəyanatlar Rusiyanın mövqeyinə qarşı, manipulyasiyalarına qarşı Avropadan edilən passiv etirazdır. Məncə, biz gözləməliyik. Bu, Lavrovun açıqlaması ilə, yaxud informasiya məkanını yalan, təhrif olunmuş informasiyalarla dolduraraq həqiqətin üzə çıxmasının qarşısının alınacağı, nəyinsə sübutunun ortaya qoyulacağı sadə hadisə deyil. Yəqin ki, Azərbaycan məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq. Təbii ki, mövqe Azərbaycan vətəndaşlarının və AZAL-ın mənafelərinin qorunması istiqamətində olacaq. Azərbaycan hadisənin obyektiv nəticələrində qətiyyətli mövqeyə sahibdir. Azərbaycanın birinci şəxsi, cənab Prezident öz sözünü deyib, qətiyyətini nümayiş etdirib. Kimin nə deməsindən asılı olmayaraq, Prezidentin dediyi şərtlər yerinə yetirilməlidir və yetiriləcək. Görünən odur ki, Rusiya hadisənin üstünü örtməyə cəhd edir. Amma bu, baş tutmayacaq.

- Bu cəhdlər fonunda Azərbaycan-Rusiya münasibətlərinin perspektivi nə vəd edir?

- Rusiya öz imicini qoruya bilməməsi, hava məkanında təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı narahatdır. Rusiyada belə mövqe səsləndirilir ki, Azərbaycan ölkənin müharibə şəraitində olduğunu nəzərə ala. Lavrov da açıqlamasında dedi ki, belə hadisələr olur. Bildirdi ki, Rusiyanın da helikopteri Azərbaycan tərəfindən səhvən vurulmuşdu. Bütün bunların hamısı Rusiyanın özünə bəraət qazandırmaq cəhdləridir. Gərək Rusiya təyyarənin vurulması barədə səmimi olsun. Bunu təkzib etmək, hansasa hadisə ilə bu hadisənin eyniləşdirilməsi doğru deyil.

Açıq demək lazımdır ki, Azərbaycan və Rusiya yaxşı münasibətləri qoruyub-saxlamalıdırlar. Bu gün Rusiya Azərbaycanla münasibətlərinin qaydasında olmasına məhkumdur. Azərbaycan da Rusiya reallığı ilə hesablaşır. Bir hadisəyə görə, dövlətlərarası münasibətləri birdəfəlik korlamaq olmur, lazım da deyil. Əlbəttə, AZAL təyyarəsinin vurulması hadisəsinin miqyasını əsla kiçiltmək olmaz. Amma münasibətlərin üstündən birdəfəlik xətt çəkmək də mümkün deyil. Dövlət maraqları, milli maraqlar münasibətləri qorumağı zəruri edir. Xüsusilə də iki qonşu ölkələr arasında. Nə Rusiya başqa yerə köçəsidir, nə də Azərbaycan. Biz qonşuyuq və normal qonşuluq münasibətləri davam etməlidir. Sadəcə böyük dövlət olan Rusiya böyük dövlət kimi davranış ortaya qoymalıdır. Başa düşürük ki, bu gün Rusiya ətrafında böyük hadisələr baş verir, müharibə gedir, olum-qalım dövrüdür. Lakin Azərbaycan tərəfinin təyyarəsi vurulub və bu, cinayətdir. Cinayətin isə cəzası olmalıdır. Rusiya tərəfi bu cinayəti törədənlərin cəzasını verməlidir, təzminatı ödəməlidir, digər lazımi addımlar atmalıdır. Bu, həm də böyük dövlətdən gözlənilən davranış olar.
 
Ardını oxu...
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli növbəti dəfə əmək haqqı və pensiya haqqında verilən qərarları geniş ictimaiyyət üçün şərh edib.Mudavat.com-un məlumatına görə, deputat keçən ilin dekabrında əmək haqqı, pensiya və müavinətlərin artırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixl prezident sərəncamı ilə bağlı ünvanlanan ona sualların bir qismini cavablandırdığını vurğulayıb: “Ondan sonra da bu yöndə bizə ünvanlanan sulların davam etdiyini nəzərə alaraq, onları qruplaşdırıb, daha konkret və detallaşaşdırılmış formada cavablandırmağı lazım bildik. Cavablar rəsmi dövlət sənədlərinə istinaq edilərək hazırlanıb.

“Qeyd” hissələrində isə sözügedən məsələyə dair öz fikir və mülahizələrimizi bildirmişik. Ardınca Ə.Məsimli vacib məqamları sual-cavab formasında, sadə dildə ictimaiyyətə aşağıdakı qaydada təqdim edib:

Sual: Vahid Tarif Cədvəli üzrə 2025-ci ilin maaş artımı hər bir dərəcə üzrə konkret nə qədər və neçə faizdir, kimlərə şamil edilir və artırılmış əmək haqqları nə vaxtdan başlayaraq veriləcək?

Cavab: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli və 540 saylı Qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinə əsasən bu ilin yanvarından dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməyinin ödənilməsi dərəcələri üzrə aylıq maaşları 1-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 345 manatdan 400 manata, 2-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 359 manat 416 manata, 3-cü dərəcə üzrə 16,7 faiz artırılaraq 371 manatdan 433 manata, 4-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 389 manatdan 450 manata, 5-ci dərəcə üzrə 15,8 faiz artırılaraq 406 manatdan 470 manata,6-cı dərəcə üzrə 16 faiz artırılaraq 422 manatdan 490 manata,7-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 441 manatdan 510 manata,8-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 458 manatdan 530 manata,9-cü dərəcə üzrə 15,1 faiz artırılaraq 478 manatdan 550 manata,10-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 497 manatdan 575 manata,11-cü dərəcə üzrə 15,8 faiz artırılaraq 518 manatdan 600 manata, 12-cü dərəcə üzrə 16,2 faiz artırılaraq 538 manatdan 625 manata, 13-cü dərəcə üzrə 16 faiz artırılaraq 560 manatdan 650 manata,14-cü üzrə 15,6 faiz artırılaraq 584 manatdan 675 manata, 15-cü dərəcə üzrə 15,3 faiz artırılaraq 607 manatdan 700 manata, 16-cı dərəcə üzrə 15,5 faiz artırılaraq 632 manatdan 730 manata, 17-ci dərəcə üzrə 9,5 faiz artırılaraq 694 manatadan 760 manata,18-cü dərəcə üzrə 4,4 faiz artırılaraq, 833 manatdan 870 manata, 19-cu dərəcə dərəcə üzrə isə 2,2 faiz artırılaraq 1125 manatdan 1150 manata çatdırılıb. Həmin kateqoriyaya aid işçilərə artmış əmək haqqları bu ilin yanvarından verilir.

Sözügedən maaş artımları qeyd edildiyi kimi, dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan təqribən 400 min işçiyə və 400 manatdan aşağı maaş alan 300 minə yaxın özəl sektor işçilərinə şamil olunub. Bəzi açıqlamara görə isə dövlət və özəl sektorda bir qədər aşağı-yuxarı olmaq şərtilə təqribən bir-birinə yaxın sayda olmaqla, toplam 700 min nəfərə şamil olunub.

Qeyd: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra, bu ilin rəsmi pronozlarında və 2025-ci ilin Büdcə Zərfində öz əksini tapan 1070 manatlıq orta əmək haqqının 37 faizi səviyyəsinə uyğun olacaq. Son 10 ildə minimum əmək haqqı 105 manatdan 400 manata yüksəlməklə, orta əmək haqqının 23 faizi səviyyəsindən 37 faizi səviyyəsinə çatıb. Bu sahədə müsbət dinamika olsa da, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər baxımından və ölkəməmizdə qəbul olunmuş proqram xarakterli sənədlərin müvafiq tələbləri baxımından yetərli deyil. Ona görə də biz Milli Məclisdə bu məsələ ilə bağlı çıxışlarımızda Azərbaycanın 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının dördüncü maddəsinin birinci bəndinə, eləcə də maaş alan vətəndaşların əhəmiyyətli bir hissəsinin minimum əmək haqqına yaxın səviyyədə maaş aldığını nəzərə alaraq, ölkəmizdə minimum əmək haqqının birbaşa mümkün deyilsə, heç olmasa mərhələlərlə orta əməkhaqqının 60 faizi səviyyəsinə, yəni 600 manatın üstünə qaldırmağın çox vacib olduğunu bildirmişik.

Sual:2025-ci ildə nəzərdə tutulan pensiya artımları kimlərə şamil olunacaq?

Cavab: Minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırıldıqdan sonra minimum pensiyanın artırılması ilə əlaqədar olaraq 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək. Bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq. Bununla yanaşı, bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımım 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay, yəni fevralın əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident cərəncamı verilək.

Qeyd:Keçən il pensiyalar 11,2 faiz artırılmışdı. Bizə olan müraciətlərdən görürük ki, cəmiyyətdə bu il də pensiyaların artımının keçən ildəkinə yaxın bir səviyyədə, yəni ikirəqəmli səviyyədə olacağı barədə gözləntilər var. Amma rəsmi açıqlamarda pensiyaların orta hesabla 8-9 faizlik artacağından söhbət gedir. Keçən ilin noyabrında bu məsələ Milli Məclisdə müzakirə olunarkən bizim irəli sürdüyümüz təkliflərdən biri də əgər 2024-cü ilin yekunua görə əmək haqqının nominal artım tempi birrəqəmli, yəni 9 faizə qədər olarsa, onda nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyaçılarına 2022-ci ildə tətbiq edilən 200 manat məbləğində maddi yardımın verilməsinin 2025-ci ildə də yenidən tətbiq edilməsinin zəruriliyi məsələsi olub.

Sual: Pensiya artımı əlillik dərəcəsi olanlara da şamil ediləcəkmi?

Cavab: Pensiya artımı əmək əmək pensiyalarının hər üç növündə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara da şamil ediləcək.

Sual: Artan pensiyalar nə vaxtdan veriləcək?

Cavab: Pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar, hələ almayanlar da könhə məblğdə pensiya alacaqlar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla fevral ayında alacaqlar.

Sual: “Qocalıq pensiyası”adlandırılan yaşa görə müavinət, veteran pulu və digər müavintlər nə vaxt və nə qədər artırılacaq?

Cavb: Sözügedən xüsusi prezident sərəncama uyğun Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində, yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək. Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.

Əmək haqqı, pensiya, müavinət və sairin artımı ümumulikdə 3 milyon, o cümlədən təkcə müavinət, təqaüd və sairin artımı isə 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək.

Qeyd: Keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən VETERAN PULU adlandırılan “Müharibə veteranlarına xüsusi Prezident təqaüdünün azı 2 dəfə artırılıb, 80 manatdan 160 manat çatdırılmasını təklif etmişdik. Hazırda ”Qocalıq pensiyası”adlandırılan yaşa görə müavinət 220 manatdır. Bu, 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimundan isə 65 manat və ya 30 faiz azdır. Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır durumunu nəzərə alaraq, onun məbləğinin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik ki, məsələn, bu il üçün həmin müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyənləşdirilən 285 manatdan aşağı olmasın”.
Ardını oxu...
Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”.

İmzalanan sənədlə bağlı bir çox suallar var: bu, niyə Co Bayden ABŞ Prezidenti postunu tərk edən dövrdə imzalandı, sənədin Cənubi Qafqaz bölgəsinə təsirləri nələrdən ibarət olacaq, ABŞ-a düşmən münasibət bəsləyən Rusiya və İranın sazişə reaksiyası özünü necə göstərəcək?

AYNA-nın mövzu ətrafında suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik deyib ki, bu saziş ciddi sənəddir:

- Çünki sənəd bir çox sahələri əhatə edir. Burada söhbət həm siyasi, həm hərbi, həm də iqtisadi tərəfdaşlıqdan gedir. Bu, əslində ABŞ-ın Cənubi Qafqaza müdaxiləsinə yol açan sənəddir. Özü də söhbət hərtərəfli müdaxilədən gedir. Nəzərə almaq lazımdır ki, bu gün Cənubi Qafqaz dünyada açar bölgələrdən biridir. Region geosiyasi proseslərin taleyi həll olunan bölgələrdən biridir və bu mənada, nə Gürcüstanda baş verən proseslər, nə ABŞ-Ermənistan arasındakı danışıqlar, nə də Azərbaycanla Qərb arasındakı münasibətlər, Azərbaycanla Rusiya arasında son dövlər baş verən proseslər təsadüfdür.

Azərbaycanla Rusiya arasındakı proseslər deyərkən AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulması kimi neqativ prosesləri nəzərdə tuturam. Əslində bunun özü də bir göstəricidir – Rusiyanın münasibəti, reaksiyası birmənalı şəkildə Moskvanın Cənubi Qafqaz siyasətinə uyğun olmalı idi. Amma görünür ki, Rusiya hansısa səbəbdən bunu nəzərə almadı. Belə hadisələr fonunda, yəni Azərbaycanın Qərblə münasibətlərinin soyuq olduğu, konflikt həddində olduğu, eyni zamanda, Bakı-Moskva münasibətlərinin korlandığı, Azərbaycan-İran münasibətlərinin hər zaman olduğu kimi, pozitiv olmadığı zamanda belə bir sənəd imzalanıb. Qeyd edim ki, Vaşinqton əvvəl Bakı vasitəsilə bölgəyə daxil olmaq istədi. İkinci Qarabağ müharibəsində də ABŞ məhz bu səbəbdən Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə bir müddət neqativ reaksiya vermədi. Hətta Laçın yolunda ekoloji aksiyalar keçirilən zaman da, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı da Vaşinqtondan Bakıya ciddi tənqidi münasibət olmadı. Bəli, müəyyən bəyanatlar verildi, amma siyasət bəyanatlar deyil, konkret addımlardır. Konkret addımlar da biz görmədik. Lakin Azərbaycan hansısa səbəblərdən ABŞ-la bu əməkdaşlığa getmədi, yaxud getmək istəmədi, gedə bilmədi. Bu halda Vaşinqtonun bölgə ilə bağlı siyasətinin vektoru dəyişdi və ABŞ Ermənistanı seçdi. Eyni zamanda, Ermənistanla yanaşı, Vaşinqton Gürcüstanda da vəziyyəti dəyişməyə cəhd göstərir. Vaşinqton-İrəvan əməkdaşlığı haqqında saziş bir neçə aspektdən baxdıqda çox ciddi sənəd sayılmalıdır: həm ABŞ-ın Cənubi Qafqaza təsirinin artması səbəbindən, həm Azərbaycanın mövqeyi baxımından, həm də ümumilikdə, geosiyasi proseslərin inkişafı baxımından.

- ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına az qalmış köhnə adminstrasiyanın belə bir sənəd imzalamasının səbəbi nədir?

- Bəli, ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına sayılı günlər qalır. Amma biz gördük ki, ötən ilin noyabrında keçirilən prezident seçkilərindən bu yana – yeni Prezident Donald Trampın andiçmə mərasiminədək bir çox hadisələr baş verdi. İstər ABŞ daxilində, istərsə də xarici siyasətində dəyişikliklər müşahidə edilir. Təbii ki, demokratlar adminstrasiyası Ağ Evi tərk etməzdən əvvəl yeni adminstrasiyaya yeni problemlər yaratmaqla yanaşı, həm də onun xarici siyasətinə müəyyən istiqamətlər verməkdədir. İrəvanla imzalanan sənəd köhnə və yeni adminstrasiya arasında razılaşdırılıb ya yox, deyə bilmərəm. Ehtimal etmək olar ki, müəyyən detallar razılaşdırılıb. O detallar ki, ABŞ-ın ümumi dövlət maraqlarına xidmət edir, onun xarici siyasət doktrinasına zidd deyil. Azərbaycanda Trampın hakimiyyətə gəlişi ilə bağlı müəyyən ümidlər ifadə edilib. Hesab edirəm ki, bu, yanlışdır. Çünki ABŞ-da kimin Ağ Evə gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasətinin əsas prinsipləri dəyişmir. Bu gün o əsas prinsiplərdən biri ABŞ-ın geosiyasi nüfuzunun genişləndirilməsidir. Bu özünü Trampın Kanada ilə, Panama kanalı ilə, Qrenlandiya adası ilə bağlı verdiyi açıqlamalarda, niyyətlərində özünü göstərir. Diqqət etsək görərik ki, demokratlar tərəfindən Trampın bu niyyətlərinə heç bir mənfi münasibət sərgilənmir. Çünki söhbət ümumi Amerika maraqlarından gedir. Ona görə də demokratların hakimiyyətdən getdiyi ərəfədə belə bir sənədin imzalanması təəccüblü deyil.

- Bu sənəd Cənubi Qafqazdakı proseslərə hansı təsirləri göstərəcək?

- Əlbəttə, bu saziş Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Artıq ABŞ-la Ermənistan fərqli səviyyədə müttəfiq olurlar. Bu müttəfiqlik bir çox sahələri əhatə edir. Deməli, Vaşinqton bölgədəki maraqlarını Ermənistan vasitəsilə həyata keçirməyi planlaşdırır. Nəzərə alsaq ki, Vaşinqton regiondan nə qədər uzaq olsa da, qlobal gücdür və onun maraqları bölgə üçün təsirsiz deyil. Biz görürük ki, bu sənəd bölgənin digər dövlətlərində - xüsusilə də Rusiya və İran tərəfindən müəyyən bəyanatlar səsləndirilir. Lakin burada məsələyə geniş rakursdan baxılmalıdır. Biz Cənubi Qafqaz uğrunda gedən mübarizədə artıq maraq qruplarının formalaşdığını görürük. Məsədelən, Rusiya ilə İran arasında tərəfdaşlıq haqqında saziş imzalanır, amma İranın xarici işlər naziri bildirir ki, bu, Rusiya ilə hərbi əməkdaşlıq demək deyil. Amma bu, məhz Moskva-Tehran hərbi müttəfiqliyi deməkdir. Zaman baxımından da İran-Rusiya sazişinin Vaşinqton-İrəvan sazişi ilə üst-üstə düşməsi təsadüfi deyil. Dediyim kimi, proseslərə ümumi kontekstdə baxmalıyıq. Geniş pəncərədən baxdırda biz görürük ki, Cənubi Qafqazda Ermənistan-Qərb koalisiyası yaranır, İran-Rusiya koalisiyası yaranır. İndi sual olunur – Azərbaycan haradadır? Təbii ki, bizim istinad edəcəyimiz Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq meorandumudur, yəni ki, Şuşa Bəyannaməsidir. Amma son zamanlar belə görünür ki, Bakı ilə Ankara arasında da hansısa anlaşılmazlıqlar var. Ümid edirəm ki, bu, yanlış təsəvvürdür. İndi Azərbaycan üçün təhlükəsizlik məsələləri daha prioritet məsələyə çevrilib və bu, olduqca ciddi əhəmiyyət kəsb edir. Dediyim kimi, Cənubi Qafqaz ətrafında artıq koalisiyalar, tərəfdaşlıq ittifaqları, müttəfiq qrupları formalaşıb: Erməniatan-Qərb koalisiyası, Rusiya-İran ittifaqı və Azərbaycan-Türkiyə birliyi. Düşünürəm ki, bölgə uğrunda mübarizə bu üç format arasında gedəcək.

- Bəllidir ki, Rusiya və İran bu sənədə qarşıdır və Ermənistana təzyiqlər olacaq. Ermənistan Gürcüstanın taleyini yaşaya bilərmi?

- İranın və Rusiyanın bu sazişə münasibəti təbii ki, neqativdir. Maraqlıdır ki, Türkiyənin münasibəti hələ ki, tam aydın deyil. Əksinə, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın dilindən Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinə Ermənistanın Baş naziri Nikol Paşinyanın reaksiyası ilə bağlı pozitiv dəyərləndirmə gördük. Mən ona görə dedim ki, Bakı ilə Ankara arasında aydın olmayan bəzi məqamlar görünməkdədir.

Şübhəsiz ki, Rusiya və İran tərəfindən Ermənistana təzyiqlər artacaq. Artıq Moskvadan verilən bəyanatlarda bunun anonsu edilib. Amma bu təzyiqlər nə dərəcədə effektiv olacaq, bunu söyləmək hələ tezdir. Çünki İranın özünün bu gün vəziyyəti kifayət qədər ağırdır. İstər daxildəki iqtisadi-sosial vəziyyət olsun, istərsə də xarici siyasət vəziyyət olsun, İran üçün ürəkaçan deyil. Açıq görünməsə də, İran hakimiyyəti parçalanmış durumdadır. Eyni zamanda, İran Yaxın Şərqdəki bufer zonasını demək olar ki, tam itirmək üzrədir.Suriya İran üçün ciddi forpost idi, onu artıq itirib. “Hizbullah” zəifləyib, HƏMAS-ın mövqeləri xeyli sıradan çıxıb. Artıq təhlükə İran sərhədlərinə yaxınlaşıb. İranın əsas təhlükəsizlik və xarici siyasət strategiyası ətrafında proksilər vasitəsilə bufer zona yaratmaq üzərində qurulub. Bu strategiya darmadağın olub. İranın özünün Cənubi Qafqazda ciddi addımlar atmaq üçün resursları yetərli deyil. Istər Ermənistana qarşı, istər Azərbaycana qarşı addımlar atmaq üçün lazımi resurs yoxdur. Ona görə bu mərhələdə İran-Rusiya güc birləşdirməsinə gedirlər – aralarında olan kifayət qədər ziddiyyətlərə baxmayaraq.

Rusiyanın da vəziyyəti bəllidir. Moskva Ukrayna bataqlığında demək olar ki, boğulur. Ermənistan Gürcüstanın taleyini yaşayacaqmı, istisna deyil. Çünki Ermənistanda Rusiyanın “beşinci kolon”u kifayət qədər güclüdür. Lakin unutmayaq ki, 2018-ci ildəki inqilabdan sonra Qərb də Ermənistanda möhkəmlənib. Söhbət 7 illik müddətdən gedir. Gürcüstanda da Mixail Saakaşvili dövrü təxminən bu qədər olmuşdu. Biz indi görürük ki, Qərb Gürcüstanda kifayət qədər təşkilatlanıb, instututlaşıb, oturuşub. Rusiya tərəfindən dəstəklənən oliqarx Bidzina İvanişvili hakimiyyətinə qarşı Gürcüstanda hələ də müqavimət davam edir. Ermənistanda da belə bir vəziyyət yarana bilər. Amma bu vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bir çox amillərdən, o cümlədən, ilk növbədə də Türkiyə-Ermənistan münasibətlərindən asılıdır. Bu münasibətlər necə olacaq, bunu da zaman göstərəcək.
Ardını oxu...
Dünən Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”.

Onu da bildirək ki, Ermənistan Parlamenti ötən həftə ölkənin Avropa İttifaqına qoşulmaq üçün müraciət etməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Lakin sürətli üzvlük ehtimalı azdır. Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib.

Ermənistan uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri olsa da, son illərdə ölkə Qərblə daha sıx əlaqələr qurub.

“ABŞ, əlbəttə, mümkün olan hər cür yolla yeni ölkələri öz təsir dairəsinə çəkməyə çalışır,” - Kremlin sözçüsü Dmitri Peskov gündəlik brifinq zamanı jurnalistlərə bildirib.

Ermənistanın Qərbə meyilli addımları Moskvada qıcıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında Ermənistana xəbərdarlıq xarakterli və təhdid dolu bəyanat verib. Ermənistan XİN rəhbəri Mirzoyanın Moskvaya səfərə dəvət olunduğunu deyən Lavrov bildirib ki, “Rusiya ilə Ermənistan arasında dialoq” davam edir: “Mirzoyan Moskvaya səfərə dəvət olunub. O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik".

“Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil. Mən Baş nazirin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırlatmaq istərdim. Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil. Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır", deyə Lavrov vurğulayıb.

Lavrov Aİ-yə üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb. Bununla yanaşı, Rusiyanın baş diplomatı Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb: "2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır". Ekspertlər bunu Lavrovun dili ilə Moskvanın İrəvana təhdidi sayırlar.

Ermənistanın Qərbə yaxınlaşma siyasəti, ABŞ-la imzalanan sazişin mahiyyəti, bunun bölgəyə təsirləri, Rusiya və İranın məsələyə reaksiyası ilə bağlı AYNA-nın suallarını Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırıb. Analitik deyib ki, Blinkenlə Mirzoyanın imzaladığı sazişin praktikada işlək olub-olmayacağı sual altındadır:

- Çünki sənəd Co Bayden adminstrasiyasının Ağ Evi tərk etməsi ərəfəsində imzalandı. Bu əməkdaşlığa ABŞ-ın yeni Prezidenti Donald Tramp adminstrasiyasının münasibəti bəlli deyil. Ümumiyyətlə, seçkilərdə uduzan və kreslosunu tərk edən Bayden adminstrasiyası iki daşın arasında niyə belə bir əməkdaşlıq sənədinə imza atdı, o qədər də anlaşılan deyil. Hər halda, sənəd imzalanıb və etiraf etmək lazımdır ki, bu, Ermənistanın uğuru sayıla bilər. Amma yenə deyirəm, nə qədər işlək olacaq, onu zaman göstərəcək. Çünki Trampın Ağ Evə qayıtmasına cəmi 5 gün qalıb. Trampın da siyasəti o qədər də bəlli deyil. Əslində Tramp əvvəl 4 il hakimiyyətdə olub və həmin zaman biz müşahidə etmişik ki, onun xarici siyasət kursu fərqlidir, o qədər də prioritet sayılmır. Tramp daha çox Amerika daxili siyasətə önəm verir. Bu baxımdan, ola bilsin ki, İrəvanla imzalanan sənəd işlək olmayacaq.

- Bunun bölgəyə təsiri nələrdir?

- Açıqlamalarda bildirilir ki, sənəd Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir. Ermənistan kimi işğalçı zehniyyətli bir dövlət bölgədə sülh və sabitliyə hansı töhfəsini verə bilər ki? Bu dövlət 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxladı. İkinci Qarabağ müharibəsində məğlub oldu, amma müharibədən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, sülh sazişindən boyun qaçırır. ABŞ Cənubi Qafqazda sabitlik istəyirsə, o zaman Ermənistanla hansısa strateji tərəfdaşlıq sazişi imzalamalı deyil, İrəvana Azərbaycanın ədalətli şərtlərini qəbul etməsi və sülh sazişinə imza atması üçün təzyiq etməli idi. Amma biz bunu görmədik. Hesab edirəm ki, ABŞ bu addımı ilə Ermənistanı Rusiyanın təsir dairəsindən qurtaracağını düşünür.

Məncə, bu sənəd Azərbaycana qarşı yox, daha çox Rusiya və İrana qarşı imzalanan sənəddir. Rusiyanın da reaksiyası bəllidir. Ermənistanın Qərbə inteqrasiya kursunu Kremlin həzm etməsi çətindir.

- Moskva İrəvana qarşı hansı addımları ata bilər?

- Lavrovun dili ilə Ermənistana Rusiyadan xəbərdarlıq edildi. Rusiyanın baş diplomatı təhdidləri səsləndirdi və kifayət qədər açıq mesajlar verildi. Düşünürəm ki, Rusiya Tramp adminstrasiyasının fəaliyyətə başlamasını və bundan sonra veriləcək qərarları gözləyir. Əgər Tramp Bayden adminstrasiyasının vaxtında imzalanan sənədin ratifikasiyasına razı olub onu işlək vəziyyətə gətirərsə, Rusiya addımlarını atacaq. Bu addımlar da bəllidir əslində. Məlumdur ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Lavrov Avropa İttifaqında və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda təmsil olunmağın mümkünsüzlüyünü bəyan etdi. Bu, İrəvana xəbərdarlıq və təhdid idi. Eyni zamanda, Lavrov Nikol Paşinyan hökumətinə Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin addımlarını və nəticələri xatırlatdı. Moskva Ermənistana diplomatik dillə deyir ki, Qərbə inteqrasiya siyasəti İrəvan üçün başağrısına çevriləcək. Sirr deyil ki, Rusiyanın Ermənistana kifayət qədər təsir rıçaqları var ki, bunlardan istifadə Ermənistanın, daha doğrusu Paşinyan hökumətinin sonu ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanın bu addımlarını bağışlamayacaq. Hansı rıçaqdan istifadə edəcək, deyə bilmərəm, amma mütləq İrəvan cəzalandırılacaq. Bir növ, Vaşinqton İrəvanı “Kreml ayısı”nın pəncəsi altına atdı.

- Bəs İranın reaksiyası necədir?

- İran tərəfindən hələlik məsələ ilə bağlı rəsmi bəyanat görməmişəm. Amma əlbəttə, Tehran İrəvanın bu siyasətinə qarşıdır. İrandakı bir neçə qeyri-rəsmi şəxslərin bəyanatları var və Ermənistan xəyanətdə günahlandırılır. Yəqin ki, yaxınlarda İranın da rəsmi reaksiyasına şahid olacağıq. Tehran düşmən saydığı Vaşinqtonla qonşusu və illər uzunu dəstək verdiyi İrəvanın müttəfiqliyini xoş qarşılamayacaq.
 

Dünyapress TV

Xəbər lenti