Ukraynaya növbəti kütləvi hava hücumundan sonra Zelenski müttəfiqlərini Putinə təzyiq etməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərini Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb. Moskva Ukraynanın bir çox bölgəsindəki enerji və təbii qaz infrastrukturunu havadan və dənizdən kütləvi raket və pilotsuz təyyarələrlə hədəfə alıb.

Zelenski martın 7-də sosial şəbəkələrdəki paylaşımında bildirib ki, Rusiya Ukraynanın müxtəlif enerji obyektlərinə 70-ə yaxın qanadlı və ballistik raket, eləcə də 200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edib. Hücum zamanı yaşayış binaları da vurulub.

Prezident sülh danışıqları üçün atılan diplomatik addımlar fonunda baş verən hücumlar nəticəsində ölənlərin olub-olmadığını açıqlamayıb. Sülh danışıqları üçün Ukraynadan olan nümayəndə heyəti sülh sazişi üçün çərçivə hazırlamaq məqsədi ilə ABŞ rəsmiləri ilə görüşmək üçün gələn həftə Səudiyyə Ərəbistanına yola düşəcək.

"Əsl sülhün bərqərar olması üçün atılcaq ilk addımlar bu müharibənin yeganə mənbəyini, yəni Rusiyanın bu cür hücumları dayandırmağa məcbur etmək olmalıdır" deyə Zelenski yazıb.

O həmçinin əlavə edib ki, "Bunu real şəkildə idarə etmək olar. Səmada səssizlik - raketlərin, uzaqmənzilli dronların və hava bombalarının istifadəsinə qadağa. Həmçinin dənizdə səssizlik - normal gəmiçiliyin real təminatı".

Həyata keçirilən bu kütləvi hücum Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynanın enerji infrastrukturuna 30-cu belə zərbədir. Hücumlar Ukraynanın kritik enerji infrastrukturunu hədəf alan daha genişmiqyaslı Rusiya strategiyasının bir hissəsidir. Son iki həftə ərzində Rusiya zərbələri Odesa vilayətindəki enerji obyektlərinə dəfələrlə zərbələr endirib.

Ukrayna Hərbi Hava Qüvvələri hücumun səhər 3:03 radələrində Rusiyanın Qara dənizdən "Kalibr" qanadlı raketləri atması ilə başladığını bildirib. Bunun ardınca isə "Kinjal" hipersəs raketlərini daşıyan MiQ-31K qırıcı təyyarəsinin havaya qalmaxı barədə xəbərdarlıq edib.

Zelenski bildirib ki, hücumu dəf etmək üçün Fransa tərəfindən verilən F-16 və Mirage-2000 təyyarələrindən istifadə olunub. Təyyarələr Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2024-cü ilin iyununda elan edilən yardım paketinin bir hissəsidir.

Martın 7-də baş verən hücum nəticəsində Polşanın hava hücumundan müdafiə sistemlərini aktiv hala gətirib və təyyarələr havaya qalxıb. Polşa Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, Rusiyanın uzaqmənzilli aviasiya hücum ilə əlaqədar Polşa və onun müttəfiqləri istənilən təhlükəni izləmək və onlara cavab vermək üçün hava əməliyyatına başlayıblar.

Ukraynanın dövlət qaz şirkəti olan Naftohaz infrastrukturlara 17 hücumun həyata keçirildiyini təsdiqləyib. Şirkətin baş direktoru Roman Çumak bildirib ki, qaz hasilatı üçün vacib olan istehsalat obyektlərinə ciddi ziyan dəyib, lakin artıq bərpa işlərinə başlanılıb.

Moskvanın mülki infrastrukturu hədəfə aldığını dəfələrlə təkzib etməsinə baxmayaraq, Ukrayna və beynəlxalq təşkilatlar hücumları hərbi cinayətlər adlandırır. Hücumlarda xəstəxanalar, məktəblər, enerji obyektləri və ölkə daxilindəki su təchizatı sistemlərinin qəsdən hədəfə aldığını bildirilir.

Dünyapress TV

Xəbər lenti