Bura xəstəxana deyil eee...
Biləsuvar rayon Ağayrı kənd tibb məntəqəsi sözün əsil mənasında xarabalığı xatırladır. Məntəqədə üç nəfərdən ibarət tibb bacısı olmasa buranın səhiyyə binası olması heç kimin ağılına gəlməz.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, iki mərtəbədən ibarət olan xəstəxana binasında iki otaq qismən istifadəyə yararlıdı. Qalan otaqlar isə bərbad vəziyyətdədi.

Ağayrı kənd sakini Zakir Əzizovun sözlərinə görə kənddə xəstəxana var, amma həkim yoxdur:

“İnsanlar xəstələnəndə rayon mərkəzinə getməli olurlar. Mən əvvəllər xəstələnəndə kənddəki xəstəxanada müalicə olunurdum. Amma indi nə xəstəxananın xəstə qəbul etmək üçün normal şəraiti var nə də həkimi. Xəstəxana binası baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb. Əvvəllər bu xəstəxana Günəşli və İsmətli kəndlərinin sakinlərinə də xidmət göstərib”.

Ağayrı kənd sakini Tərlan Talıbov isə bildirir ki, sözügedən tibb məntəqəsinə sonuncu dəfə iki il əvvəl gedib:

“Xəstəxananın təmirə böyük ehtiyacı var. Həkim yox, avadanlıq yox, üç tibb bacısı var, onlar da ancaq iynə vurmağı bilirlər. Əvvəllər sözügedən tibb ocağında yaxşı şərait olub. Kəndin əksər sakinləri bu xəstəxanada dünyaya gəlib. Başı ağrıyan, dişi ağrıyan buraya gələrdi. İndi rayona getməli olurlar, hamının da avtomobili yoxdu. Görün rayon mərkəzi xəstəxanasına getmək istəyən insanlar hansı çətinliklərdən keçməli olurlar. Yaşlı, uşaqlı insanlar üçün gedib gəlmək olduqca çətindir”.

Tibb bacıları bildirir ki, dəfələrlə müxtəlif instansiyalardan gəlib vəziyyətlə maraqlanıblar. Amma məntəqənin təmir olunması ilə bağlı bir iş görən olmayıb:

“Uzun illərdi ki, bu həkim məntəqəsi fəaliyyət göstərir. Əvvəllər burda baş həkimlə yanaşı bir neçə həkim çalışırdı. İndi divarlar adamın üstünə gəlir, hər tərəf dağılıb-tökülüb”- deyə tibb bacıları bildirdilər.

Qeyd edək ki, sözügedən bina 1950-ci illərədə Ağayrı kənd xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin illərdə xəstəxanada 30 çarpayılıq 10 palata, 4 qəbul otağı, bir stomotoloji kabinet, doğum şöbəsi, terapevt və pediatr şöbələri və aptek fəaliyyət göstərib. Səhiyyə ocağında hətta cərrahi əməliyyatlar aparmaq üçün imkanlar da olub. 2014-cü ildən isə xəstəxana fəaliyyətini dayandırıb.

Problemlə bağlı Biləsuvar rayon Mərkəzi xəstəxanasından Bizim.Media-ya bildiriblər ki, Ağayrı kənd tibb məntəqəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və binanın əsaslı təmiri dövlət proqramında nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən isə məsələyə münasibət fərqli oldu. Bildirildi ki, qeyd edilən kənd tibb məntəqəsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaş, rəsmi şəxs yaxud da Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) müraciət daxil olmayıb. Müraciət daxil olduğu təqdirdə TƏBİB-in nümayəndələri məntəqəyə baxış keçirəcəklər. Müəssisənin yenidən təmiri məqsədəuyğun hesab edilirsə, TƏBİB Səhiyyə Nazirliyinə tikintinin həyata keçirilməsi ilə əlaqədar müraciət edəcək. Bundan sonra müəssisə investisiya planına salınır və tikintisi həyata keçiririlir. Hələki belə bir müraciət yoxdur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705556_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705557_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705559_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705560_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705560_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705561_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676705561_1.jpg
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti