Mirhəsən Seyidovun Neftçala fironluğu: -
Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı. M.Seyidovun bir yarıtmaz idarəçiliyi tək sadə insanları deyil, rayonda vəzifə tutan şəxslərdə də ciddi narazılıq yaradıb. Rayonun tanınmış ziyalılarından biri gənc icra baçısının idarəçiliyini reportyor.info-ya “Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq etməsi” kimi xarakterizə edib.
Rayondan reportyor.info-ya daxil olan son məlumat isə daha ilgincdir. Mənbənin bildirdiyinə görə hegemonluğunu qanunların üstündə sayan Neftçala rayon İcra başçısı iki gün öncə İcra Hakimiyyətinin işçilərinin fəaliyyətindən ciddi narazılıq edib və onların gecə 12dək işdə qalmalarını əmr edib. Əvvəl bu ağlasığmaz göstərişi ötəri sayan işçilər sonradan M.Seyidovun qərarında ciddi olduğunu görüblər. İş o həddə çatıb ki, icra hakimiyyətinin baş məsləhətçisi Nağıyeva Gövhər Fazil qızının halı pisləşib və gecə saat 23:15-də icra hakimiyyətinə təcili yardım çağrılıb. Yalnız bundan sonra işçilər evlərinə gedə biliblər.
Bir çoxları üçün maraqlı görünə biləcək bu olayın, yəni gənc icra başçısının özünü firon kimi aparmasının siyasi psixoloji tərəflərini düşünərkən onun Ramiz Mehdiyevin yetirməsi olduğunu və təqdim etdiyimiz fotoda göründüyü kimi Naxçıvan “xanı” Vasif Talıbova rəğbətini diqqətə almaq lazımdır. //reportyor.info//
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti