Goranboy Suvarma İdarəsinin rəhbərliyi ÖZBAŞINA QALIB?
Goranboy Suvarma İdarəsi rayonun 4 kəndinin suvarma suyunu kəsib. Söhbət Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərindən gedir. Bu barədə məsələni artıq üçüncü dəfədir ki, ictimailəşdiririk.

Artıq Goranboy Suvarma Sistemləri İdarəsi və Goranboy Rayon İcra Hakimiyyətinin problemi görməzdən gəlmələri, üstəlik özbaşınalıqları kənd sakinlərinin səbrini daşırıb.

DİA.AZ bildirir ki, növbəti dəfə Bizim.Media-ya şikayətlənən sakinlərin sözlərinə görə, indi də Goranboy “padşah”ları tərəfindən Qaraçay çayından sözügedən kəndlərə gələn sudan istifadəyə qadağa qoyulub. Çayda kifayət qədər su olsa da, kənd sakinlərinə bunun əksi deyilir və üstəlik istifadə üçün çaya yaxınlaşmalarına imkan verilmir.

Şikayətçi sakinlər bununla bağlı saytımıza videogörüntülər də təqdim ediblər.

Videogörüntülərdə də göründüyü kimi kənd sakinlərinin özlərinə məxsus bağ sahələri və meyvə ağacları göz görə-görə susuzluqdan quruyur.

Kənd sakinləri deyir ki, təbiətə və xalqa məxsus çaydan su götürmələrinə icazə verməyən rayon “qoçu” ları onları polislə hədələyir və qorxudur. Bu özbaşınalığa isə məhəl qoyan tapılmır.

Rayon rəbərliyi isə boş vədlərlə onları aldadır. Çarəsizliklə və haqsızlıqla üzləşən Goranboy sakinləri bununla bağlı ölkə başçısına şikayət ərizəsi ilə müraciət ediblər.

Ümid edirik Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məsələyə birdəfəlik əncam çəkəcək və sakinlərin haqlı narazılığı ilə bağlı problemi həll edəcəklər.

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti