Neftçalanın icra başçısının TENDER HOQQASI
Neftçala Rayon İcra Hakimiyyəti “R.V Yol İnşaat” MMC ilə dəyəri 469 min 413 manat olan satınalma müqaviləsi imzalayıb.

Müqavilə Neftçala rayonunun avtomobil yollarının əsaslı təmirilə bağlıdır.

Dövlət Vergi Xidmətinin 1 fevral tarixinə olan rəsmi məlumatına görə, “R.V Yol İnşaat” MMC-nin dövlətə 1 milyon 223 min 893 manat vergi borcu var.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə tenderdə iştirak edən qurumun vergi borcu olmamalıdır.

Qeyd olunan satınalma üzrə işin icrası 27 oktyabr 2022-ci ildə başlayıb.

Neftçala Rayon İcra Hakimiyyətinin baş mühasibatçısı Eyvaz Əliyev AbzasMedia-ya bildirib ki, tender müqaviləsi imzalananda sənədlər qaydasında olub:

“Borclarının olması ilə bağlı məlumatımız olmayıb. Tender müqaviləsi imzalananda bütün sənədlər qaydasında olur. Mən tender komissiyasının üzvü deyiləm, ancaq vəsait ayrılanda bütün sənədlər qaydasında olub” – deyə o əlavə edib.

Baş mühasib "şirkətin vergi öhdəliyinin olmadığını göstərən sənədə sahibsinizmi" sualına “bilmirəm” deyə cavab verib və digər sualları cavablandırmaqdan imtina edib.

Müsabiqənin qalibi “R.V Yol İnşaat” şirkətinin nə saytı, nə də əlaqə vasitələri var. Şirkətin qeydiyyatdan keçdiyi hüquqi ünvana (Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 14, m.15) zəng etdikdə bu nömrənin işləmədiyi deyilir.

“R.V Yol İnşaat” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquq təmsilçisi isə Bəndəliyev Zülfəli İsrafil oğludur.

Dövlət satınalmalarının rəsmi internet portalındakı məlumatlara baxdıqda aydın olur ki, “R.V Yol İnşaat” MMC 2022-ci ildə Lənkəran, Şabran, Qusar Rayon İcra Hakimiyyəti də daxil olmaqla, bir çox icra hakimiyyəti orqanlarının tender müsabiqələrində iştirak edib. Təkcə ötən il keçirilən tenderlərdə şirkət 3 milyon 537 min manat vəsait qazanıb.
 //abzas.org//
0
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti