NAXÇIVAN SƏHİYYƏ NAZİRİNİN BAŞ MÜHASİBİ HAQDA NÖVBƏTİ ŞOK İDDİA –
Naxçıvan şəhəri, Zərifə Əliyeva küçəsi, döngə 3, ev 19 ünvanında yaşayan Mirzayi Nurəngiz Sabir qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarərəsinin rəisi Möhsün Aşurova, Naxçıvan MR Prokurorunun müavini Sənan Paşayevə müraciət edən şikayətçi yazır:

“Bildirirəm ki, 2017-ci il may ayının 15-dan Ağciyər Xəstəlikləri Dispanserində işə başlamışam. Başladığım gündən 15 gün gündəlik işləmişəm. Anam xəstə olduğu üçün növbəli işə keçmək istədim. Bunu baş həkim İlqar Rzayevə bildirdim. Məndən 200 manat pul istədi və dedi ki bu puldan mənə 50 manat qalacaq, qalanını isə Səhiyyə Nazirliyinnə verəcəm.

Üç il palata tibb bacısı işləmişəm, analıq məzuniyyəti yerinə. Sonra baş həkim məni otağına çağırıb dedi ki, “işçi qayıdır yerinə, 400 manat gətir, sənə daimi oklad verim”. 400 manat verdim, mənə növbətçi qeydiyyatçı kassir okladı verdi.

2020-ci ilin fevral ayından Ağciyər Xəstəliklər Dispanseri Publik Hüquqi Şəxs oldu. 2020-ci ilin mart ayında etibarən biz qəbzlərlə işləməyə başladıq. Gündəlik qəbzlərin sürəti və nağd pulları təhvil-təslim kitabına imza ataraq baş tibb bacısı Rzayeva Hekayətə verirdik. Oktayabr ayının 23-nə qədər bu qayda ilə işlədik. Oktaybrda Səhiyyə Nazirliyin baş mühasibi Asəf Musayevin göstərişi ilə pulları və qəbzləri xəstəxananın mühasibi Afət Sadıqlıya təhvil verirdik.

2021-ci ilin aprel ayına qədər işlədim. Biz növbətçi kassir tibb bacısı olmağımıza baxmayaraq, baş həkim İlqar Rzayev gündəlik işçilər gedəndən sonra növbətçi kassirləri evə buraxır və xəstələri özü qəbul edirdi. Burdan da aydındır ki, itən ağ qəbzləri özü üçün işlədirdi.

Qeyd edim ki, 2020-2021-ci illər COVİD -19 xəstəliyinin olduğu dövrlər idi. Həmin müddətdə xəstələrin sayı-hesabı yox idi. Əsasən də xəstələri iş saatından sonraya çağırırdı. Aprel ayının 7-də Səhiyyə Nazirliyinin “yoxlamaları” oldu. Baş mühasibin otağında yoxlamalar aparıldı. Bunu da qeyd edim ki, bu yoxlamada biz iştirak etməmişik. Səhiyyə nazirliyinin baş mühasibi Asəf Musayev baş həkimin otağından gülə-gülə çıxaraq dedi ki, bütün “sastav” dəyişilməlidir. Sonra da mənə baxaraq, “birinci səndən başlayacam” dedi.

Səhəri günü məlum oldu ki, mühasibin otağından qəbzlər və pullar yoxa çıxıb. Halbuki otağın açarı baş həkim də və Afət Sadıqlıda olmuşdu. Kəsir gələn pulları 4 kassir (Mirzəyeva Hülya, Hüseynova Xatirə, Ələkbərova Bəyim və mən), baş tibb bacısı Rzayeva Hekayət və mühasib Afət Sadıqlının üzərinə müəyyən məbləğlərdə pul summası qoyuldu.

Onu da qeyd edim ki, Asəf Musayevin dediyinə görə ağ qəbzlər də yoxa çıxıb. Qəbzləri isə baş həkim İlqar Rzayevin “sol əli” Gülnar Nəcəfova vəkalətnamə ilə mətbəədən götürürdü. Yoxlamalar zamanı isə Gülnar Nəcəfovanın adı çəkilmədi. Səhərisi günü növbədən çıxanda məni baş həkimin otağına çağırdılar. Otaqda Asəf Musayev, İlqar Rzayev və mən idim. Məndən 1250 manat pul istədilər və iki saat vaxt verdilər. Həmin vaxtı mənə dedilər ki, kəsrlər bağlanandan sonra məsələ də bağlanacaq. Mən də qızıllarımı girov qoyub, 1250 manat gətirib Asəf Musayevə verdim. Bizim aramızdan baş tibb bacısı Rzayeva Hekayət pul verməkdən imtina edərək dedi ki, “bizim bu işdə günahımız yoxdur, mən pul verməyəcəm”.

Araşdırmalara görə Hekayətə təhvil verdiyimiz müddətdə heç bir problem çıxmamışdır. Həmin gün Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimov tapdalanmış hüquqlarımızı qorumaq əvəzinə, başımızın üstündə duraraq öz diqtəsi ilə saxta izahat yazdırdı. Baş tibb bacısı onu dediyi izahatı yazmadı. Sonra da bizi baş həkimin otağına çağıraraq qarşımıza bir akt qoydular ki, bura qol çəkin. Biz də qorxaraq, oxumadan qol çəkdik. Və bizə dedilər ərizə yazın ki, öz ərizəmizlə işdən çıxırıq, b işi ört-basdır edib sizi 1-2 aya işlə təmin edəcəyik.

Yeddi ay işsiz qaldım. Bu yeddi ayda demək olar ki, hər gün Səhiyyə Nazirliyinə getdim ki, mənə iş versinlər, iki uşaq oxuduram, maddi cəhətdən imkanımız yox idi. Bir dəfə Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqarın yanında oldum, ona iki uşaq oxutduğumuzu, imkanımızın olmadığını dedim. Mənə belə cavab verdi ki, “vacibdir sənin uşaqların oxusun, getsinlər fəhlə işləsinlər”.

Baş tibb bacısı məhkəmədə günahsız olduğunu və bu işin qurma oyun olduğunu sübut etdi. Aydındır ki, xəstəxanada əl birliyi ilə maliyyə yeyintisi olub, bunu da ört-basdır etmək üçün günahsız insanları “qurban” verdilər. Bundan sonra məni çağırıb Onkoloji xəstəxanada daimi boş oklad olmasına baxmayaraq, analıq məzuniyyəti yerinə verdilər. Bu günə qədər də Səhiyyə Nazirliyinə dəfələrlə getməyimə baxmayaraq, məni daimi işlə təmin etmirlər.

Sizdən xahiş edirəm ki, bu iş yenidən dəqiq araşdırılsın, görək itən pullar və ağ qəbzlər hara yoxa çıxdı?! Bu haqda Hüquq Mühafizə Orqanlarına niyə xəbardarlıq edilmədi? Bu işdə əli olanlar və bu oyunun təşkilatçıları kənarda qaldı, günahsız insanlar isə işdən azad edildi. Bu işdə əli olan həqiqi günahkarlar aşkarlansın və cəzalandırılsın”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti