“Meyitimi tapsanız, bilin ki, məni polislər işgəncəylə öldürüblər”
“Qardaşım gecəyarısı mənə zəng vurdu. Dedi ki, səni aldadıblar, məni polisdən buraxmayıblar. O qədər döyüblər ki, sidiyə qan gedirəm. Boynuma açılmayan cinayətləri qoymaq istəyirlər. Sabah meyitimi küçədən tapsanız, bilin ki, məni Sumqayıt Polis İdarəsində işgəncəylə öldürüblər”.
Bunu Sumqayıt sakini Cavid İbrahimov Meydan TV-yə deyib.
O bildirib ki, Ağdamın Əfətli kəndində yaşayan qardaşı, əvvəllər polis orqanında işləmiş Şəhriyar İbrahimov yanvarın 15-də Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Orada işgəncələrə məruz qalıb, iki gün sonra – yanvarın 17-də məhkəməyə çıxarılaraq polisin qanuni tələbinə əməl etməməkdə təqsirləndirilərək 10 günlük inzibati həbs cəzası verilib.
Cavid İbrahimov deyib ki, qardaşı Şəhriyar İbrahimov əvvəllər hərbi sahədə işləyib, hətta xüsusi təyinatlı olub, hərbi hissədə MAXE olaraq çalışıb. 2016-cı ildə polis orqanına işə düzəlib. Elə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində əməliyyatçı işləyib. 2019-cu ildə yol polisləriylə mübahisəsi düşüb, barəsində cinayət işi açılıb, işdən çıxarılıb. Ancaq sonradan bəraət alıb. Ağdam Polis İdarəsində iş təklif olunub, amma özü imtina edib.
O, bir neçə gün əvvəl qardaşının başına gələnlər barədə bunları deyib:
“Yanvarın 14-də Şəhriyara Ağcəbədi polisindən zəng olub, polis şöbəsinə çağırılıb. Səbəb kimi deyilib ki, guya onun maşınıyla hadisə törədilib. Qardaşım yanvarın 15-də Ağcəbədi Polis İdarəsinə gedib. Məlum olub ki, maşın-hadisə söhbəti uydurmadır. Qardaşımı oradan buraxmayıblar, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları gəlib, qardaşımı təhvil alıb, aparıblar. Mən xəbər tutan kimi yanvarın 16-da Sumqayıt Şəhər Polis İdarəsinə getdim. Dedilər ki, qardaşın oğurluq edib, ona görə gətirmişik. Əlavə məlumat ala bilmədim, evə gəldim. Axşam saat 9-un yarısı olardı, qardaşım zəng vurdu, dedi ki, məni yarım saata buraxırlar, gəlirəm sizə. Gəlib çıxmadı, özüm idarəyə getdim. Dedilər ki, qardaşını çoxdan buraxmışıq, burada yoxdur. Mən də qayıdıb gəldim evə…”.
Şikayətçinin sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecə saat 3 radələrində qardaşı zəng vurub, polisdən buraxılmadığını deyib:
“Bilmirəm, hardan, kimdən telefon əldə edib zəng vurmuşdu. Dedim ki, bəs sən niyə gəlmədin? Dedi ki, məni buraxmadılar, səni də aldadıblar. Biləsən ki, hələ də burada saxlanılıram. Boynuma oğurluq cinayətləri qoymaq istəyirlər. Məni o qədər döyüblər ki, sidiyə qan gedirəm, tərpənə bilmirəm”.
Cavid İbrahimov deyib ki, yanvarın 17-də qardaşını məhkəməyə götürüblər:
“Qardaşımı elə polis idarəsində səhərədək döyüblər, oğurluq cinayətlərini boynuna qoymaq üçün izahatlara qol çəkdirmək istəyiblər. Baxıblar ki, 48 saatdan çox saxlaya bilməzlər, vaxt bitmək üzrədir, bədənində işgəncə izləri olduğuna görə bu vəziyyətdə də buraxa bilməzlər. Götürüb inzibati protokol tərtib ediblər ki, guya qardaşım idarədən buraxılıb, gedib, 4-cü Polis Bölməsinin ərazisində polislərlə mübahisə edib, onların qanuni tələbinə əməl etməyib, saxlanılıb”.
“Onda anladım ki, məni də buna görə “qardaşın idarədən buraxılıb” deyərək aldadıb yola salıblar. Beləliklə, qardaşım barəsində qondarma inzibati protokol tərtib edərək, məhkəməyə göndəriblər. Hakim baxıb ki, qardaşımın üz-gözündə işgəncə izləri var, yeriyə bilmir, qardaşım barəsində 10 günlük inzibati həbs qərarı versə də, üzərindəki xəsarətlərlə bağlı Sumqayıt Prokurorluğuna sənəd göndərib”, – deyə o bildirib.
Cavid İbrahimovun sözlərinə görə, qardaşı Şəhriyar İbrahimova dövlət tərəfindən vəkil təyin olunub. Ancaq vəkil vətəndaşa qarşı polisdəki işgəncə faktlarına görə prokurorluğa və Ombudsman Aparatına məktub göndərib. Buna görə də Şəhriyar İbrahimovu həmin vəkildən imtina etməyə məcbur ediblər.
Cavid İbrahimov qardaşının başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa, Sumqayıt şəhər Prokurorluğuna müraciət edib, ancaq hələ də cavab ala bilmədiyini deyib.
Tələbi isə odur ki, Şəhriyar İbrahimov tibbi ekspertizadan keçirilsin:
“Artıq 10 gündür ki, bu hadisələr baş verib, hələ də ekspertizadan keçirilməyib. Günlər keçdikcə xəsarətlərin yeri də sağalır”.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələ araşdırılır və ictimaiyyətə ətraflı məlumat veriləcək.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti