Məktəblinin biri ZORLANDI, digəri BIÇAQLANDI - Azərbaycanda DƏHŞƏT
DogruXeber.az: - Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində dəhşətli iki fakt yaşanıb. Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi aşağı sinifdə oxuyan məktəbliyə hücum edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb.

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə biabırçı olay Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib.

Hadisədən sonra 3-cü sinif şagirdini zorlayan biri 8-ci sinif, digər ikisi isə 9-cu sinif şagirdləri olmaqla - 3 nəfər tədris ili bitənə kimi dərsə gəlməyiblər. Növbəti tədris ilindən isə yenidən məktəbə bərpa olunublar. Hazırda həmin şagirdlərdən ikisi 10-cu sinifdə, biri isə 9-cu sinifdə təhsillərini davam etdirir. Zərərçəkən isə başına gətirilən o bəladan sonra məktəbə qorxu içində gəlir.

Mənbə bildirir ki, zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib.

Mənbə qeyd edib ki, sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.

Bacısının müdaxiləsi ilə 11-ci sinif şagirdi əlindən və ayağından yüngül xəsarətlər alıb.

Yaralanan məktəbli direktorun otağına aparılıb və yaralarına elə oradaca tibbi yardım edilib. Mənbənin sözlərinə görə bıçaqlanan şəxsin anası dünyasını dəyişdiyi və atası lal olduğu üçün bu məsələ də məktəb rəhbərliyi tərəfindən gizlədilib. Elə bu səbəbdən Kürdəmir Rayon Polis Şöbəsinə bu barədə məlumat çatmayıb.

Mənbə onu da əlavə edib ki, hər iki olayda şübhəli bilinən məktəblilər nə cəzalanıb, nə də məktəbdən tamamilə kənarlaşdırılıb.

Məsələ İlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Bizim.Media-ya məsələnin araşdırıldığını bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin mətbuat katibi Rüstəm Aslanov isə baş verən hər iki hadisə ilə bağlı bunları qeyd edib:

"Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Kürdəmir rayonu Şilyan kənd E.Zülfüqarov adına tam orta məktəbin şagirdləri Quliyev Cavid və Həşimov İbrahim arasında 08.05.2022-ci il tarixdə məktəbdənkənar bir yerdə axşam radələrində şəxsi zəmində dava baş verib.

Sözügedən münaqişədən məktəb rəhbərliyi məlumat tutduqda hər iki şagirdin valideyni ilə profilaktik söhbətlər aparılmış və şagirdlər arasında davanın daha ciddi olmadığı qeyd olunub.

Eyni zamanda valideynlərin bildirdiklərinə əsasən tibbi ekspertizanın qərarına əsasən uşaqların üzərində fiziki zorakılıq əlamətləri aşkar edilməyib. Şagirdlərin tutduqları əməldən peşman olduqları və valideynlər arasında heç bir narazılıq olmadığı üçün məsələ müzakirəyə çıxarılmayıb".

Qurum rəsmisi bıçaqlanma olayına da toxunub:

"Dekabr ayında olan mübahisə ilə bağlı bildiririk ki, həmin məktəbin şagirdləri - Rəhimov Əhməd və Pənahov Murad məktəbdən evə gedərkən aralarında mübahisə yaranıb. Sözügedən mübahisədən məktəb rəhbərliyi məlumat tutduqda şagirdləri valideynləri ilə birlikdə məktəbə dəvət edib və mübahisənin səbəbi araşdırılıb. Şagirdlər nizam-intizam qaydalarına riayət etməyə çağırıllıb. Əlavə olaraq qeyd edək ki, şagirdlərin kəsici alətlə(bıçaqla) bir-birlərinə xəsarət yetirməsi aşkar edilməyib və bir-birlərinə cilddi zərər yetirməyiblər", - deyə Rüstəm Aslanov əlavə edib.

Qeyd edək ki Mərkəzi Aran regional Təhsil İdarəsi hər iki faktın məktəbdən kənar baş verdiyini açıqlasa da, sözügedən olaylar qeyd etdiyimiz kimi baş dərs zamanı baş verib.

Araşdırmamız davam edir.
Bizim.Media

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti