Məktəb direktoru qızına 4 mərtəbəli bağça hədiyyə edib? – İDDİA
Bakıda yerləşən 132-134 saylı Təhsil Komleksində baş verən qanunsuz hadisələr barəsində ilginc məlumatlar əldə etimişik.

AzToday.az xəbər verir ki, “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə bir qrup valideynlərin müvafiq qurumlara etdikləri müraciətdə məktəbin direktoru Sara Xanlarovanın ünvanına bir sıra ittihamlar yer alıb. Müraciət müəllifləri bildirirlər ki, 132-134 saylı Təhsil Kompleksin yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Belə ki, 9, 10 və 11-ci siniflərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Hazırlıq kurslarında və repititor müəllimlərin yanında dərs keçən şagirdlər dərsə gəlməmənin müqabilində direktora sinif rəhbərləri və məktəbin direktor müavinlərinin “əli ilə” razılığa gəlirlər. İllik razılaşma hər iki tərəfin razılığı əsasında baş tutduğu bildirilir.

Valideynlər məktəbə şagird qəbulu zamanı da süründürməçiliyin geniş yayıldığını bildirirlər. Belə ki, istər 5 yaşlıların hazırlıq kurslarına, istərsə də birinci sinifə qəbul zamanı məktəbdə yer olmaması, buna yalnız nazirlik nəzarət edir bəhanəsi ilə valideynlərdən ” xüsusi maraq” tələb olunur ki, bu da ümumi hesabda heç də kiçik “maraq” hesab olunmamalıdır.

Valideynlər bildirirlər ki, müəllimlər müəyyən səbəblərdən səslərini çıxarmasalar da, hər ay direktorun, direktorun aidiyyatı müavinlərinin “boğazlarını yaşladıqlarını” söyləyirlər.

Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq Təhsil Kompleksində 5 oktyabr müəllimlər günündə şıdırğı “maraq kompaniyası” həyata keçirilib. Xüsusilə valideyn komitələri vəzifələrini icra edənlər bu işdə fəallıq göstəriblər. Müraciət müəllifləri valideynlərin övladlarının digər şagirdlər və müəllimlər yanında “gözükölgəli” olmaması üçün deyilən “tapşırığı” etdiklərini vurğulayırlar. Müraciətdə Təhsil Nazirliyinin “müəllimlər günü” rüsvayçılığına son qoymasını tələb edirlər.

Əldə etdiyimiz digər məlumatlara görə valideynlər Sara Xanlarovanı təhsilimizdə “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalası adlandırırlar. Müraciət müəllifləri bildirir ki, “Sara Xanlarovanın keçmiş nazir Misir Mərdanovun kadrı olduğunu və bu gün də vəzifədə məhz onun tapşırığı əsasında qaldığını bilməyən yoxdur. Biz isə öz işinin öhdəsindən gələ bilməyən bir nazirin kadrının əməllərinin cəzasını çəkməyə məcbur deyilik”. Eyni zamanda əfsuslar olsun ki, Sara Xanlarovanın zaman-zaman qanunsuz əməllərinə göz yumanlar bu gün də “yuxarıdan” alınan göstərişlər müqabilində göz yummaq məcburiyyətindədir. Sara Xanlarovanın Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından sui-istifadə etməsi, Səbael rayon icra başçısı Vüqar Zeynalovun himayəsində çalışdığı bildirilir. O cümlədən aidiyyatı üst qurumlar belə heç bir müsbət nəticələr əldə etməyən direktorun yüksək titula layiq görülməsini Prezident sərəncamına belə salmışlar. Əgər son illər ərzində məktəbin göstəriciləri Bakı şəhərində olan yüksək səviyyəli digər məktəblərlə müqayisə etsək, Sara Xanlarovanın əmək müqaviləsinin məqsədli şəkildə uzadılmasının şahidi olarıq.

Müraciət müəllifləri bildirirlər: “Övladlarımızın adı pis hallarda hallanan bir məktəbdə təhsil alması bizi çox narahat edir. Məktəb bizim üçün müqəddəs bir məkandır. Lakin, Sara Xanlarovanın idarəçiliyi Təhsil Kompleksində bazar qanunlarının işləməsi ilə nəticələnib. Demək olar ki, hər həftə uşaqlardan müxtəlif adlar altında “xüsusi maraq” tələb olunur. Bu isə şagirdlərin psixologiyasında mənfi izlər qoyur. Əgər nəzərə alsaq ki, təhsil kompleksində məktəblilərin əxlaqa sığmayan video-pornoları sosial şəbəkələrdə tüğyan edirdi, Sara Xanlarovaya himayədarlıq etmək belə cinayətdir. Elə bu baxımdan Sara Xanlarova əldə etdiyi qanunsuz gəlirlərlə Badamdar mossivində dörd mərtəbəli uşaq bağçası inşa etdirərək qızına hədiyyə etmişdir.

Biz Dövlət başçısına müraciət edərək kömək istəyirik. Tezliklə Təhsil Kompleksində baş verən qanunsuzluqlara son qoyulmazsa vəziyyət daha da acınacaqlı olacaqdır. Bizə kömək edin, biz övladlarımızın gələcəyi üçün narahatıq!”
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti