Ağstafada özbaşınalıq edən KİMDİR? - GİLEY
“Ötən il siz problemi işıqlandırandan sonra torpağımızdan əl çəkdi. İndi yenə torpağımıza girib, bu, azmış kimi, üstəlik, çoxillik çinar ağaclarını da kəsib, atıb”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov deyir.

Hüseyn Hüseynov 2021-ci ilin martında da sayta müraciət etmişdi. Bildirmişdi ki, Ağstafa şəhərinin keçmiş icra nümayəndəsi (hazırda təqaüddə) Nəriman Hacıyev ona və ailəsinə məxsus pay torpağının bir hissəsini əlindən almağa çalışır. Hətta buna görə onun torpağına gedən yolu da kəsərək orada taxıl əkib. Bu səbəbdən Hüseyn Hüseynov nə torpağına gedə, nə də suvara, əkib-becərə, məhsul götürə bilirdi. Hüseyn Hüseynovun deməsinə görə, Meydan TV materialı yayımladıqdan sonra keçmiş icra nümayəndəsi torpaqdan bir müddət əl çəkib. Ancaq kəndli yenə şikayətçidir. İddia edir ki, Nəriman Hacıyev yenə ona məxsus torpağın bir hissəsinə göz dikib.

“Gözü doymur, başqalarının torpağına əl atır”

Hüseyn Hüseynov deyir, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib. Ancaq öz torpaqlarıyla kifayətlənməyərək, qonşu torpaqlara da əl atırlar. İndi də onun pay torpağındakı çinar ağaclarını kəsiblər:

“Gözü doymur, başqalarının torpaqlarına əl uzadır.

3 gün əvvəl xəbər tutdum ki, mənim pay torpağımdakı 16 çinar ağacını kəsib. Sahəyə gedəndə gördüm ki, artıq ağaclar yerində yoxdur. Kəsdiyini hara aparıb, bilmirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən gəlib şəkillər çəkib, getdilər. Adamın məqsədi də pay torpağımın həmin hissəsini öz torpağına birləşdirməkdir. Ağaclar mane olurdu, kəsib atdı”.

Hüseyn Hüseynov Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə, icra hakimiyyətinə müraciət etdiyini deyir:

“Ekologiya şöbəsindən dedilər ki, daha polisə müraciət etmisənsə, bizlik bir iş yoxdur, onsuz da biz də polisə müraciət edəcəkdik, özün etmisən”.

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməyib. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, tərəflər mübahisəni məhkəmədə çözməlidir, qurumun məsələyə aidiyyəti yoxdur. Ağacların kəsilməsinə gəlincə, bununla bağlı vətəndaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir.

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. //Meydan TV//
 

Bölmənin digər xəbərləri

13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti