Texniki Univetsitet müəllimlərinin İFŞA ETDİYİ FAKTLAR...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR... - İLGİNC İDDİALAR...

Daha sonra müəllimlərin müraciətində deyilir:

Bəli, V.Vəliyev xırda gəlir mənbəyi axtarırdı, indi isə deyəsən nəhayət əlinə əsl böyük korrupsiya mənbəyi olan bir imkan düşdü. Sirr deyil ki, ən əlverişli, mənfəətli və eyni zamanda ucunu tapmaq, məbləğini müəyyən etmək çətin olan korrupsiya mənbəyi tikinti-təmir işləridir. Nəinki universitet əməkdaşları, hətta sadəcə AzTU-nun qarşısında prospektdən keçən şəhər əhalisi də yaxşı xatırlayır ki, 2016-2017-ci illərdə iki il müddətində AzTU-da bütün tədris binalarının əsaslı təmiri getdi və nəticədə universitetin xarici siması tamamilə dəyişdirildi, yeniləndi. Buna milyonlarla manat dövlət vəsaiti xərcləndi. AzTU ərazisinin ortalığında, həyətin ortasında isə tamamilə yeni, 6 mərtəbəli nəhəng tədris binası (6-ci, 7-ci korpus adlanan bina) heç 10 il deyildi ki, tikilmişdi. Buna baxmayaraq, həmin bina da yenidən əsaslı “təmir edildi”. Nə deyirik ki, təmir pis iş deyil. Lakin indi isə bu ildən rektor V.Vəliyev yenidən həmin binanın təmirinə başlayıb. Təmir binanın zirzəmisindən başladı. Burada böyük bir anbar var idi, anbar boşaldıldı, anbarın içərisinə traktor və kiçik ekskavatorlar salındı, zirzəmi binanın özülünə qədər dərinləşdirildi, ara divarlar söküldü, indi bina yalnız beton dirəklərdən ibarət ayaqlar üzərində dayanıb (universitetin işçiləri bunu görüb, deyirdilər ki, bina uçacaq). Deyirlər, burada yeməkxana olacaq (bu boyda yeməkxana olar?). İşçilər zarafatla deyirlər ki, bu yeməkxana yəqin şadlıq sarayına çevrilmək üçün hazırlanır. Həmin binanın 1-ci mərtəbəsində V.Vəliyevin rektor gəldikdən sonra, 2 il əvvəl özünün təmir etdirdiyi böyük bir yeməkxana, onlarla iş otaqları, 250 kompyuterin yerləşdiyi test imtahanlarının keçirildiyi zal, kabinetlər yerləşirdi. İndi onlar da hamısı sökülüb, 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar, hətta arxa tərəfdən binanın divarlarının çox hissəsi sökülüb, bina yalnız dirəklər üzərində dayanır. Yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər və s. sökülüb, həyətə atılıb. Aralıq divarların tonlarla çəkisi olan divarlarının materialları daşınıb aparılıb. Binanın bir hissəsi isə lap 3-cü mərtəbəyə qədər sökülüb. Yenidən divarlar tikilir, boru xətləri çəkilir, divarlara suvaq çəkilir, rəng çəkilir və ş. Rektor bunları niyə edir, nə etmək istəyir, heç kim bilmir, bəlkə heç olmasa özü bilir? Bu qədər israfçılıq nəyə lazımdır, məgər universitetin tədris və elmi laboratoriyalarının ehtiyacları ödənilibmi ki, rektor bu qədər vəsaiti göyə sovurur. Bir çox ixtisasın tədris və elmi laboratoriyaları isə yox dərəcəsindədir. AzTU-nun professor-müəllim heyəti, elə tədris-köməkçi personalı isə bizə məlum olan universitetlərin arasında ən aşağı səviyyədə maaş alırlar. V.Vəliyevin keçən 3 illik rektorluq müddətində onun danışdıqları, dedikləri, praktiki fəaliyyətinin nəticəsi və bizim müşahidələrimiz də onu göstərir ki, bu adamı nə tədrisin səviyyəsi, nə də elm maraqlandırır. O, yalnız görüntü, şou yaratmaqla məşğuldur, indi isə nəhayət, “təmir-tikinti” adlı böyük korrupsiya əməliyyatına start verib. Bu korrupsiya əməliyyatları üçün əlbəttə ki, universitetin büdcəsində böyük vəsaitin olması lazımdır. AzTU-nun illik büdcəsi isə artıq 15 milyon manatı keçmişdir. Bunun təqribən 4 milyon manatı magistraturaya qəbulun ildə 1000 nəfərə çatdırılması nəticəsində əldə olunur (bu da magistraturaya qəbulun niyə bu qədər artırılmasının cavablarından biridir). Yəqin ki, bu əməliyyatda indi Elm və Təhsil Nazirliyi adlanan “doğma” nazirliyimizin də maraqları yox deyildir. Bəlkə də elə nazirliyin özü V.Vəliyevi bu “təmir-tikinti” əməliyyatına istiqamətləndirib. Bununla əlaqədar bir məsələni də qeyd etmək yerinə düşər. Bir neçə ay əvvəl V.Vəliyevin özünün universitetə gətirdiyi baş mühasib bir maliyyə sənədini imzalamaqdan imtina etmiş və nəticədə rektor onu vəzifəsindən kənarlaşdıraraq, universitetdə başqa bir əhəmiyyətsiz işə, həm də 3 aylıq müqavilə müddəti ilə işləməklə keçirmişdir (görünür, baş mühasib belə böyük maxinasiyalar üçün özünün də məsuliyyət daşıyacağını yaxşı anlayıb). İşçilərin belə müqaviləyə keçirilmələrinin isə sonda nə ilə nəticələndiyini bu illərdə yaxşı görmüşük. Bir-iki dəfə rektor onun müqavilə müddətini 3 ay uzatdıqdan sona bir gün daha uzatmayacaq və deyəcək ki, biz səni işdən çıxarmadıq ki, sənin müqavilə müddətin bitdi. Bu yaramaz üsul V.Vəliyevin AzTU-nun köhnə işçilərini işdən kənarlaşdırmaq üçün dəfələrlə tətbiq etdiyi ən çox sevdiyi üsuldur.

Texniki Univetsitet müəllimlərinin İFŞA ETDİYİ FAKTLAR...

Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır.

Texniki Univetsitet müəllimlərinin İFŞA ETDİYİ FAKTLAR...

Yeni tədris binasında yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər sökülüb, həyətə atılıb".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti