Xəzər rayonu, Binə qəsəbəsində qanunsuz uşaq evi fəaliyyət göstərir.

KAİM.az xəbər verir ki, bu barədə bir qrup qəsəbə sakini şikayət ərizəsi yazaraq məlumat veriblər.

Mövzu ilə bağlı sakinlərin iddialarından bəhs edən ərizəni təqdim edirik:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə

– Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə

– Azərbaycan Respublikasının Baş Prokurorluğuna

–  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

– Bakı şəhər İcra Hakimiyyətinə

– Xəzər rayon İcra hakimiyyətinə

– Bakı şəhər Prokurorluğuna

– Bakı şəhər Baş Polis İdarəsinə 12. Xəzər rayon Polis İdarəsinə

KOLLEKTİV ŞİKAYƏT ƏRİZƏSİ

Uzun müddətdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, çörək zavodunun yaxınlığı deyilən ünvansız ərazidə “Tumurcuq” Uşaq Evi və Yaradıcılıq Mərkəzi qanunsuz fəaliyyətlə pullu xidmət göstərir.

Bu müəssisə həm ictimai sakitliyə riayət etmir, həm də azyaşlı uşaqların təhlükəsizliyini təmin etmir.

Müəssisənin rəhbəri kimi Leyla adlı qadını tanıyırıq, lakin onun və ətrafının məqsədi qanunsuz fəaliyyətlə pul qazanmağa yönəlmişdir.

Təbii ki, ərazidə yaşayan sakinlər olaraq biz yaranan vəziyyətdən narahatıq. Azyaşlı uşaqların həyatı təhlükədədir.

Heç kim bu qanunsuz müəssisəni yoxlamır və müraciət etməyimizə baxmayaraq, yoxlamaq da istəmirlər.

Birincisi, qanunsuz fəaliyyət deyirik ona görə ki, bildiyimiz qədər Uşaq evi, Uşaq Baxçaları qanunla xüsusi razılıq (lisenziya) əsasında, xüsusi şərtlərə (standartlara) cavab verən qeyri yaşayış sahəsində fəaliyyət göstərməlidir. Müəssisə qeyri yaşayış deyil, məhz özbaşına tikili olan ünvansız fərdi yaşayış evində fəaliyyət göstərdiyindən, inanmırıq və mümkün də deyil ki, Təhsil Nazirliyi bu uşaq evinə lisenziya vermiş olsun. Demək ki, bu müəssisə lisenziyasız fəaliyyət göstərir ki, bu da qanunsuz sahibkarlıq fəaliyyəti ilə maşğul olduğunu tam təsdiq edir. Qanunsuz fəaliyyətlə məşğul olan bu müəssisənin idarəediciləri cinayət məsuliyyəti daşıyır. Bununçün də Cinayət Qanunvericiliyində müvafiq maddi norma mövcuddur.

Digər tərəfdən azyaşlıların cəlb olunduğu bu müəssisədə yanğından mühafizə qaydalarına riayət olunmayıb, bu da gələcəkdə bir hadisə baş verərsə həm azyaşlı uşaqların həyatı, həm də ərazidə yerləşən fərdi yaşayış evləri üçün təhlükədir.

Qanunsuz fəaliyyət göstərən müəssisənin vergidən və DSMF ödənişlərindən yayınması da qaçılmazdır. Biz inanmırıq ki, həmin müəssisədə çalışanlar təhsillidir, həmçinin çalışanların hər biri ilə əmək müqaviləsi bağlanmışdır. İşçilərin əmək müqaviləsi qanuni qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi də, işçi sayı 10 nəfərdən aşağı olduqda inzibati, çox olduqda isə cinayət məsuliyyəti yaratdığını da yaxşı bilirik.

Eyni zamanda bu qanunsuz müəssisədə azyaşlı uşaqların 5 dəfə qidalanma ilə təmin olunması barədə küçələrə yalançı reklamlar yerləşdirilib.

Azyaşlı uşaqların təhlükəsiz qidalanma ilə təmin olunmasına kim zəmanət verir?

Hətta bu müəssisədə tez-tez dava-dalaş mühiti yaradılmaqla ictimai asayiş pozulur və bu vəziyyət ərazidə yaşayan sakinlər olaraq bizi çox narahat edir.

Leyla adlı qadının qanunsuz fəaliyyətindən, bizi hədələməsindən evlərimizdə yaşaya bilmirik. Bunun bir çarəsi var, ya baxca qanunsuz olduğundan bağlanmalı, bu qanunsuz fəaliyyətlə məşğul olanlar cəzalandırılmalı, ya da bizim özümüzün köçürülməsi təmin olunmalıdır.

Çünki, biz sakinlərin və ailələrimizin təhlükəsizliyi sual altındadır.

Qonşulardan da bu qanunsuz müəssisəyə heç kim uşaq qoymayıb.

O halda sual olunur:

– Orda olan azyaşlı uşaqların taleyi niyə aidiyyatı qurumları düşündürmür?

– Bu qadın kimə arxayındır?

Göstərilən faktları və ərazidə yaşayan sakinlərin narahatlığını, azyaşlı uşaqların gələcəyinin təhlükə altında olmasını nəzərə alaraq, özbaşına və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Tumurcuq” Uşaq Evi və Yaradıcılıq Mərkəzi adlı qondarma müəssisəni yoxlamağınızı və onu yaradanları (Leyla adlı qadın başda olmaqla) müəyyən edib cəzalandırılmasını Sizlərdən xahiş edirik.

Hörmətlə:

Abbasova Leyla Şahlar qızı;

Sadiyev Rəşad Mirzə oğlu;

Qəyyumova Nəcimə Mirfəti qızı;

Fərhadov Vidadi İmaməli oğlu;

 

Bölmənin digər xəbərləri

03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 “Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur

Dünyapress TV

Xəbər lenti