Vüqar Behbudovdan   1-ci vitse-prezidentə sayğısızlıq  -
Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə xidmətdən imtina etməsi özbaşınalığına heç kim hüquqi qiymət verilməsini təmin etmir, ya da etmək istəmir. Özbaşınalıq o həddə çatıb ki, qazilərin sanatoriya-kurort müalicəsinin təşkil edilməsindən də imtina edilir. İmtinanın əsası kimi Nazirlər Kabinetinin 12.08.2002 tarixli qərarı ilə əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsinin ƏƏSMN -in səlahiyyətləri xaricində olması göstərilir. Bəs kimin səlahiyyətləri daxilindədir? Buna isə aydınlıq gətirilmir.
Sosial Xidmətlər Agentliyinin açıq-aşkar qanuna, Konstitusiyaya hörmətsizliyi üzə çıxır. Məsələ bundadır ki, NK qərarı Prezident fərmanından, fərman isə qanundan üstün ola bilməz. Prezidentin 30.06.2020 tarixli “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 1077 saylı fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələrində əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək; vətəndaşların sanatoriya – kurort putyovkaları ilə təmin olunmasını TƏŞKİL ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aid edilib . Agentlik isə Prezidentin fərmanını saymır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir . Sosial Xidmətlər Agentliyinin qanuna hörmətsizliyi ilə Konstitusiyaya , Konstitusiyanın qarantı olan Prezidentə də sayğısızlığı üzə çıxır.
Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə dövlətin adından çıxarılan məhkəmə qərarını 7-ci ildir icra etməkdən qərəzlə imtina edir. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli , 2-1 (81)-1095/16 saylı qərarı ilə 1-ci dərəcəli Qarabağ qazisinin iki əlil elmi işçisi olan dörd ayrı ailədən ibarət on nəfərlik ailəsi yeddinci ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına nail olub mənzillə təmin oluna bilmir. Nə Ombudsman qanunla üzərinə qoyulan məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına görə pozulmuş insan hüquqlarını bərpa edir, nə məhkəmə İnzibati Prosessual Məcəllənin 216-220 maddələrinin tələblərinə uyğun olaraq borclu inzibati orqana icranın məcbur edilməsi üçün sanksiyalar tətbiq edir; Bakı İnzibati Məhkəməsi heç tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin ərizələrinə belə qeyri-prosessuallıqla baxmır. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin özbaşınalığa özbaşınalıqla qiymət vermə(mə)si də barəsində şikayət edilən qurumla qeyri-prosessual münasibətə girməsindən qaynaqlanır. Təsəvvür edin, tələbkarın borclu Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə gizlin bölünməsindən 161-ə şikayətinə Ombudsmanın işə qarışmasının sonucu olaraq 2 ildən sonra (?) 09.09.2021-ci ildə izahatı alınmaqla “baxılıb” və 13 aydır özünü Rəşad Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşının nə özü tapılır, nə də qərarı. Belə bəlli olur ki, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı rüşvətlə cinayəti ört- basdır edir. Ədliyyə Nazirliyinin icra məmurlarından heç danışmaq mümkün olmur , rüşvətlə tələbkarı borclu çıxarıb, həbslə tələbindən imtina etdirirlər. Qalır dövlətin birinci şəxslərinin dövlət adından qarantiyası.
2022-ci ilin 10 iyununda 1-ci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənovun qəbulunda olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin şikayəti Ədliyyə Nazirliyinə və ƏƏSMN -ə göndərilib . Bu günlərdə - 4 aydan sonra (?) Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov hətta şərəfinə sığışdırıb cavabı imzalamaqdan da imtina edib, müavini Zaur İbrahimov bir sicilləmə cavabla 1-ci vitse-prezidentə hörmətsizliyini elə ortaya qoyub ki, dövlətə də, onun başçılarına da Konstitusiyaya da inam ölüb. (ƏƏSMN RƏHBƏRLİYİNƏ XATIRLADIRIQ ki, ALİ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDAN DAXİL OLAN MÜRACİƏTLƏRƏ CAVABI qanunun tələbinə görə QURUMUN BAŞÇISI İMZALAMALIDIR). Təsəvvür edin, Sosial Xidmətlər Agentliyi 2016-cı il tarixli məhkəmə qərarının 7 il qabaq (?) icra olunduğunu bildirib, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyanın isə Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün olmadığını vurğulayıb. Buna da şükür, 7 il qabaq müalicə olunmağı əsas tutmayıb.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasının məhkəmə bazarlığına son qoyan olacaqmı? Ümumiyyətlə, xidmətdən imtina edən, qaziləri intihara sürükləyən Sosial Xidmətlər Agentliyinə ehtiyac varmı? Ondansa, “sosial intiharlar xidməti” daha məqsədəuyğun olardı. .
Məğrur Bədəlsoy

 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti