TƏBİB -tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqavilə bağladığı DİN hospitalına göndəriş vermir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı publik hüquqi şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) başlıca məqsədi əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini və keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir. Gerçəkdə isə TƏBİB -in insanların sağlamlığına qadağa qoyması üzə çıxır. Belə təəssürat yaranır ki, tibb müəssisələri, özəlliklə poliklinikalar, təcili yardım xidməti həkimlik əvəzinə bürokratik xidmətlə məşğuldur. Təsəvvür edin, polis şöbəsində , həbs yerlərində tibbi yardıma ehtiyacı olan şəxsə xidmət göstərilməsi polis şöbəsinin, həbs yerinin rəhbərinin icazəsi ilə mümkündür , tibbi xidmət personalı xəstəyə yox, polis rəisinin ağzına baxır. Elə bilirsiniz şişirdirəm?
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin tam şəxsi heyətinin “yüksək “bespredel” peşəkarlığı” ilə 9 qabırğasını sındırdığı, ağ ciyərində hematoma əmələ gətirdiyi 1-ci dərəcəli DİN-in Qarabağ qazisinə 2022-ci ilin 3 sentyabrında gecə saatlarında şöbəyə çağırılan təcili tibbi yardım personalı xidmət göstərilməsindən imtina edib! (?) Imtina Nizami RPİ-nin müvəqqəti saxlama kamerasında da qüvvədə olub! Yalnız bir halal süd əmmiş həkim heyəti qospitalizasiyaya çalışıb, ona da polis icazə verməyib. Hətta Sabunçu xəstəxanasında qoluqandallı rentgen müayinəsi ilə pasiyentin 9 qabırğasının sındığını müəyyən edən həkim də xəstəxana palatısını yox , işgəncə kamerasını seçib. Bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB həkim vicdanının belə sarsılmağına niyə hüquqi qiymət verilməsini təmin etmir? Nə vaxtadək tibb xidməti işgəncə “xidməti”nin qulluğunda vicdan alveri ilə məşğul olacaq?
İbrətamiz faktı diqqətə çatdıraq, 29 il öncə Qubadlı rayonundan düşmən girovluğuna yaralı halda düşən Əvəz adlı müəllimi həkimin əməliyyat otağında öldürmək istəyəndə, həkim uşaq, qadın, qoca, xəstə qatillərinə meşəni şeçməyi təklif etmişdi: “HƏKİM OTAĞINDA QƏRARI HƏKİM VERİR, QATİL – QULDUR YOX!” Beləcə həkimin xilas etdiyi həmin şəxs hələ də həyatdadır.
Bizim həkimlər isə özlərini tibb işçiləri kimi yox, qəssab kimi aparır. İşi - peşəsi arayış satmaq olan poliklinikalardansa heç danışmağa dəyməz. 30 ildir DİN -in tibbi uçotunda olan, daim DİN hospitalında müalicə ilə şəfa tapan 1-ci dərəcəli Qarabağ qazisinə ərazi poliklinikası göndəriş verməkdən imtina edir ki, TƏBİB icazə vermir. Niyə? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzi TƏBİB -in yalnız dövlət tibb müəssisələrinə göndəriş verdiyini, DİN-in hospitalının təsərrüfat hesablı olmasına görə, dövlət müəssisəsi sayılmadığını bildirməkdən doymur. Bəs İcbari Tibbi Sığorta (İTS ) üzrə Dövlət Agentliyi ilə DİN Hospitalı arasında bağlanan müqavilə nəyə xidmət edir? İTS müqavilə bağladığı tibb müəssisələrinə niyə göndəriş verməkdən imtina edir? Onda bu müqavilə nəyə görə bağlanıb? Özbaşınalığa baxın, DİN Tibb xidməti tabeliyində olan hospitalda müalicə üçün ərazi poliklinikasının göndərişini istəyir, TƏBİB isə qərəzlə göndəriş verməkdən imtina edir. Arada isə xəstənin canı gedir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 916 çağrı mərkəzi də bir həftədir şikayəti qəbul etsə də, təcili qospitalizasiyaya ehtiyacı olan DİN -in 1-ci dərəcəli Qarabağ əlilinə adi bir göndərişi də qıymırlar. Belədə hansı tibbi xidmətdən, hansı sağlamlığın qorunmasından, hansı insan, əlil-qazi hüquqlarından danışmaq olar?
Bəyəm İTS, TƏBİB, poliklinikalar bilmir ki, xəstəyə müalicə lazımdır, bürokratik “həkimlik” yox?
Məğrur Bədəlsoy
Teref.az
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti