Yeni Ailə” MMC vətəndaşın mənzilini kimə satıb? –
Son vaxtlar Azərbaycanda mənzil tikintisi adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən tikinti şirkətlərinin sayı xeyli artıb. Mövcud problemlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirlər görsə də, şəxsi evlərinə qovuşmaq arzusunda olan vətəndaşların aldadılması adi bir hala çevrilib.

Bu cür tikinti şirkətlərinin yalançı vədlərinə aldanaraq, onların qurbanına çevrilən vətəndaşlardan biri də İsayeva Fəridə Qəhrəman qızıdır. F. İsayeva "Yeni Ailə” MMC tikinti şirkətinin ona məxsus mülkiyyəti sökdüyünü və 4 ilə yaxındır ki, onu mülkiyyətsiz, evsiz-eşiksiz qoyduğunu bildirərək, dövlət orqanlarından kömək istəyir.

Şikayətçi bildirir ki, "Yeni Ailə” MMC –nin qanunsuz əməlləri artıq onu intihar həddinə çatdırıb: "Mənim Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəm var idi. Əsas gəlirimi buradakı obyektlərdən istifadə edərək qazanır, ailəmin təminatını qarşılayırdım. 2017-18-ci illərdə "Yeni Ailə” MMC əraziyə gələrək binaların pilot layihəyə düşdüyünü və sökülməli olduğunu bildirdi. Təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırıldı, əraziyə giriş-çıxışlarına maneçiliklər törədildi. Mən bu tip qanunsuz hərəkətlərə görə, məcburi şəkildə şirkətin təqdim etdiyi şərtlərlə razılaşmalı oldum. Daha sonra "Yeni Ailə” MMC şirkəti ilə aramızda 25.01.2018-ci il tarixli notarial qaydada müqavilə bağlanıldı.Həmin müqaviləyə əsasən şirkət iki ədəd qeyri-yaşayış sahəsini məndən təhvil aldı. Əvəzində isə həmin müqaviləyə uyğun olaraq tərtib olunmuş akt əsasında Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində mənə tam təmirli formada təhvil verilmə öhdəliyi "Yeni Ailə” MMC-nin üzərinə qoyuldu. Həmçinin müqaviləyə əsasən aylıq 2200 manat icarə haqqının mənə ödənilməsi öhdəliyi müəyyən edildi”.

Fəridə İsayeva qeyd edir ki, bu müqavilədən 4 ilə yaxın müddət keçsə də həmin qeyri-yaşayış sahələri ona təhvil verilməyib, aylıq icarə haqqı da ödənilməyib: "Yaxın tarixdə bu faktla bağlı tikinti şirkətinə narazılığımı bildirdikdə mənə artıq həmin sahənin başqa şəxslərə satıldığı və sökülən əmlakımın qarşılığında isə heç bir əmlak verilməyəcəyi deyildi. Ona görə də üzləşdiyim bütün bu qanun pozuntuları ilə əlaqədar dövlət orqanlarına müraciət edirəm. Mən, 66 yaşlı bir Azərbaycan qadını olaraq, bu şirkətin əlində oyuncağa çevrilmişəm. İllər əvvəl məni məcbur edib imzalatdırdıqları müqaviləyə indi özləri əməl etmirlər. Hazırda mən öz mülkiyyətimdən məhrum edilmiş vəziyyətdəyəm.Bu şirkət davamlı olaraq özlərinin Nazirlər Kabinetinin qərarlarınının və İcra Hakimiyyətinin sərəncamlarının icraçısı olduqlarını bildirirlər. Lakin qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsiilə təmin edilmələri nəzərdə tutulmuşdu. Hətta bu tikinti şirkəti öz məsuliyyətsizliyini də dövlət və dövlət orqanlarının üzərinə yıxmağa çalışır. Tikinti şirkətindən əmlakımı tələb etdikdə mənə açıq-aşkar tikinti işlərinin yubanmasının səbəbkarının dövlət olduğunu, dövlətin təlimatı ilə sakinlərin əmlaklarını vermədiklərini bildirirlər”.

"Xahiş edirəm ki, məni bu tikinti şirkətinin qanunsuz əməllərindən xilas edin. "Yeni Ailə” MMC vətəndaşların ev və obyektlərini sökür, onlarla məcburi müqavilə bağlatdırır və yekunda da tikdikləri əmlakları kənar şəxslərə satırlar. Tikinti şirkətlərinin bu tip qanunsuz əməlləri mütləq formada araşdırılmalı və müvafiq cəza tədbirləri görülməlidir”,-deyə müraciətdə bildirilir.

"AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti