Xanlar Vəliyevin qudası vergi işçilərini QORXUYA SALIB...
Sözüm İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin rəisi Orxan Nəzərliyədir. Daxil olan kütləvi şikayətin həqiqiliyini aydınlaşdırmaq üçün bu dəqiqələrdə "Türkan Sahil"- "Qızıl qum" İstirahət Mərkəzində olduq. Şikayətlər təsdiqini tapdı. Hacı Mirzə adlı ağsaqqalın olan bu obyektin girişində dayanıb içəri daxil olan hər kəsdən 10 manapt pul tələb edilir, içəridəki restoranda isə əlavə oturacağa yenə pul tələb olunur. Yerli Türkan sakinlərinin canını boğazına yığan Mirzə kişinin restoranında və daxilolma zamanı tələb olunan 10 manat rüsuma isə kassa qəbzi verilmir.
Biz də obyektə daxil oluruq. Qapıda dayanan oğlanla aramızda belə bir dialoq oldu:
-Sizdə çay verilir?
-Bəli.,.
-Onda şlaqbaumu açın...
-Yox, 10 manat ödəyin sonra...
-Biz çay içməyə gedirik. Çayı harda içəcəyik bəs? Ayaq üstə?
-Restoranda və çimərlik çətirlərində. Orda isə əlavə ödəniş verəcəksiniz...
-Buyurun, 10 manat, amma kassa qəbzi verin...
Oğlan tutulur.
-Yox, burda qəbz verilmir. Bura şəxsi obyektdir...
-Cavan oğlan, tikinti özəl obyekt ola bilər, amma dənizin suyu, qum yəqinki icarəyə götürülüb və bütün xidmətlərə görə alınan pul vəsaitlərinə qəbz verilib dövlətin vergisi ödənilməlidir...

Xanlar Vəliyevin qudası vergi işçilərini QORXUYA SALIB...

Beləliklə, restorana piyada gedirik ki, su alıb içək. Müşahidə etdik, nə iaşə xidmətinə, nə digər xidmətlərə görə kassa qəbzi verilmir. Təxmini 1 saatlıq müşahidəmizdə (saat 16:30: dan 17 :30- dək) ərazidə 300 -350 nəfər var idi... Bizimlə qiyabi söhbət edən işçilərdən biri dedi ki, Mirzə kişi deyilən adam hərbi prokuror Xanlar Vəliyevin qudasıdır, onun bu ərazidə qudası ilə bir neçə şərikli obyekti var, ona görə də Vergilər Xidmətinin işçiləri qorxularından bura gəlmirlər...
Hörmətli Orxan müəllim! Türkan sakinlərinin adından soruşuruq: "odda yanmaz, suda batmaz" Hacı Mirzənin (obyetlərində araq, pivə, konyak və s. gen-bol satılır) bu qanunsuz əməllərindən niyə əməkdaşlarınızın xəbəri yoxdur? Gərək şikayət edilə, jurnalistlər iş-gücünü atıb bu istidə Türkana gedib faktı yerində araşdıra? İnanırıq ki, bu faktları Sizin də əməkdaşlarınız araşdırıb redaksiyamıza "("Təzadlar" qəzetinə) cavab verəcəklər.
 //tezadlar.az//

Xanlar Vəliyevin qudası vergi işçilərini QORXUYA SALIB...
 

Bölmənin digər xəbərləri

01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

Dünyapress TV

Xəbər lenti