ÖZBAŞINA QALMIŞ CAMALOV...
DİA.AZ: - Zərdab rayonu Alıcanlı kənd sakini şəhid atası Əsədov Ataxan Əsəd oğlu rayonun icra başçısından şikayətçidir.
DİA.AZ-ın məlumatına görə, şəhid atası müraciətində qeyd edir ki, icarəyə götürdüyü torpaq sahəsini rayonun icra başçısı Mərdan Camalovun əmriylə əlindən alıb, əziyyət çəkdiyi əkin sahələrini də məhv ediblər. Üstəlik rayon rəhbəri onun şikayətini dinləmək əvəzinə üstünə qışıqırıb, vurmağa çalışıb.

“Mənim oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayon icra başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar.Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov və onun müavini Pərvin Mahmudova verib.

Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb "məni bezdirmisən mən torpaq işinə baxmıram” qışqırıb məni vurmaq istədi. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni vuracaydı.

Azğınlaşmış Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.

Qeyd edim ki, Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvülərinin yerinə özü saxta imzalar edir.Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayırlar həmin yerdə də işləyirlər.Bələdiyyə sədrinin baldızı müavinidi, qaynı isə mühasibdir.Bələdiyyəni ailə pdratına çeviriblər.

Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib ancaq bir mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alındı.Bu isə şəhid ruhuna təhqir, şəhid ailəsinə isə hörmətsizlikdir.

Şirvan şəhərində "DOST" İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu adam Zərdabı da viran günə qoyacaq.

Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib xahiş edirəm, şəhid atasını təhqqir edib qanunu qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində ciddi tədbirlər görəsiniz və mənə torpaq ayrılmasına köməklik göstərəsiniz”.

Məsələ ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Rayon rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. Amma bu məsələni də qeyd etmədən keçmək olmaz ki, Zərdab rayon İcra Hakimiyyətinin rəhbərindən redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olub. Od olmayan yerdən tüstü çıxmaz.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti