Hə... inanırıq ki, Rövşən müəllimin BUNDAN XƏBƏRİ YOXDUR... - Ağsuda ACINACAQLI MƏNZƏRƏ
 
 

Ağsu rayonunun Bico və Keçdiməz kəndləri, sözün əsl mənasında, susuzluqdan yanır. Bu mövzuya bir müddət əvvəl də toxunmuşduq. Adıçəkilən kəndlərin sakinlərindən daxil olan növbəti müraciət mövzuya yenidən qayıtmağımıza vəsilə oldu.

 

Müraciətin girişində bildirilir ki, sözügedən kəndlərin su nəzarətçisi Asim Həmzəyev, "əjdaha çayın boğazını kəsən dəstiri", oturub Oğuz-Qəbələ-Bakı su kəmərinin Bico ərazisindəki siyirtməsinin (krantın) üstündə, kefi istəyəndə 1 saat su verir, kefi istəməyəndə camaatın dodağını qurudur: "Asim Həmzəyevin kefinin istəməsi isə puldan asılıdı - əgər, əhali 5-10 manatdan aylıq pul yığıb (2 kənddə 300-ə yaxın ev var), siqaretpuluna işləyən, nəzarətçinin "əlaltısı" Cavanşir Bayramov vasitəsilə Asimə göndərsələr, 1-1,5 saatlıq su krantı açılacaq (qeyd edək ki, Keçdiməz kəndinə su bir gündənbir verilir), pul yığılmasa, iş qalır Allaha. Ağsu RİH başçısının 1-ci müavini Füzuli Kərimlini arxa-dayaq bilən A.Həmzəyev, kənddə tikdirdiyi təzə evi və təzəcə aldığı köhnə "jiquli" maşınını tam təmir elətdirməyənə qədər camaata su sarıdan sitəm eləyəcəyinə, el içində and içib. İş burasındadı ki, növbəli şəkildə məhlələrdən pul yığsa da, Asim Həmzəyev suyu elə açır ki, hovuzları doldurmağa gücü olmur. Amma öz məhləsinə və kəndin yarıdan yuxarı hissəsi üçün nəzərdə tutulan su anbarına gedən dəmir borudan deşib-satdığı qanunsuz xətlərə doyunca su verir. Bir də, kim 20-30 manat Asimin cibinə pul qoysa, həmin günün gecəsi bütün krantları bağlayaraq, səhərə qədər o adamın həyətinə su axıdır - dədə malı kimi.

Asim Həmzəyevin özbaşınalıqları barədə dəfələrlə rayon İH başçısının 1-ci müavini Füzuli Kərimliyə, Su-Kanal idarəsinin müdiri Elçin Muxtarova (Elçin Muxtarov kobud, ədəbsiz müdir olmaqla, həm Asim Həmzəyevin ciddi müdafiəçisidir) , Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudova kənd sakinləri tərəfindən şikayətlər olunub. Görünən budur ki, bu qədər qanunsuzluqların, özbaşınalığın qarşılığında, Asim Həmzəyevi işdən kənarlaşdırmağa gücləri çatmır. Səbəb çox sadədir: Asim Həmzəyevin telefonunda səsyazan proqram var. Özündən yuxarı vəzifəlilərlə danışdığı rüşvət xarakterli, təhdid və təhqir yüklü dialoqları telefonun yaddaşına yazıb və hansı məmur onun əməllərinə qarşı çıxsa, səs yazılarını xatırladaraq, onları şantaj edir. Bu üzdən, onun əməllərinə tabe olduğu vəzifəlilər göz yumur. Məsələn: 1-ci müavin Füzuli Kərimlinin rayonun baş memarı Mirəli Qurbanovun kənddə yaşayan əmisi oğlu üçün ana xətdən qanunsuz su xətti çəkilməsinə görə etdiyi tələb zamanı dediyi "Dediyimi eləməsən, səni atdıraram içəri!" - fikri; öz müdiri Elçin Muxtarovun "Camaatdan pul yığ, gətir mənə də ver. Mən, dovşan balası saxlamıram, mənim də uşaqlarım var" - ifadəsi, yaxud kənd əhalisinin ünvanına telefonda söydüyü söyüşlər; kənd icra nümayəndəsi Bəhlul Mahmudovun söyüş, hədə səsləri, cinayət tərkibli əməllərini əks etdirən səs yazıları və sairə. Bütün bunları Asim Həmzəyev kənd sakinlərinə qulaq asdırmaqla, öz əməllərinə haqq qazandırmağa çalışır və atasının goruna and içir ki, onu heç kim işindən ala bilməz və pensiyaya da hazırkı vəzifəsindən çıxacaq. Nəticədə isə Bico və Keçdiməz sakinləri yayın qızmarında susuzluqdan yanıb qovrulurlar. Bu da maraqlıdır ki, "Azərsu" ASC-nin səlahiyyətliləri də bu bəlanı dəf etməkdə maraqlı görünmürlər. Ümidimiz budur ki, bəlkə səsimiz ölkə Prezidentinə yetişə və adi bir su nəzarətçisinin özbaşınalığına son qoya."
 //qaynarinfo.az//

VİDEO BURADA: https://player.qaynarinfo.az?v=9353&share_user_id=

 

XalqXeber.Az
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Dünyapress TV

Xəbər lenti