“Bioloji təbabət”in təbabətə dəxli olmayan rəhbərləri… -
Sözün düzü, “Planeta” apteklər şəbəkəsinin, “Biloloji Təbabət Klinikası”nın sahibi Elxan Yaqubovun uzun müsahibəsini səbrlə oxuyanda sevindim ki, bizdə tibbin bu sahəsi nəhayət inkişaf etməyə başlayıb.
Amma atalar demişkən, avazın yaxşı gəlir, oxuduğun Quran olsa...
Qısa məlumat üçün bildirək ki, Elxan Yaqubov 1968-ci ildə Göyçayda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişdir.Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır.
1997-ci ildən “Planeta” şirkətinin təsisçisi və direktorudur. 2001-ci ildən dünya üzrə mərkəzi Almaniyada yerləşən Bioloji Təbabətlə müalicə metodunu Azərbaycana gətirmiş və fəaliyyətə başlamışdır.
2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis etmişdir. Və hazırda bir neçə rayonda, Göyçayda, Masallıda, Sumqayıtda klinikanın filialı fəaliyyət göstərir.
Elxan Yaqubov öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur. Hətta onu da deyir ki, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur.
Elxan Yaqubov öz müsahibəsində deyir ki, müalicəsi çətin olan bir sıra xəstəliklərə görə böyük pullar xərcləyib xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar...
Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik.
Əgər belədirsə, niyə..?
Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay Mərkəzi Xəstəxanasına verilən bahalı müayinə aparatları nə üçün “Bioloji Təbabət Klinikası”na aparılıb..?
Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Yaqubov..?
Bəlkə Göyçay xəstəxanasında baş verən ölüm hadisəsindən bəhs edək..?
Həmin olayda Yaqubovun da adı hallanır.
Ona görə də yazının girişində, avazın yaxşı gəlir...dedik.
Hələ bu harasıdır.?
“Bioloji Təbabət” klinikasının adı müxtəlif neqativ işlərdə hallanıb. Bu klinikanın müxtəlif filialları var.
Məsələn, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, klinikanın Bakıdakı filialında stomatoloq Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində apardığı əməliyyatı xəstənin narazılığı səbəbindən yarımçıq qoyub və üstəlik onu təhqir edib.
E.Hüseynov bildirib ki, dişindən müalicə alan pasient ödədiyi pula görə klinikadan ona heç bir qəbz verilməyib:
“Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. 20 manat ödədim, ancaq qəbz verilmədi.
Sonra dişimi düzəltmək üçün bir dişə görə 120 manat istədi. Ümumilikdə doqquz dişim üçün 1000 manat verməli idim.
Sözün qısası, axırda həkim xəstə xanıma, rus dilində “von otsuda, afiristka, tı afiristka” deyib.
Yazıq xəstə deyir ki, çənəmin yaraları hələ də sağalmayıb.
Bu rüsvayçılığa klinikanın sahibi Elxan Yaqubovun münasibəti necə olsa yaxşıdır:
“Elə bil restoranda 500 manat hesab vermisən, get ver məhkəməyə, qalan 500 manatı da səndən alaq”.
Bax, müasir tibbi xidmət deyəndə Elxan Yaqubov bunu nəzərdə tuturmuş…Avazın yaxşı gəlirdi, ay Yaqubov…
Bu hələ harasıdır..?
Dəfələrlə Yaqubovun “Planet” apteklər şəbəkəsində vaxtı keçmiş dərmanların satıldığı üzə çıxıb…
2015-ci ildə Səhiyyə Nazirliyinin qanun pozuntularına yol verdiklərinə görə cəzalandırdığı klinikalar siyahısında “Bioloji Təbabət” MMC da var idi.
Hətta mediada gedən informasiyadan bəlli olur ki, vaxtilə müəyyən qurumlar Yaqubovun apteklərində əməliyyat keçirib.
Elxan Yaqubov həm də öz qanunsuz tikintiləri ilə də sakinlərin ciddi narazılığına səbəb olub.
Belə ki, Elxan Yaqubovun xanımı Səbirə Yaqubova bakıda xeyli torpaq sahəsini özəlləşdirib. Və uşaq bağçasının yerləşdiyi belə ərazilərin birində Yaqubovun ofis binası tikməsi sakinlərin aksiya keçirməsinə səbəb olub.
Sakinlərin sözlərinə görə, E.Yaqubov 120 ailənin istirahət etdiyi bağı da zəbt etmək niyyətindədir: “İl yarımdır ki, burada keşik çəkirik. Keçən il sənəd gətirdilər ki, ərazidə ofis binası tikirik. Bizim müraciətimiz əsasında Yaşıllaşdırma İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncamı ləğv etdi. Sakinlərin təkidi ilə tikinti dayandırıldı”.
Ancaq Elxan Yaqubov öz əməlindən geri çəkilmir. Hətta onun adamları sakinləri döyüblər.
Sakinlərin sözlərinə görə E.Yaqubov ərazidə yeni klinika inşa etdirmək istəyir: “Elxan burada çoxmərtəbəli yeni klinika inşa etdirəcək. Yeni bina isə bizim binalarımızın 2 metrliyində tikiləcək. Mənzillərimizin pəncərələri bağlanacaq, evlərə günəş işığı düşməyəcək. Binalardan biri qəzalı vəziyyətdədir. Ötən il burada qaz sızmasından bir mənzil partlayıb, 5 nəfər həlak olub. İndi qəzalı binanın yanında dərin özülün qazılması binamızın çökməsinə səbəb olar”.
Məhəllə sakinləri deyir ki, E.Yaqubovun Bakıda onlarla obyekti var: “Elxanın məhəlləmizdə 6 mərtəbəli ”Bioloji təbabət" klinikası var. “Şamaxinka”da, Yeni Yasamalda və başqa yerlərdə də binalar inşa etdirib.
Şikayətçilər tələblərə məhəl qoyulmayacağı təqdirdə etiraz aksiyalarına başlayacaqlarını deyiblər.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti