SU TƏSƏRRÜFATIMIZA “ASALA”DAN BETƏR “ASLANOV” TƏHDIDI
Hər dəfə Azərbaycanda adı korrupsiyada hallanan məmurların dövlətin və xalqın malını talan edib daşıdıqları xarici ölkələrdə övladlarının adına şirkətlərinin üzə çıxması cəmiyyətimizdə hiddətlə qarşılanır. Bu “şanlı” siyahıda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanovun da adı vardır. Yayılan informasiyaya görə, Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir dönəmdə Rafiq Aslanov Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil alıb.

Efirdəki çıxışlarından birində suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır.

İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var.

Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar.

Qeyd edək ki, İlqar Əliyev bu idarədə rəhbərliyə 2019-cu ildən gətirilib. Onun gəlişindən sonra idarə tərəfindən keçirilmiş tenderlərdə ayrılan vəsaitlər özlüyündə çox şeylər deyir. Bunun üçün idarənin keçirdiyi son bir neçə tenderə nəzər salmağımız kifayət edər.

Xüsusi nasoslar və mühərriklər üçün aqreqatlar, hissələrin satınalınması üzrə 1 597 866.27 manat məbləğində satınalma müqaviləsi 29.07.2021-ci il tarixdə “BAKI İNŞAAT LAYİHƏ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Avtomobil nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə 3 827 108 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “MARKETİNQ VƏ SERVİS MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İstehsalat nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə 16 724 490 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “CASPİAN EQUİPMENT COMPANY” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Satınalmaların vahid elektron portalına yeləşdirilmiş məlumatlardan da görindüyü kimi, Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi cari ilin iyun-iyul aylarında müxtəlif xidmətlərin alınmasına 20 milyon manatdan çox vəsait ayırıb.

İdarə təkcə təkcə “KASKAD-HİDRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə nasos aqreqatları və digər avadanlıqların satınalınması üzrə 2020-ci ildə 9 844 811 manat, 21.06.2021-ci il tarixdən 05.07.2021-ci il tarixə, yəni cəmi 14 günə ümumi dəyəri 8 158 192 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, apardığımız araşdırmalar zamanı Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini də gördük. Belə ki, tenderlərin şərtlər toplusunda alınan mallar barədə heç bir məlumat yerləşdirilməyib. Məsələn idarənin 16 724 490 manat vəsait ayırdığı, istehsalat nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə keçirdiyi tenderdə alınan nəqliyyat vasitələrinin növü və markası barədə heç bir məlumat yerləşdirilməyib ki, bu da həmin texnikaların real qiymətlərinin gizlədilməsindən başqa bir şey deyildir. Bu göstərdiyimiz rəqəmlər Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi 5-6 tenderə ayrılanlardır. Maraqlıdır, il ərzində burada nə qədər belə tenderlər keçirilir, və alınan malların qiymətləri nə qədər şişirdilir?

Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Aslanovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köhnə kadrlar iş başındadır, suyun yarısı “itkiyə” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq.

P.S. Qeyd olunan məsələlərə münasibət bildirməsi üçün Rafiq Aslanovla əlaqə qurmaq istədik. Köməkçisinin vasitəsilə bildirdi ki, istirahətdədir, nə istəyiriksə yaza bilərik.

Dəryaz Oraqov
Dəryaz.az
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video

Dünyapress TV

Xəbər lenti