Deputat:
Etibar Əliyev: "Nazir müavini məktəbdən xəbəri olmayan birisidir”.

"Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məsələlərə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı system deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir”.

Teref.az xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev "Yenisabah.az”-a müsahibəsində təhsil eksperti Kamran Əsədovun sosial şəbəkələrdə təhsil sektoru ilə bağlı açıqladığı korrupsiya faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, K.Əsədov Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin dərindən qat-qat baha qiymətə satılması haqda faktlar paylaşıb.

Deputat təəssüfə qeyd edir ki, nazirliyin fəaliyyətində dediyi şəffaflığı görmür: "Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir”.

E.Əliyev əlavə edir ki, məktəblər müstəqil deyil: "Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regionlarda isə regional təhsil idarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil nazirinin məktəblərə kuratorluq edən müavini məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur”.

Deputat vurğulayır ki, məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onun sözlərinə görə, məktəb rəhbərlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər: "Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar?!”.

Etibar Əliyev bildirir ki, bu gün abituriyentlər yüksək nəticələr göstərirsə, bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır: "Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir”, deyə təhsil eksperti qeyd edib.

Millət vəkili hesab edir ki, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər: "Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində "Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorunu nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb. Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə "gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim”.
 
 
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video

Dünyapress TV

Xəbər lenti