Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
Rövşən Rüstəmov "Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunanda gözlənilirdi ki, gənc və yeni kadr müsbət dəyişikliklər səhifəsi açacaq. Dəmiryolçular da ümid edirdilər ki, təzə mərhələ başlanır, nə Arif Əsgərov, nə Cavid Qurbanov dönəmi olacaq. Hamı üçün maraqlı idi ki, Rövşən Rüstəmovun siyasəti və strategiyası nədən ibarət olacaq. Anaxeber.com bildirir ki, gözləntilər puça çıxdı. Pandemiya dövründən fəaliyyətsiz qalan, indi-indi bəzi daxili reysləri olan QSC-dən qulağımıza çatanlar ancaq və ancaq şikayət, maxinasiya, tender yolu ilə yeyintilər, hansısa əməkdaşa haqsızlıq edilməsi kimi xəbərlər olur. Dəfələrlə qurumun tender yolu ilə mənimsəmələrə yol verdiyi media resurslarında işıqlandırılıb, dəfələrlə müxtəlif məhkəmə işləri haqda məlumatlar verilib.... Yəni Rövşən Rüstəmovun idarəsi ya məhkəmə çəkişməsindədir, ya da adı hansısa qalmaqalda hallanır.
Bu dəfə isə məlum olur ki, qurum öz əməkdaşlarını məcburi şəkildə işdən çıxmağa vadar edib.
Belə ki, aprelin 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində iclas keçirilib. Gündəlikdə duran məsələ isə işçilərin çıxarılması olub. Sahə rəisi Elxan İsmayılov bir qrup işçini kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən çıxmalarını tələb edib. Hətta təzyiq göstərib ki, əgər ərizə yazmasalar, mayın sonunda əmək müqavilələrinə xitam veriləcək.
Məlumata görə, məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.
64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Həm də müəssisədə onlardan daha yaşlı - 66, hətta 70 yaşı ötmüş işçilər də var. Lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün onları saxlayaraq, əvəzində hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir.
İşçilər E.İsmayılovdan hansı səbəbdən işdən çıxarıldıqlarını soruşublar. Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əgər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”.
Qeyd edək ki, Almaz Əliyeva sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə bir il öncə vəzifəsindən azad edilmiş şəxsdir. Lakin Elxan İsmayılovun "qara kassa"sı olduğu üçün onu işsiz qoymayıb və “Çeşidləmə Təpəsi” adlanan, əslində, fəaliyyət göstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.
Xəbərə görə, iclasda Almaz Əliyeva da iştirak edib. E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.

Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncuda işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını açıq qoyub. Sevinc Məmmədova səs yazısında bildirir ki, “kim ərizə yazmasa, onları təqdimat ilə qovun işdən, getsin”.
Göründüyü kimi, Rövşən Rüstəmov quruma rəhbərlik edə bilmir və bir anarxiya hökm sürməkdədir. “Azərbaycan Dəmir Yollarında” çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür üsullarla işdən çıxarmağa çalışmaq qurumun adına xələl gətirir. Həmin şəxslər prezidentə müraciət etməyə hazırlaşır.
Xatırladaq ki, daha əvvəl də 50 nəfər bu şəkildə işdən çıxarılıb.
Adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeber.com
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti