MTK şeflərinin həbsdə "kral" həyatı:
Dələduzluq etmiş tikinti firmalarının rəhbərlərinin hər bir addımı ilk gündən hesablanmış, ssenariləşdirilmiş olur. Anaxeber.com yazır ki, MTK rəhbərlərindən son vaxtlar artan şikayətlər fonunda bu problem yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub. Ona görə də arayış verərək daha detallı şəkildə bu qanunsuzluqları diqqət mərkəzinə daşımaq zərurəti yarandığını qeyd etməliyik. Söhbət hər şeyin öncədən planlaşdırılmış və bir "Hollivud" filminin sonunun necə olacağı kimi dəqiqləşdirilməsinə bənzəyir. Yəni şirkət sahibi bilir ki, hədəf bina tikmək, mənzil satışı deyil, vətəndaşları aldatmaqdır. Onu da bilir ki, bir mənzili bir neçə vətəndaşa saxta müqavilələr əsasında satdığına görə milyonlar qazanacaq, amma həbs ediləcək. Həmin iş adamları hesablayır ki, qazandığı milyonların müqabilində bir müddət həbs həyatı yaşayacaq, bir qismini xərcləməli olacaq, lakin türmədə pul hesabına komfort şəraiti olacaq. Fərq ondadır ki, hərəkət azadlığı məhdudlaşacaq. Əvəzində isə milyonların bir hissəsi özünə və ailəsinə qalacaq, həbsdə lüks şəraiti olacaq. Bəli, bu gün həbsxanalarda pul hesabına Norveç türməsinə oxşar lüks qurmaq mümkündür: mobil telefon, şəxsi televizor, isti su, naz-nemət, insani ehtiyacların yüksək səviyyədə qarşılanması və s.

Anaxeber.com bildirir ki, dələduzluq ittihamı ilə həbs edilmiş MTK rəhbərləri məhz bu işləri görürlər, pul xərcləyirlər, nəticəsini qazanırlar. Odur ki, arxayın şəkildə həbsdə oturub cəzanın bitəcəyi tarixi gözləyirlər, öncəgörən kimi qabaqcadan hər bir addımı hesablayırlar. Amma həbs bəzi hallarda tez bitir. Hesablayırlar ki, cəzanın bir hissəsindən hansısa şəkildə azad olmaq mümkündür. Bunun üçün bir neçə variant var - ev dustaqlığı, cəzanın üçdə ikisinin çəkilməsi, mətbuatın yadından çıxandan sonra hakimlərdən biri ilə sövdələşmə və ya cəzanın yüngülləşdirilməsi.

Ən əsası bu müddət ərzində sakinlər MTK rəhbərindən asılı vəziyyətdə qalırlar. Çünki istintaq altında olsa belə, şirkət sahibi bina üzərində səlahiyyətlərini saxlayır, möhür-ştamp əlində olur. O səbəbdən də, vəziyyətdən sui-istifadə edərək həbsdə ola-ola sakinlərə təzyiq göstərirlər. Necə?
Məsələn, vəkilləri vasitəsi ilə sakinlərə xəbərdarlıq göndərirlər ki, bu şəraitdə binanın tikintisi yarımçıq qalacaq, pulları batacaq. Bu da azmış kimi, məhkəmə prosesində zərər çəkənləri hədələyirlər.
Misal üçün "Sahil - S İnşaat" MTK rəhbəri Tale Alaverdiyevlə onun şəriki Pənah Kərimovu qeyd etmək olar. Şirkət sahibi də, dələduzluq etmiş ortağı da həbs dövründə lüks həyat yaşayıblar. Hətta həbsdən daha çox müalicə müəssisəsində cəza dövrünü keçiriblər. Üstəgəl, elə həftə olmur ki, onlar üçün kababdan, plovdan gəlməsin. Bütün bunlar bir yana, vətəndaşları aldadan, 6 milyon manatı mənimsəyən, 165 ailəyə kələk gələn, onları illərdir mənzil həsrətində qoyan, dövlətə də, xalqa da fırıldaq gələn Pənah Kərimov və Tale Alaverdiyev indi daha da arxayınlaşıblar, zərər çəkənləri təhdid etməyə başalyıblar. Bu barədə verilən məlumatda deyilir ki, hər iki dələduz sakinləri hədələyirlər ki, onlar ev üzünə həsrət qalacaqlar, pulları da geri verilməyəcək.
Maraqlıdır, görəsən, bu şəxslərin dilini uzun edən kimlərdir? Dövlətin gücündən çəkinmirlər, yoxsa məhkəmələr, hakimlər onları belə arxayınlaşdırıb?
Anaxeber.com-a verilən xəbərdə deyilir ki, MTK rəhbəri Tale Alaverdiyev nə "hikmətdirsə" hələ də müalicə müəssisəsindədir, nə "bəla" gəlibsə, sağalmaq bilmir, şəriki, binaya dələduzluğu gətirmiş Pənah Kərimov isə xeyli vaxtdır şərti azadlığa buraxılıb. Hər iki şəxsə hökm oxunmalı və vurduqları zərərə görə cəza çəkməli idilər, o cümlədən zərər çəkənlərin problemini həll etməli idilər. Lakin biri guya xəstədir, hələ də həbsini müalicə müəssisəsində keçirir, nədirsə sağalmır, digəri də şərti azadlıq əldə edib. Bu da azmış kimi, artıq sakinləri təhdid etməyə başlayıblar. Bu barədə bina sakinlərindən biri, Anaxeber.com-un baş redaktoru Azər Talıbov bildirib ki, saxtakarlıq və dələduzluq etmiş hər iki şəxs barəsində işə yenidən baxılmalıdır, o cümlədən Tale Alaverdiyevin xəstəliyi araşdırılmalı, Pənah Kərimovun hansı arqumentlə ev dustaqlığına buraxıldığına baxılmalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq və Ali Məhkəmə sakinlərin təhdid edilməsi ilə bağlı MTK -nın dələduz rəhbərləri barəsində şikayətlərə baxmalıdır.

Anaxeber.com

Azər Talıbov

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti