Xətaidə məktəbin həyətində yaşayış binası TİKİLDİ –
Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin həyətində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, sözügedən ərazidə tikinti işlərinə təxminən 3 il əvvəl başlanılıb.

İddialara görə, tikinti prosesini həyata keçirən şirkətin nümayəndələri valideynlərə bu binanın məktəb üçün nəzərdə tutulan yeni tədris korpusu olacağını bildiriblər. Lakin sonradan həmin tikilinin yaşayış binası olduğu üzə çıxıb.

Valideynlərin sözlərinə görə, məktəbdəki şagird sıxlığı səbəbindən əlavə korpusun inşa ediləcəyi əvvəlcədən elan olunmuşdu və bu səbəbdən də tikinti başlanarkən narazılıq yaranmayıb. Ancaq zaman keçdikcə, məlum olub ki, binanın təyinatı dəyişdirilərək yaşayış sahəsinə çevrilib. Bu vəziyyət isə bir çox valideynin narahatlığına səbəb olub.

Bildirilir ki, hazırda həmin bina artıq bir neçə ildir istifadəyə verilib. Valideynlər məktəbə giriş-çıxış üçün qalan yolun kifayət qədər daraldığını və bu səbəbdən sıxlıq yarandığını da qeyd edirlər.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətindəki tikinti işlərinə rəsmi icazənin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi iddia olunur. Məlumatda o da qeyd edilir ki, tikinti işləri zamanı icra başçısının köməkçisinin tez-tez əraziyə baş çəkməsi sakinlərin diqqətindən yayınmayıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında hər hansı açıq məlumata isə rast gəlinməyib. İddialara əsasən, tikinti başa çatdıqdan sonra sənədlər komitəyə təqdim edilib. Lakin binanın məktəb həyətində yerləşməsi səbəbindən Komitə bu tikilini qanunsuz hesab edib və sənədlərin rəsmiləşdirilməsindən imtina edib.

Ərazidə yaşayan bəzi sakinlər binanın icra başçısına yaxınlığı ilə tanınan bir sahibkar tərəfindən inşa edildiyini iddia edirlər.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adıkeçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
1744524394_2.jpg
1744524395_3.jpg
1744524395_4.jpg
1744524395_5.jpg
1744524395_6.jpg
1744524395_7.jpg
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti