Xırdalan təhsilinin REALLIQLARI: Gizli təşkil olunan yığım… –
14.01.2025 ci il tarixdən Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrini və o cümlədən ümumitəhsil müəssisələrində apardığı yoxlamalar hələ də davam edir”. Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Belə başa düşmək olur ki Xüsusi ilə Xırdalan 2 nömrəli məktəbdə baş verən korrupsiya faktları o qədərdir ki, yoxlam belə çətinlik çəkir.Məktəbin üç illik cədvəllərini itirən bir direktor yenidən köhnə jurnallardan cədvəllərin yazılması və yığlıması buna bilavasitə sübutdur.Yoxlama özü buna imkan yaratdı ki heç olmasa ayıbdır.Cədvəlləri arxiv idarəsindən yoxa çıxaran direktor Gülnaz Kərimova məktəbdə ancaq pul yığmaqla məşğuldur .
Xırdalan şəhər 2 nömrəli məktəbi bazara çevirən Gülnaz Kərimova indi də aparılan yoxlama komissiyasının adına bütün müəllimlərdən votsap qrupları yaradaraq lotereya adı altında rüşvət yığmaqdan çəkinmir.Sual edirəm məktəbin 400 müəllim heyyətinin loterayası təkcə 100 manatdan hesablasaq 40.000 manat edir.Hələ əlavələr olarsa bu məbləğin nə qədər artacağı barədə heç nə deyə bilmərəm.Gülnaz Kərimova sən nə etmək istəyirsən? Belə ki, əvvəlcə fikirləşirdim ki pul yığımında Gülnaz Kərimovaya yaxından dəstək olan müəllimlərin adlarını hallandırmayım ayıbdır, müəllim adına ləkədir. Ancaq sonradan qərara aldım ki niyə axı bu müəllimlər özlərinə hörmət qoymayıblar aralıqda pul yığmaq işini həyata keçirirlər.Əgər bu müəllimlər xəcalət çəkmirlərsə mən niyə xəcalət çəkinməliyəm, müəllimləri fikirləşməliyəm?
Qeyd edim ki direktor Gülnaz Kərimova ibtidai sinif müəllimlərini, direktor müavinlərinin bir qismini (adlarını qeyd edəcəm) gizli şəkildə bu işə təhrik edib ki, məktəbə yazılacaq cərimələr çox olduğundan dərs saatlarına görə müəllimlərdən 100 və ya 200 manat arası rüşvəti canla başla yığdırır. Aşağıda adlarını qeyd edəcəyim müəllimlər məharətlə rüşvət yığımında fəal iştirak edir və Gülnaz Kərimovanınn verdiyi qanunsuz tapşırıqları həyata keçirirlər
Belə ki, İbtidai siniflər üzrə Əzimova Arzu Rəhbər qızı 1 ci siniflər, Əliyeva Şəhla Adışirin qızı 2 ci siniflər, ( Şəhla xanım qanunsuz olaraq direktor müavinliyi vəzifəsini də icra edir) Qədirova Afaq Məhəmməd qızı 3 cü siniflər, Əsədova Raminə Səxavət qızı 4 cü siniflər, Abdullayeva Sevinc Arif qızı 5-11 ci siniflər rus bölməsi ( Sevinc Abdullayeva direktor müavini) Tağıyeva Könül Ələkbər qızı 5-6 cı siniflər, ( direktor müavini ) Mustafayeva Əsli Cahangir qızı və Salmanova Gülçin Məhəmmədəziz qızı 8-11-ci siniflər ( direktor müavinləri ) üzrə verilən tapşırıqları çəkinmədən yoxlama məktəbdə ola ola yığırlar.Baxın bu qədər adamları rüşvət yığmağa nə məcbur edir? Maraqlı burasıdır ki, mən kənardan bu qədər məlumatı ala bilirəm ancaq yoxlama üzvləri içəridə ola ola bu məsələlərdən xəbərsizdirlər. Bir mənalı şəkildə bildirirəm ki, rus bölmsənin müavini Abdullayeva Sevinc bloknotunda qeydiyyatlarını möhkəm apar yəqin ki istintaqa lazım olacaq. Sizin kimi cinayətkarlar hamısı qanun qarşısında cavab verəcəklər.Yoxlama komissiyasının adına yığılan pullardan görəsən komissiyanın sədrinin və eləcə də üzvlərin xəbəri var? Əsala xeyir. Çünki 09.04.2025 ci il tarixində məktəbdə Gülnaz Kərimova şaiyə buraxdırdı ki pul yığılmasını dayandırın, Dedi ki yoxlama gələcək məktəbə.Sən demə bu sözləri elə söz olaraq bildirib.müavinləri və müəllimləri sakitcə öz kabinetinə çağırıb bildirir ki işlərinizi möhkəm qurun,yəni yığımı davam edin.

Məktəbin 9-cu siniflərində monitorinq aparan Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Gülnaz Kərimova hər uşaqdan iki manatdan pul yığmaqla özünü və özü kimi bu işə cəlb etdiyi müavinlərin iç üzünü ortaya qoydu Məktəbdə 321 doqquzuncu siniflərdə şagird təhsil alır.Hesablasaq 642 manat pul edir. Bu pullar hara gedir maraqlana olub ay edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva? Bəlkə gec deyil bir fikirləşəsiniz ay Regional İdarə? Dövlətin pulsuz təşkil etdiyi monitorinqlərə niyə məktəbdən pul yığılmalıdır ki? Bildiriəm ki məktəbin doqquzuncu siniflərində hətta iki üç nəfər pul verməsə belə digər uşaqlardan da əalavə pul yığıb tamamlayıb verilir və əlavə olaraq hər uşaqdan 5 (beş) manat fond pulu yığılır.Hesablayın məbləği təkcə doqquzuncu siniflərin fond pulu 1605 manat edir. 9Ç sinfi sinif rəhbəri Təranə Alxanova çox məharətlə bu işin öhdəsindən gəlir. Hətta kserokopiya pulu yığlır. Gülnaz Kırimovanın müəllimlər otağında rahat kresloda oturan adı məktəbdə kiçik texniki işçi kimi rəsmiləşdirilən rəfiqəsi Yeganə xanım necə bu işlə rahat məşğul olur. Ancaq MÜTDA ya şikayət edirəm cavab yazır ki etdiyiniz nöqsanlar öz həllini tapmadı. Sual edirəm nə zaman gəlib araşdırma aparmısınız ay Nurlan İsmayılbəyli? Bəs maliyənin aşkarladıqları necə bunlar ki yalan deyil. Yəqin siz Nurlan İsmayılbəyli də yazdığınız bu yalan cavablara görə nə zamansa məsuliyyət daşıyacaqsınız.
Məktəbdə milyonlarla rüşvəti talamaqda, müəllimləri hədə qorxu içində saxlamaq, dərs saatlarını satmaq, ölü canlı texniki işçilər, şagirdlər saxlamqdan gözü doymayan Gülnaz Kərimovadan heç bir təhsil gözləntisi ola bilməz. İnsana ləkə vurmaqdan şərləməkdən bezməyən Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Gülnaz Kərimova barəsində inanıram aidiyyatı qrumlar hərəkətə keçəcək.Yaxşı olardı Elm və Təhsil Nazirliyi və eləcə də MÜTDA fikirləşin ki Gülnaz Kərimova və ona havadarlıq edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva sizin nüfuzunuza və eləcə gələcək kariyeranıza nə qədər ləkə gətirir. İnanıram ki Respublikamızda yetərincə direktorlar var ki məktəblərimizi idarə edə bilərlər.Bəlkə Gülnaz Kırimova vəzifədən azad ediləndən sonra məktəbin müəllim və şagird heyyəti işıqlı bir gün görər…”/dia.az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti