“İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...”
“Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatlar fonunda fikirlərini bildirərkən qeyd edib ki, ilk olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir.

“O, vaxtilə İsa Qəmbərin dondurma sexini işlədən və birbaşa olaraq dövlət başçısına xəyanət edən adam olub. Xatırlayanlar olacaq, köməkçi kimi özünə Azərbaycanı qəbul etməyən Nərmin adlı xanımı seçmişdi. Həmin şəxsin vəzifədən kənarlaşdırılmasını məhz mən təmin etdim. Bir sözlə, bu nazir yerini bilməyən adamdır. Çıxıb müsahibə verir ki, hamı quzu yemək istəyir, ona görə ət bahalaşıb. İndiki dövrdə kənd təsərrüfatı məhsullarının qiymətinin kəllə-çarxa çıxmasının başlıca səbəbi onun əsəridir”, – deyə o, əlavə edib.

H. Hacıyev söyləyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına böyük diqqət və qayğısı var, lakin, çox təəssüf ki, həmin nazirlikdə kənd təsərrüfatı üzrə mütəxəssis işləmir və nazirin heç bu işlərdən xəbəri yoxdur:

“Dəfələrlə demişəm, bu gün xalqın əsas tələbatı kənd təsərrüfatı məhsullarınadır. Kostyum alıb 2-3 il geyinmək olar, lakin çörək, ət, qatıq, xama yeməsən, süd içməsən, yaşaya bilməzsən. Qısacası, hazırda xalqın əsas narazılığı kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Kənd təsərrüfatı üzrə mütəxəssis olaraq rahatlıqla deyə bilərəm ki, hazırda hansı rayonda kartof, üzüm, taxıl əkilməli, hansı rayonlarda isə heyvandarlıq inkişaf etdirilməli olduğunu planlaşdıra bilmirlər. Bunları danışan zaman deyirlər ki, Hafiz Hacıyevin gözü kənd təsərrüfatı naziri olmaqdadır. Olsaq, nə olar? Xalqın çörəyi artar, ət 20 yox, 10 manat olar, məhsul istehsalı artar, hər kəs də razı qalar”.

MMP sədri əmindir ki, hələ orada çox oyunlar çıxacaq:

“Hələ məndə olan məlumatlara görə Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə. Neft sənayesi üzrə ali təhsil alan biri necə bu sahəni bilsin?! İlk öncə qoyunla quzunu tanımaq lazımdır. Vaxtilə kənddə çoban da olmuşuq, mal da bəsləmişik, ərazi də sulamışıq. Burada gizlətməli heç nə yoxdur. Ölkəmiz kənd təsərrüfatı üçün ən yararlı torpaqlara sahibdir. Niyə xaricdən idxal edək?!”

“Əlqərəz, xalqı narazı salan Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalı, yerində isə Kənd Təsərrüfatı üzrə Ərzaq, Təhlükəsizlik və Qida Təminatı Komitəsi yaradılmalıdır. Oraya isə həmin işlərdən başı çıxan, bizim kimi bu sahəni bilən adamlar gətirilməlidir ki, dövlətə xidmət etsinlər. Əgər kimsə mənimlə bu barədə polemika aparmağa razıdırsa, buyursun, hər zaman hazıram. Kiminsə bacısıdır, qardaşıdır, dostudur, tanışıdır baxmayacağıq, birmənalı olaraq heç kəsə dövlət başçısına xəyanət etməyə imkan verməyəcəyik!”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti