Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...
"Bələdiyyələr haqqında söhbət düşəndə bütün Azərbaycanda hamı onlardan narazılıq edir. Deyirlər ki, bələdiyyə kənddə hec bir iş görmur, yalnız pul yığır və torpaq satır. Amma vətəndaşdan soruşanda ki, bələdiyyələrin vəzifəsi nədir, onlar sizin üçün nə iş görməlidir, bu suala dürüst cavab verən çox az sakin tapılır". Vertikal.Az bildirir ki, bunu öz açıqlamasında tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib.

O daha sonra əlavə edib: "Yəni biz vətəndaş olaraq elementar hüquqlarımızı bilmirik. Biz bələdiyyələrin səlahiyyətlərini bilsək, oradan öz hüquqlarımızı da ayırd edə bilərik. Çoxları sadalıayir ki, qaz gəlmir, su yoxdur, işıq zəifdir və s. Amma gəlin görək, bələdiyyənin bu işlərə müdaxilə etməsinə qanun səlahiyyət verirmi? Əlbəttə, xeyr - "Bələdiyyələrin statisi haqqında" qanuna əsasən, bələdiyyələr yalnız bu xidmətlərdən müştəri olaraq istifadə edə və vətəndaşların bu istiqamətdə şikayətlərini diqqətə çatdıra bilər. Bununla əlaqədar təbii inhisarçı dövlət qurumları ilə müqavilə bağlaya bilər. Amma dünya təcrübəsində bələdiyyələr bu xidmətləri, bununla yanaşı tibb, təhsil və digər xidmətləri göstərmək səlahiyyətinə malikdir. Azərbaycanda isə, bələdiyyələr yalnız dövlət şirkətlərinin həyata keçirdiyi xidmətlərdən kənar olan problemlərin həllinə cavabdehdir. Məsələn, kənddaxili yolların təmiri, tullantıların daşınması, bələdiyyə balansında olan əmlakın idarə edilməsi və s. məsələlərlə məşğul ola bilər. İnkişaf etmiş ölkələrdə bələdiyyələrin məktəbləri, xəstəxanaları, ticarət, iaşə və digər xidmət obyektləri fəaliyyət göstərir. Bələdiyyələr həm xidmətlərdən pul qazanır, həm də qazandığı vəsait hesabına idarə etdiyi ərazidəki problemləri həll edir, əhaliyə lazımi xidmətlər göstərir və öz biznesini genişləndirir. Həmin ölkələrdə bütün kommunal xidmətləri bələdiyyələr həyata keçirir. Adından da bəlli olduğu kimi, bələdiyyə yerli özünüidarəetmə orqanıdır. O ərazidə həm pul qazanmalıdır, həm də problemləri həll etməlidir.

Azərbaycanda isə bələdiyyələrin belə bir səlahiyyəti yoxdur və ya çox məhduddur".

Bizdə bələdiyyələr əsasən fiziki səxslərin yerli vergiləri və dövlət dotasiyası hesabına maliyyələşir.

Vertikal.Az-ın məlumatına görə, əhali də danışanda deyir ki, bələdiyyəyə pul veririk, amma iş görmürlər. Fikrimizcə, bu iki məsələ bir-birindən tamamilə fərqlidir. Birincisi, əhali bələdiyyəyə pul vermir, dövlətə verməli olduğu vergini bələdiyyəyə ödəyir. Bu, əmlak vergisi də ola bilər, digər yerli vergilər də ola bilər.

Digər tərəfdən, bələdiyyənin işləməsi üçün əhali bunu onlardan tələb etməlidir. Çünki onlar səlahiyyətləri məhdud olduğundan ərazidə iş görməyə maraqlı deyillər. Qeyd etdiyimiz inkişaf etmiş ölkələrdə bələdiyyələr ona görə xidmətə, işə maraqlıdır ki, onlar problemləri həll etməklə yanaşı həm də pul qazanır. Ona görə də iş görməkdə maraqlıdırlar.

Konkret olaraq Masazır bələdiyyəsinə gəldikdə isə, onun haqqında internet resurslarında özəl olaraq hec bir informasiyaya rast gəlinmir. Amma bu kəndin əhalisindən redaksiyamıza kifayət qədər şikayət daxil olur.

Yalnız Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində aşağıdakı məlumatı tapa bildik: "Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan ƏlağaVahidin abidəsi qoyulmuşdur".

"Gecə kəndin küçələri zülmət qaranlığa bürünür"

Bizimlə söhbətində 12 ildir Masazırda yasayan Yusif Əhmədov bildirdi ki, kənddə sosial problemlər kifayət qədərdir, amma bu illər ərzində bələdiyyələrin hansısa problemi həll etdiyinin şahidi olmayıb: "Kənddə işıq, qaz, su, yol, tullantı problemləri başdan aşır. Son zamanlar yalnız ictimai nəqliyyatın hərəkət etdiyi yollarda təmir işləri aparılıb. Bir il əvvəl kəndə küçə işıqları çəkilib, amma işıqlar artıq yanmır, gecə kəndin küçələri zülmət qaranlığa bürünür. Yalnız küçələrin bəzi yerlərində işıq yanır. Kəndin kücələri bərbad gündədir, tullantı dizə çıxır. Kənddə mal-qaranın saxlanılması bu problemi bir qədər də ağırlaşdırır. Qəsəbədə yalnız iki marşrut üzrə ictimai nəqliyyat işləyir ki, bu da əhalinin tələbatını ödəmir".

"Uşaqların əylənməsi üçün bir dənə də olsun park yoxdur"

Kənd sakini Amil Vəliyev isə deyir ki, 300 minə yaxın əhalisi olan bu kənddə sakinlərin istirahət və əyləncəsi üçün heç bir məkan nəzərdə tutulmayıb: "Uşaqların əylənməsi üçün bir dənə də olsun park yoxdur. Belə bir məkanın perspektivdə olma ehtimalı da yoxdur. Çünki bunun üçün yer yoxdur. Masazır kəndinin bütün boş əraziləri, hətta tullantıların toplanması üçün nəzərdə tutulan məkanlar belə bələdiyyə tərəfindən satılıb. Bizim məhəllədə 5-6 tullantı məntəqəsi var idi, indi cəmi biri qalıb. Valideynlər də tullantını atmağı uşaqlara həvalə edir, uşaqlar isə, məsafə uzaq olduğu üçün tullantını hara gəldi atır. Nə köhnə bələdiyyə üzvlərini tanıyırıq, nə də təzə namizədləri görmüşük. Gəlib deyən yoxdur ki, mən namizədəm, mənə səs verin. Bütün seçki prosesi bələdiyyənin inzibati binasında başlayır, elə orda da bitir".

"Allah iraq eləsin, yanğın olsa yanğınsöndürən gəlib göstərilən ünvanı tapa bilməyəcək"

Masazır sakini Bəhram Kərimov isə bildirdi ki, yaşayış məntəqəsində ünvanlar səhv göstərilib: "Mənim evimin çıxarışı var. Amma orda göstərilən ünvanı mən kənddə tapa bilmirəm. Allah iraq eləsin, yanğın olsa yanğınsöndürən gəlib göstərilən ünvanı tapa bilməyəcək. Təcili yardımı çıxıb mərkəzi küçədə qarşılayırıq, yoxsa gəlib mənzili tapa bilmir. Bəs adam evdə tək yaşayırsa, onun üçün təcili yardımı kim qarşılayacaq? Masazır Bakıya ən yaxın yaşayış məntəqəsi olsa da, burada insanların sosial rifahı üçün heç bir iş görülmür. Sakinlər öz xərcləri hesabına yol təmir edir, zədələnmiş su, qaz borularını dəyişir və s.".

Masazır bələdiyyəsinin sədri Fətullayev Rüfət Səyavuş oğlunun iş telefonuna və bələdiyyənin digər xidməti stasionar telefon nömrəsinə zəng çatmadı. Ona görə də Masazır bələdiyyəsinin səlahiyyətli nümayəndələrini tapıb bütün bu ittihamlara onlardan cavab ala bilmədik.
Vertikal.Az
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti