Nuriyevlərin Sabirabadda seçki sabotajı –
Yanvarın 29-da ölkə üzrə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər yerli özünüidarəetmə baxımından vacib seçki heab edilir.
Lakin bəzi rayonlarda çete halında büdcə təşkilatlarında kök salmış şəxslər seçkiləri sanki evlərindəki toy-nişan kimi təşkil edib indidən sonucunu da müəyyən ediblər.
Gundeminfo.az-a daxil olan məlumata görə Sabirabad rayonunda ən böyük kəndlərdən biri ol. an Cavad Bələdiyyəsi üzrə seçkilər də bir qrup məmurun maraqları üçün artıq formalaşdırılıb.
1737132079_1.jpg
Cavad Bələdiyyəsi üzrə qeydə alınan namizədlərin sayı 21 nəfərdir. Bələdiyyə üzrə seçiləcək üzvlər isə 11 nəfər olacaq. Förd kəndi, Cavad, Həsənli, Əlicanlı və Zəngənə kəndlərini əhatə edən bu bələdiyyə ərazisində xeyli sayda məmurun böyük fermaları, torpaq sahələri və obyektləri var.
Bu baxımdan da Cavad Bələdiyyəsi ilə bağlı “şəxsi dükan” prinsipləri işləyir.
Gundeminfo.az-a daxil olan məlumata görə Cavad Bələdiyyəsi Kür və Araz Çaylarında Bəndlərin Mühafizəsi İdarəsinin rəisi Elman Nuriyevin Kurasiyasındadır. Elman Nuriyev uzun illər Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədrinin müavini olmuş Zakir Quliyevin bibisioğludur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737125402_1.jpg
Zakir Quliyev hazırda Regional Su Meliorasiya Xidmətinin rəisidir. Yəni bu o deməkdir ki, Zakir Quliyev Mərkəzi Arandakı qoyun sürülərini saxlamağa davam edəcək. Torpaqlarını əkəcək və əlbəttə ki, Sabirabadda hakimi-mütləq olaraq nifuzunu qoruyacaq.
Z.Quliyevin yaxın qohumları Sabirabadda yüksək vəzifə tutmaqla yanaşı həm də daha böyük hədəflərə çatmaq istəyirlər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737125402_3.jpg
Məsələn Cavad Bələdiyyəsi üzrə uzun illər bələdiyyə sədri olan Ağahəsən Rüstəmliyə də sürpriz hazırlayıblar. Elman Nuriyevin qardaşı oğlu Nihad Nuriyev bələdiyyə üzvlüyünə namizəddir. Nihad Nuriyev əslində kənddə Qoçu kimi tanınır. Bəli babasının adın daşıyır. Qoçu Kür və Araz Çaylarında Bəndlərin Mühafizə İdarəsinin rəisi Elman Nuriyevin sevimli kadrıdır. Çünki uzun illər elə bu idarədə yüksək vəzifələrdə “çalışıb”. Yəni əmək haqqı kartları cibində olub.
Niyə “əmək haqqı kartları”? Bəli Qoçu (Nihad) Nuriyev krallar kimi həyat yaşayıb. Kəndin qaziləri, şəhid ailələri işsizlikdən məmurların qapısında yalvaranda Qoçu öz bahalı avtomobilləri ilə kənddə qoçuluq edirdi.
Qoçu (Nihad) Nuriyevin atası Nuriyev Saleh Qoçu oğlu da yetərincə biznes “uğurları” qazanıb.
Məsələn elə Cavad kındində Kür çayının mühafizə zolağında yerləşən böyük bir ərazini zəbt edib özünə restoran, kafelər, avtotəmir sexləri yaradıb. Amma onun “uğurlu” biznesi bununla da bitməyib. Bu barədə detallı olaraq məlumatları təqdim edəcəyik.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737132080_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737132080_3.jpg
İndi isə qayıdaq yanvarın 29-da Cavad Bələdiyyəsi üzrə keçiriləcək seçkilərə. Bu seçkilər böyük ehtimalla Elman Nuriyevin Sabirabad Rayon Yeni Azərbaycan Partiyasının sədrinin müavini olaraq nəzarətində keçəcək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737125402_2.jpg
Çünki qardaşıoğlu Nihad (Qoçu) Nuriyev hər yerdə “nə seçki, sədr özüm olacam” deyir.
Redaksiyamıza Cavad kəndindən olan Birinci və İkinci Vətən Müharibəsinin iştirakçıları tərəfindən Ali Baş Komandan Cənab İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Bələdiyyə ərazisində yaşayan elm adamları, Qarabağ qaziləri, veteranları seçkilərin şəffaf keçirilməsiinin təmin edilməsi üçün Ali Baş Komandana müraciət ediblər. Onlar böyük bir bələdiyyənin (700 hektara yaxın torpaq sahəsi, 500 iaşə obyektinin olduğu ) ərazisində seçkilərin demokratik keçirilməsi üçün müraciət ediblər.
Ardı var....
Məqalədə səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
 
 


 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti