ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
"Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Qurbanovun rektor təyin olunmasından sonra universitet özünün ən çətin dövrünü yaşayır. Təhsil müəssisəsində özbaşınalıq geniş vüsət almaqdadır. Bu vəziyyətin ən bariz nümunəsi Baytarlıq Təbabəti fakültəsinə qanunsuz təyin edilmiş dekan Şəlalə Zeynalovanın fəaliyyəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu ifadələr sözügedən ali təhsil ocağının tələbələri adından edilən müraciətdə yer alıb.

Müraciətin əvvəli BURADA: ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...

Müraciətdə daha sonra bildirilir: "Bundan başqa, Baytarlıq Təbabəti fakültəsində əyani təhsil alan tələbələrdən biri olan Müseyibova Günay, Bakıda şəxsi klinikada çalışdığı üçün ümumiyyətlə dərsə gəlmir, lakin Şəlalə Zeynalova tərəfindən imtahana buraxılmış və qiymətləndirilməsi təmin edilmişdir. Amma biz 3-4 gün dərsə gəlməsək, Şəlalə müəllimə bizi univeristetdən qovmaqla hədələyir.

Şəlalə Zeynalovanın fakültə dekanı vəzifəsinə təyin olunmasında da ciddi qanun pozuntularına yol verilmişdir. Təhsil Nazirliyinin təlimatlarına əsasən, dekan vəzifəsinə namizədin həmin fakültənin ixtisas kafedralarından birində ən azı 5 il işləməsi və daimi iş yeri Aqrar Universitetdə olması tələb olunur. Bu qaydalar pozularaq, Şəlalə Zeynalova qeyri-qanuni şəkildə dekan vəzifəsinə təyin edilmişdir.

Fakültədə baş verən digər qanunsuzluqlara misal olaraq, Şəlalə Zeynalovanın müəllim və tələbələrdən müxtəlif adlar altında "şirinlik" tələb etməsi, şəxsi ad günü məclisi təşkil etmək üçün məcburi vəsait toplaması, sinif otaqlarının təmiri bəhanəsi ilə gənc müəllimlərdən külli miqdarda vəsaiti yığması göstərilə bilər.

Şəlalə Zeynalovanın rektor Zəfər Qurbanovla yaxınlığı da xüsusi diqqət çəkir. Belə ki, digər fakültə dekanları ayda 1500-1600 manat əməkhaqqı aldığı halda, Şəlalə Zeynalovaya rektor tərəfindən 2400 manat məvacib təyin olunub. Görəsən, aidiyyəti qurumlar niyə bu məsələyə göz yumur? 30-40 illik təcrübəsi olan dekanlar bu qədər aşağı əməkhaqqı aldığı halda, Şəlalə Zeynalova nə üçün və hansı əsasla belə yüksək məvacib almalıdır? Ümid edirik ki, yaxın zamanda Hesablama Palatası bu məsələləri araşdıracaq və lazımi tədbirlər görüləcəkdir.Əgər anidən Baytarlıq Təbabəti fakültəsinin hər iki ixtsasında bütün davamiyyət jurnallarını yoxlasalar Şəlalə Zeynalovanın yuxarıda qeyd olunan qanunsuz əməllərindən 20-30 dəfə artıq üzə çıxacaqdır...."

DAVAMI OLACAQ... Bizi izləməyə davam edin...
 
 
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti