Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Yevlax rayon sakini Musayeva Anaxanım Ağakişi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşının ölümünə həkimlərin təyin etdiyi səhv diaqnoz səbəb olub:

“Noyabr ayının 10-da, gecə saatlarında qardaşım Ağakişiyev Əli Ağakişi oğlunun halının pisləşməsi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasına zəng etdim. Oradan təcili yardım gəldi. Lakin qardaşıma heç bir köməklik edilmədi. Bildirdilər ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasına getməlidir. Düşündüm ki, belə məsləhət bilirlərsə, xəstəxanaya aparım.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında qardaşıma səhər saat 08:08-ə qədər baxılmadı, heç bir tibbi yardım göstərilmədi. Təzyiqi 230-130 idi, amma heç bir yardım olunmadı. Ancaq qan analizi götürdülər və ürəyin kardioqrammasını etdilər. Sonra bildirdilər ki, xəstənin mədəsi deşilib.

Saat 6-ya işləmiş həkimlər gəldi. Sonra isə USM həkimi gəldi. USM-dən keçdi. Böyrəyində, ağciyərində, qaraciyərində hepatit olsaydı, yəqin ki, mənə əvvəlcədən deyərdilər. USM olandan sonra da rentgen həkimi gəldi. Rentgen həkimi də heç nə demədi.

Daha sonra xəstəni əməliyyatxanaya apardılar. Dedim ki, çöldə qardaşlarım var, qan lazımdırsa, versinlər. Dedilər ki, qanı normaldır, hər ehtimala qarşı Mingəçevir “qan bankı”ndan qan alsınlar. Gedib qan aldılar.

Qardaşım 3 saat əməliyyatda qaldı. Həkimlərdən soruşdum ki, nəyi var. Həkim-ümumi cərrah Qədimov Elmi Veysəl oğlu qardaşımı yardığını, mədəsində heç nə olmadığını dedi. Onu da bildirdi ki, qaraciyəri zədələdik, qaraciyərində problem yaratdıq.

O biri həkim də gəldi. Elmi həkimin dediklərini təkrar etdi. Bildirim ki, əməliyyatda 3 cərrah iştirak edib. Elmi Qədimov, Xamis Allahverdiyev və Bəxtiyar həkim. Xamis həkim dedi ki, qaraciyəri zədələdik, qaraciyər qan verməyə başladı. Soruşdum ki, bəs necə olacaq? “Güman edirik ki, narkozdan ayılacaq”, - deyə həkim bildirdi.

Sonra qardaşımı reanimasiya otağına yönləndirdilər. Onu görmək istəyirdim. Mənə dedilər ki, tam ayılmasa da, orta-ağır vəziyyətdədir. Qardaşımın yanına getdim. Ona “məni hiss edirsənmi?”, - deyə soruşdum. Başını, gözünü tərpətdi. Həkim bildirdi ki, güman edirik, xəstə tam ayılacaq.

Biz evə gəldik. Gecə saat 01:00 radələrində Xamis həkim zəng etdi ki, xəstədə qanaxma var, təcili xəstəxanaya gəlin, göndəriş verim “qan bankı”ndan 4 litr qan alıb gətirin. Xamis həkim göndəriş Verdi, ordan Mingəçevirə getdik. Mingəçevirdə “qan bankı”ndan qan aldıq. Həkim zəng edib söylədi ki, xəstə Ağakişiyev Əli Ağakişi oğlu rəhmətə getdi.

Bu, necə olur? Mənim qardaşım əməliyyata normal qanla girmişdi.

Qeyd edim ki, gecə ilə bütün sənədləri USM-in cavabını, qan analizlərini dəyişiblər. Sonra da deyirlər ki, böyrək çatışmamazlığı var. Qaraciyəri hepatit idi, ağciyəri isə ümumiyyətlə işləmirdi. Bəs işləmirdisə, niyə əməliyyat etdiniz?

Qardaşım 5 ay əvvəl Rusiyadan gəlmişdi, yanımda yaşayırdı. Heç bir problemi yox idi. Onu səhv diaqnozla əməliyyata saldılar, qaraciyərini zədələdilər”.

Məsələ ilə bağlı həkim Xamis Allahverdiyevlə əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, iş hal-hazırda ekspertizadadır, cavab çıxandan sonra nəticəsi bəlli olacaq. “Qeyd edim ki, xəstə ağır vəziyyətdə xəstəxanaya gəlmişdi. Xroniki xəstə idi. 3 cərrah necə səhv edə bilər? Xəstə əməliyyatdan sonra vəziyyətdən çıxa bilmədi. Burada heç bir həkimin səhvindən söhbət gedə bilməz. Xanım da yaxınını itirdiyi üçün aqressivdir”, - deyə həkim əlavə etdi.
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti