Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları: "Akademik təsadüf", yoxsa...
Prezident İlham Əliyevin 2022-cilin iyul ayında imzaladığı fərmanla Azərbaycan Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələrinin əksəriyyəti Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələrdən biri də Geologiya və Geofizika İnstitutudur. Geologiya və Geofizika İnstitutu Elm və Təhsil nazirliyinin tabeliyinə veriləndən sonra da, əvvəlki kimi müstəqil olaraq dövlət satınalmaları həyata keçirir.

Qlobal.az Geologiya və Geofizika İnstitutunun sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırma aparıb:

Geologiya və Geofizika İnstitutu 2023-cü ilin noyabr ayının 27-də "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən Geologiya və Geofizika İnstitutu üçün polikristal materialların keyfiyyət və kəmiyyət faza analizi üzrə çoxməqsədli toz difraksiya analitik cihazı üçün qeyri-üzvi materialları və həmin materialların sürətli şəkildə müəyyənləşdirilməsini asanlaşdıran proqram təminatının satın alınması" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 34.000 manat, qalibi isə "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833155_2.jpg

"DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Xan Şuşinski ev 49, qanuni təmsilçisi isə Əhmədov Rauf Əlisa oğludur.

Geologiya və Geofizika İnstitutunun növbəti şübhəli satınalmalarından biri isə təxminən bir ay əvvəl - 2024-cü ilin dekabr ayının 12-də keçirilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833156_3.jpg
"Qeyri-maddi aktivlərin (proqram təminatı) satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 26.500 manat, qalibi isə yenə də "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İnstitut bu satınalmadan 15 gün sonra - 2024-cü ilin dekabr ayının 27-də daha bir satınalmaya yekun vurub. İnstitutun "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən institutun laboratoriyalarında tədqiqat işlərinin aparılması məqsədilə zəruri olan avadanlıqların satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 59.000 manat, qalibi isə "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833156_4.jpg
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Geologiya və Geofizika İnstitutunun 2023-cü ilin noyabr ayının 27-də və 2024-cü ilin dekabr ayının 12-də keçirdiyi satınalmada qalib elan etdiyi "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə eynidir - Yasamal rayonu, Xan Şuşinski ev 49.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833156_5.jpg
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi isə İnstitutun yuxarıda qeyd edilən tarixlərdə qalib elan etdiyi şirkətin - "DR. LAB" MMC-nin qanuni təmsilçisi Əhmədov Rauf Əlisa oğludur.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833157_6.jpg
Geologiya və Geofizika İnstitutunun müxtəlif zamanlarda hüquqi ünvanı və qanuni təmsilçisi eyni şəxs olan təşkilatları sifarişçi olduğu satınalmada qalib elan etməsi bir sıra suallara yol açır.

Qlobal.az qalib elan edilən şirkətlərin qanuni təmsilçilərinin və hüquqi ünvanlarının eyni olması ilə bağlı Geologiya və Geofizika İnstitutundan mövqe öyrənib.

Açıqlamada deyilir:

"Qalib elan edilən şirkətlərin hüquqi ünvanlarının və qanuni təmsilçilərinin eyni olması keçirilən satınalmanın şəffaflığına şübhə salmır. Geologiya və Geofizika İnstitutu satınalma elanı verdikdə və qalib seçilənə qədər heç cür bu prosesə müdaxilə etmək imkanına malik deyil. İddiaçı təşkilatların hüquqi ünvanları və qanuni təmsilçiləri barədə məlumatların yoxlanılması bizim səlahiyyətimizə aid deyil. Bu Dövlət Satınalmaları Haqqında Qanuna ziddir".

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736833157_7.jpg
Akademik Akif Əlizadə

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadədir.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Neft və qazın geologiyası və geokimyası, Petrologiya və Metallogeniya, Regional geologiya, Yer fizikası və Neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası sahələri üzrə fəaliyyət göstərir.

Cahandar Laçınlı

Qlobal.az
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti