ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yüksək texnologiya avadanlıqlarının icarəsi xidmətlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə keçirdiyi açıq tenderə yekun vurub və “IXUN Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Müsabiqənin qalibi ilə 330.659,6 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 10.01.2025-c ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Amma göründüyü kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki,”IXUN Lasertechnik GMBH” şirkəti Almaniyada fəaliyyət göstərir. Lazer şüalanması ilə səthin emalı sahəsində nou-hau və çoxillik təcrübə ilə IXUN Lasertechnik GmbH fərdi və seriyalı komponentlərin emalı üçün fərdi həllər təklif edir, sənaye üçün xüsusi daxili və xarici örtük optiklərinin istehsalı ilə məşğuldur. IXUN Lasertechnik GmbH ən müasir lazer və idarəetmə sistemlərinə malikdir.

Mediada yayılan rəsmi məlumata görə, 2016-cı ilin əvvəlindən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 634-ü xarici investisiyalı şirkətlərdir: Onlarla yeni yaradılan şirkətlər arasında Almaniyanın “İBBAZ” MMC, “Socar-Uniper” MMC, “İxun Lasertechnik” MMC-nin Azərbaycan Respublikasindaki filialının da adı keçir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “IXUN LASERTECHNİK” (VÖEN: 1403605081) Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı 05.12.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı açıqlanmayan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 20, qanuni təmsilçisi kimi isə Şirinova İlhamə Bahadur qızı qeyd olunub.

Reyestr məlumatlarında MMC-nin ilk qanuni təmsilçisinin Şirinov Hikmət Bahadur oğlu olduğu göstərilir. Daha sonra MMC-yə Quliyeva Gülnarə Bahadur qızı rəhbərlik edib.

Qeyd edək internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada o da məlum oldu ki,”Ixun Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub. Elektron mediada 12.07.2024 məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb. İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.

Bu məlumatlardan da göründüyü kimi “IXUN Lasertechnik” MMC-nin fəaliyyətində şübhəli məqamlar var. MMC malların emal edilməsi qaydasının pozulmasına, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətalar törədib.

Maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “IXUN Lasertechnik” MMC-ni bu satınalmaya cəlb edərkən bu məqamları görməyibmi? Məlum olduğu kimi MMC satınalmalara cəlb olunarkən uyğunluq göstəriciləri müəyyən edilir, maliyyə, bank, vergi və sosial ödəniş sənədləri ilə bərabər, məhkəmə qərarı ilə barəsində hər hansı bir cinayət əməlinin olub olmaması barədə sənədlər tələb olunur. Görünən odur ki, Universitetin Satınalma Komissiyası burada bir sıra sənədlərə göz yumub. Tenderin bir mənbədən satınalma yolu ilə keçirilməsi də çox güman ki, “IXUN Lasertechnik” MMC-nin çatışmayan sənədlərini gizlərməq məqsədi daşıyır. Yaxud da kim zəmanət verə bilər ki, MMC rəsmiləri bəzi sənədləri gömrükdə olduğu kimi, burada da saxtalaşdırmayıb?

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərovdur. Bu vəzifəyə Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 13 iyul 2023-cü ildə təyin olunub. O, 10 İyul , 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilmiş Mustafa Babanlını əvəz edib.

Qeyd edək ki, son günlərdə elektron mediada qədim tarixə malik Universitetin bərbad duruma salınması ilə bağlı bir qrup müəllim və işçi heyyətinin müraciəti yayılıb. Müraciətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektor əvəzi Vazeh Əsgərovun yarıtmaz fəaliyyətindən bəhs edilir.
Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti