Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
"Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Şahlar Əsgərovun himayəsinə sığınan Kamal Məmişov zəbt etdiyi torpaqların bir hissəsində nəhəng fermer təsərrüfatı qurub, böyük otlaq sahələri ələ keçirib. Şahlar Əsgərovun dəstəyindən və üstün maddi durumundan istifadə edərək digər fermer təsərrüfatlarını sıxışdıran Kamal Məmişovla nə icra hakimiyyəti, nə güc orqanları, nə də məhkəmələr bacarmır. Kamal Məmişov bugünə qədər bir neçə dəfə məhkəməyə verilsə də, zəbt etdiyi torpaq sahələrinin bir qarışını belə dövlətə qaytarmayıb.

İş adamı zəbt və istismar etdiyi torpaqların qarşılığında dövlətə heç bir vergi ödəmir. İllərdir yığılıb qalan çoxsaylı vergi borcuna görə də iş adamı dəfələrlə məhkəməyə verilib. Amma məhkəmələr də Kamal Məmişovdan dövlət rüsumunu ala bilmir. Şahlar Əsgərovun Kamal Məmişovu himayə etməsinin isə bir sıra səbəbləri mövcuddur. Bütün zəbt prosesində Kamal Məmişovu məcburi köçkün kimi qabağa verən Şahlar Əsgərov himayəsinin qarşılığlnda torpaqların, yaxud satılan torpaqlardan əldə edilən pulun bir hissəsini özünə götürür. Bir sözlə, Kamal Məmişov və Şahlar Əsgərov “alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir..."
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti