Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -
Dekabrın 14-də Avrasiya Hospitalda ölümlə nəticələnən hadisə baş verib. Kürdəmirdə doğulan, Bakı şəhəri, Xətai rayonunda yaşayan Məmmədov Arif Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib.
Bu haqda Yenixeber.org-a mərhumun qardaşı Mais Məmmədov məlumat verib.
O, qardaşının aldadılaraq Hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq Hospitalı ittiham edən Mais Məmmədov onu da israrala qeyd edir ki, qardaşı dünyasını dəyişdikdən sonra onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini və oksigen aparatına qoşulduğunu deyib və cinayətin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər.
Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının tələb və təzyiqindən sonra nəhayət ölüm faktını etiraf ediblər.
Mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, Noyabrın 30-da adıçəkilən Hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq. Xatırladaq ki, o Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib burada əməliyyat edir. Onun üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Bu dəfə də elə olur...

Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. Beləliklə, ğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır: Mənə iynə vurdular, halım daha da pisləşib.
Lakin, Yenixeber.org-a olunan mürəciətdə qeyd edilir ki, həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.
Dəhşətli olaylardan biri də ondan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 (Üç min) manata görə heç bir sənəd də verməyiblər.
Bundan əlavə, Mais Məmmədov Yenixeber.org-a bildirdi ki, Hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat verir. Baclılarının ürəyi gedir, lakin hospitalda heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrıkəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yardım çağırılır...

Redaksiyadan: Biz Yenixeber.org olaraq məlum prinsip və qanunlara uyğun olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də, dinlədik. Bizimlə telefon söhbətində Avrasiya Hospitalının direktoru Vaqif Mirzəyev səslənən iddialarla razılaşmadı: Xəstənin vəfatının araşdılımasında biz də, maraqlıyıq. Hazırda müvafiq ekspertiza aparılır. İddia olunan 3000 manat da, yalandır. Əgər belə hal olubsa, ortaya bir sübut qoyulsun. Lift məsələsinə gəlincə, bildirim ki, xəstənin yaxınları lifti ayaq zərbələri ilə zədələyiblər və mən qaışıq Hospitalın 4 əməkdaşına zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hazırada həm ölüm faktı, həm də zorakılıqla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! -

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti