Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq Muxtar Respublikanın rəhbərliyinin yeni olmasından istifafə edib onlara saxta sənədlərə imza atdırmışdır.
Belə ki,səhiyyənin əsas gücü məndə qalmalıdır deyə,keçmiş həkim ambulatoriyalarının və feldşer mama məntəqələrini Ailə Sağlamlıq Mərkəzi adı altında birləşdirərək həmçinin Naxçıvan diaqnostika Mərkəzinin də adını dəyişərək Naxçıvan Sağlamlıq Mərkəzi edib və ən əsası səhiyyənin ilk dayaq nöqtəsi olan Təcili Yardım stansiyalarını Təcili Tibbi Yardım adı altında Naxçıvan Səhiyyə Nazirliyinin tabeçiliyində olması barədə fərman imzalatdırmışdır.
TEREF yazır ki, bu iddianı jurnalist Sima Babayeva öz məqaləsində yazır. Sima xanım səsləndirdiyi iddalarla bağlı fikirlərini genişləndirərək faktlara müraciət edir və yazır:
Halbuki Azərbaycanın mövcud qanunvericiliyinə əsasən Təcili Yardım Xidməti,Ailə Sağlamlıq Mərkəzləri və Diaqnostika Mərkəzləri Naxçıvan TMİB-in tabeçiliyində olmalıdır.Necə ki,Azərbaycanda adı qeyd olunan qurumlar Səhiyyə Nazirliyinin deyil,TƏBİB-in tabeçiliyindədir.
Əhaliyə və rəhbərliyə səhiyyədə yeniliklər edirəm adı altında yalanlar danışan Samiq Sadıxov tabeçiliyində saxladığı müəssisələrdə özünün yaratdığı,rəhbərliyinə də Rifat Məmmədov adlı şəxsi gətirərək Səhiyyənin Təminat Mərkəzini PHŞ-tərəfindən böyük məbləğli tenderlər etdirir,Rifat Məmmədovun yaxınlarına verdiyi məlumata əsasən 15-20% otkat alaraq şirkətləri qalib elan etməsini Rifat Məmmədovu məcbur edir.Hal-hazırda olan təcili yardım maşınlarını təmir etmək əvəzinə dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyərək yeni təcili yardım maşınları alır.
Naxçıvan Səhiyyəsində barmaq sayı qədər xidmət göstərən təcili yardım həkimləri olmağına baxmayaraq bu qədər təcili yardım avtomobili ilə tarix boyu çətinliklər görmüş Naxçıvan əhalisinə həkimsiz maşınlarla taksi xidmətimi göstərəcək???
Təcili Yardım həkimlərinin verdiyi məlumata əsasən təcili yardım maşınlarında xəstələrə ilkin təcili yardım göstərməyə demək olar ki,dərman və tibbi ləvazimatlar yoxdur.
Həkimlərin verdiyi məlumata əsasən lazım olan ləvazimatları ciblərinin pulu ilə alırlar.Samiq Sadıxov isə qaynatasının adına bahalı vahimə yaradan qara maşınlar, dəbdəbəli evlər almaqla, Türkiyə Respublikasından qızıl-brilyant aldırıb yığmaqla məşğuldur.
Anlaşılan deyil ki, bütün bunlar çox hörmətli Prezidentimizin etibar edib təyin etdiyi nümayəndənin gözü qarşısında baş verir və qanunsuzluqlara reaksiya verməyə dərhal borclu olduğu halda, əksinə, hansı səbəbdənsə seyirçi mövqe tutulur.
Adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti