Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Bakının məşhur və ilk restoranlarından biri olan “Şuşa” restoranı sökülüb. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən restoranın söküntüsünə bu gün başlanılıb. Restoran tam olaraq sökülüb. Bu barədə məlumatı restoranın sahibi Elxan Qasımovun qızı verib. Onun sözlərinə görə restoran qanunsuz və onların xəbəri olmadan sökülüb. Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxlər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıblar. O, restoranın ADA universitetinin prorektoru Şahmar İbadov tərəfindən söküldüyünü iddia edib.

Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.

Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət verib. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.
cumhuriyyet.az
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti