Ağstafada bələdiyyə bazarlığı edən xanım müavin kimdir: Maraqlı faktlar...
29 yanvar bələdiyyə seçkiləri yaxınlaşdıqca ayrı-ayrı bölgələrdə rayon icra başçılarının öz yaxınlarını bələdiyyəyə yerləşdirmək fəallığı da artıb. Bununla bağlı Ağstafa rayonu ilə bağlı ALFA.TV-yə ilginc məlumatlar daxil olub. Məlumatda rayonun əksər bələdiyyə sədrlərinin artıq müəyyənləşdiyi bildirilir. Bu bazarlığı isə icra başçısı adından başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyyubova Lalə Sücayət qızının apardığı deyilir. Ağstafada artıq müəyyənləşmiş bələdiyyə sədrləri bunlardır:
1. Ağstafa bələdiyyəsi üzrə Nəsib Hacıyev
2. Dağ Kəsəmən bələdiyyəsində Solmaz Namazova,
3. Köçəsgər və Eynallı bələdiyyəsində Asim Namazov,
4. Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu bələdiyyəsində Yasin Əhmədov,
5. Həsənsu və Vurğun qəsəbə bələdiyyəsindı Nizami İsgəndərov
6. Qırılı bələdiyyəsində Şahlar Əzimov,
​7. Poylu, Qıraq Kəsəmən, Poylu qəsəbə və Saloğlu bələdiyyəsindı Alı Məmmədov,
8. Aşağı Kəsəmən və Zəlimxan bələdiyyələsindı Şirin Namazov
9. Aşağı Göycəli, Xətai, və Yenigün bələdiyyəsində Mirəsgər Mahmudov
10. Pirili, Kol Xəlifəli, Qarahəsənli, Düz Qışlaq, Kolayır, Xılxına və Molla Cəfərli bələdiyyəsindı Arifə İsmaylova,
Bələdiyyə sədri olması üçün bazarlığını edib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı Lalə Eyyubova ilə bağlı ilginc məlumatlar əldə etdik. Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub. O ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.

O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:”Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim”.

Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: “Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim”. L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: “Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi”.

Qeyd edək ki, Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Cumhuriyyet.az
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti