Suraxanı hərbi komissarlığında nələr yaşanır: baş redaktor faktlar açıqladı:
Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi "ayı xidməti" yerinə yetirməkdədir.

Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı "qəbiristanlıq qanunları" ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var.

Belə ki, ötən il "Anaxeber.info"nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib.

Bildirib ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb.

Onun sözlərinə görə, oğlu Turan Talıbova "14 B" diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, "ölü qaydaları" ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib. Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu Rayon Xəstəxanasında müayinə olunub.

Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub, amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub.

Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy...

Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq.

Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil.

Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib:

"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova "14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım", - deyə Azər Talıbov bildirib.

O əlavə edir ki, oğlunun ürəyində də problem var: "Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur".

Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: "Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova "14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm".
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti