Kommunal işçiləri onu bələdiyyə seçməyə məcbur edilir – İDDİA
Qarşıdan gələn bələdiyyə seçkiləri bu Kürsünün “dadı damağında qalan” bir çox hazırkı bələdiyyə sədrlərini hərəkətə gətirib.İllərdir kağız üzərində “tər töküb” sərvətlər toplayan sədrlərin bir qismi vəzifə borclarını unudub, bir qismi isə ümumiyyətlə vəzifə səlahiyyətlərinin nələrdən ibarət olduğunu belə bilmirlər.

Torpaq satmaq, küçələrə xırda daş səpib “küçə təmiri” adı altında hesabdan pul silmək, bələdiyyəyə aidiyyatı olan – olmayan ərazilərdən vergi toplamaq, ölü yaxınlarına məzar yeri satmaq və digər işlərlə özünə sərvət yığan sədrlər bu gün “əlim yandı”da imza toplamaqla məşğuldurlar. Təbii ki, bütün bu məsələlərdə onların ən böyük “yardımçıları və himayədarları” aid olduqları rayonların icra başçılarıdır. Məhz bu səbəbdəndir ki, yerlərdə bələdiyyə sədrlərinin böyük əksəriyyəti icra başçısının yaxın adamları olurlar.

Yeri gəlmişkən, icra başçısına yaxın olan belə bələdiyyə sədrlərindən biri də Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kirvəsi olduğu deyilən, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevdir.

Xatırladaq ki, bir müddət əvvəl haqsız yerə işindən azad edildiyini deyən keçmiş bələdiyyə üzvü Fərhad Abdullayev adlı şəxs mediaya məktubunda Ramiz Əliyevin yazıb-oxumağı belə bacarmadığını, şəhərin “Əli qəbristanlığı” deyilən böyük qəbristanlığında köhnə qəbr yerlərini belə satışa çıxardığını, bütün iclaslarında onu bələdiyyə sədri vəzifəsinə gətirdiyi üçün icra başçısına təşəkkür etdiyini iddia edirdi.

Qanunla seçki – səsvermə yolu ilə güya seçilən bələdiyyə sədrinin kirvəsi İlham İsmayılova təşəkkür etdiyi barədə deyilənlər elə onun bu vəzifə üçün nə dərəcədə uyğun biri olduğunun aşkar nümunəsi idi.

İdman müəllimliyindən icra başçısının müavini vəzifəsinə qədər qalxan Ramiz Əliyevin həmin vəzifədən o, zamankı icra başçısı Niyazi Bayramovdan xəbərsiz məktəblərdən “xərac” topladığına görə qovulduğu deyilir. O, “gəlişi ilə ona günəşi gətirən” kirvəsi İlham İsmayılovun sayəsində yenidən vəzifə kürsüsündə əyləşmə xoşbəxtliyinə nail olur. Elə gələr-gəlməz də köhnə iş yeri MKTİB-də “qara işləri”ndə onun köməkçisi və mühasibi olmuş, orta təhsilli, pensiya yaşına çatmış Yeganə Hüseynovanı bələdiyyəyə baş iqtisadçı, qohumu, orta təhsilli İsgəndər Yusubovu isə “Vergi və ödənişlər” şöbəsinə müdir təyin edir. Çünki, bu cür. “təcrübəli işçilər”lə işləmək ona daha rahat idi.

Bu dəfə isə vəziyyət başqadır. Son illər qanunda olan bəzi dəyişikliklər və nəzarətin gücləndirilməsi Ramiz müəllimi təşvişə salıb. Seçkiqabağı o, qədər həyəcan keçirir ki, həyəcandan danışığını, davranışını belə itirib.

Özünü “təmizə çıxarmaq” həvəsi ilə media dəvət edib, dərsinə yaxşı hazırlaşmayan uşaqlar kimi udquna-udquna ondan gileylənən müharibə veteranını dolayısilə “əxlaqsız”, “avara” adlandırır, ailəsindən boşandığını deyir.

Ancaq, veteranın ailəsindən boşanmasının, onun bələdiyyə sədrinin qanunsuz torpaq satdığı barəsindəki açıqlaması ilə əlaqəsi olmadığı kimi, idman müəlliminin də bu vəzifəyə aid olmadığı, şair Qabil demişkən, yerinin səhv düşdüyü, zorla qurduğu gülünc cümlələrin hər kəlməsindən aşkar görünür.

Bütün istedad və bacarıqlarını səfərbər edərək, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq görən sədr 2020-ci illərin “yeni piar metodu”nu da gözardı etməyib. Şəhidin anası ilə adını belə bilmədiyi şəhidin məzarı önündə fotosessiya edib, reportaj hazırlatdırmaqla cəmiyyət arasında güya “hər zaman onlara diqqət və qayğısını əsirgəmədiyi” fikrini aşılamağa çalışır.

Amma, artıq gecdir, Ramiz müəllim. Sizin önünüzə qalxan kimi verdiyiniz şəhid ailələrinə diqqətiniz, “avara” dediyiniz canlı şəhidə – müharibə veteranına qarşı münasibətinizdən bəllidir. Bu işlər ört-basdır etdiyiniz avtomobil qəzasına bənzəməz, hər halınızdan, hər kəlmənizdən büruzə verir.

Elə məsəlidir, “Əli yanan ağzına təpər”.

Redaksiamıza yerli sakinlər tərəfindən verilən məlumata görə, indi də Ramiz Əliyev üçün “əlimyandı” imza toplanır. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən bütün seçkilərdə və tədbirlərdə işləri bahasına “əl buyruqçusu” yerinə qoyulan kommunal işçiləri bu dəfə də Ramiz Əliyev üçün imza atmağa məcbur edilir. Sakinlərin sözlərinə görə illərdir nəinki sakinlərə heç bir xeyri dəymədiyindən, hətta insanlarla kobud və özündənrazı davranışlarından narazı olduqları üçün imza atmaq istəməyən kommunal işçiləri, kirvənin əmrindən çıxmağın, onlar üçün işlərini itirmə bahasına başa gələcəyindən qorxduqları üçün, “ağanın əmrilə dərəyə sürməyə” vadar edilirlər.

İlham İsmayılovun kirvəsi üçün göstərdiyi səylərin nəticəsi yanvar ayının 20-dən sonra bəlli olacaq. O, zamana qədər isə biz Ramiz Əliyevi bugünə qədərki fəaliyyətilə silsilə məlumatları təqdim edərək, həm Mingəçevir sakinləri, həm də aidiyyatı qurumlarla tanış etməkdə davam edəcəyik.

Yeri gəlmişkən, bir zamanlar barəsindəki məlumatlarla bağlı mövqe bildirməkdən yayınan, həqiqətləri dərc etdiyimizə görə bizi məhkəmə ilə hədələyən, 10 cümləlik təhdid məktubunda 20-dən çox hərf və söz səhvi edən bələdiyyə sədri barəsində yeni məlumatlarımız olacaq.Bizi izləməkdə davam edin.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti