TƏBİB rəhbərinin müşaviri Səkinə Sadıxova haqqında şok məlumatlar -VİDEO
Xatırladaq ki, Səkinə Sadıxova Sumqayıt Tibb Mərkəzinə rəhbərlik etdiyi dönəmdə tabeliyində olan əməkdaşlarla cinayət əlaqəsinə girərək küllü miqdarda dövlət vəsaitini mənimsəmişdir. Bununla bağlı Baş prokurorluğun rəsmi məlumatı yayılmışdı. Məlumatda qeyd olunurdu ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı araşdırmalar aparılıb.
Yenixeber.org: Faktla bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıxova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır.
Sumqayıt Tibb Mərkəzində tikinti - təmir işlərindən milyonları mənimsəyən, kadr islahatı adı ilə işçi kollektivdə münaqişələrə səbəb olan, səhiyyə ocaqlarını şəxsi maraqları zəminində bazara çevirən Səkinə Sadıxova barəsində redaksiyamıza ciddi faktlar daxil olub. Məlumatlarda qeyd olunur ki, Sumqayıt Tibb Mərkəzində baş verən ciddi korrupsiya cinayətlərindən sonra Səkinə Sadıxova cəzalandırılmadı, əksinə qoruyucu dayıları onu daha yüksək məqama təyin etməklə, böyük vəzifə sahibi etdilər. Halbuki bu xanım ağır cinayət tərkibli əməllərə yol verməklə dövlət vəsaitlərini mənimsəməklə yanaşı rüşvətxorluq və korrupsiyanı Sumqayıt Tibb Mərkəzində inkşaf etdirmişdi. Kollektivdə "Cadugər" ləqəbi ilə tanınan Səkinə Sadıxova Allah tərəfindən ona xüsusi istedad verildiyini söyləməklə insanları müalicə etdiyini önə çəkir. Hansısa əməli ilə müalicə üsulu tətbiq etdiyi deyilən Səkinə xanımın dediyinə görə müqəddəs şəxslər olan İmamlar tez tez onun gözünə görünürmüş. Bu müəmmalı "istedada" malik xanımın sən demə daha bir özəl xüsusiyyətinvar imiş. Belə ki, Sumqayıt Əsəb Dispanserində vaxtilə müalicə alan Səkinə Sadıxova rühi xəstəlikdən də əziyyət çəkibmiş.
Bütün bu kimi faktlar ortada varkən, cinayət tərkibli əməlləri ilə sosial şəbəkə qəhrəmanına çevrilən Sadıxovanı görəsən özəl edən nədir ki, o Mərkəz rəhbərindən işdən çıxarılır və daha yüksək vəzifəyə - TƏBİB rəhbərinin müşaviri təyin olunur? Sual maraqlı olsa da cavabı çox acılı həqiqəti əks etdirir - Səkinə Sadıxovanı sən demə öz "HACI"sı var. Bəziləri çox hallarda hacı sözünü yanlış anlasada bizim düşüncəmizdə bu ifadə qoruyucu kimi anlaşılandır. Məhz bu baxımdan təqdim etdiyimiz şəkildə də görünür ki,"Cadugər" ləqəbli bu xanıma TƏBİB rəhbəri Vüqar Qurbanovun müavini Araz Nəsirov himayədarlıq edir. Əl ələ verib tort kəsən, və bir birinə olan səmimiyyəti gizlədə bilməyən cütlüyün dostluğu hələ çox cinayətlərə yol aça biləcəyinə işarədir.
Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Araz müəllimin dəstəyi ilə Səkinə xanım yeni vəzifəyə təyin olunacaq. Sadıxovanı TƏBİB - in Abşeron rayonu üzrə mərkəzinə rəhbər təyin edilməsi üçün artıq qərar qəbul edilib. Sumqayıt səhiyyəsini iflic edən, dövlətin milyonlarını talayan birinin Abşeron səhiyyəsində rəhbər təyin olunması sadəcə dəhşətli bir xəbər olardı. Araz Nəsirovun yaxın "dostu" na vəd etdiyi mükafat, növbəti etirazlara və narazılıqlara səbəb olacağına şübhə doğurmur. Araz müəllimin özəl mükafat və hədiyyələri insanlara və səhiyyəmizə ziyan verməməli və belə şəxsi qərarların qarşısı alınmalıdır. Əks təqdirdə səkinələr hələ çox milyonları arazların şərikliyi ilə dövlətdən oğurlayacaq və mənimsəyərək.(Reallıq. Tv)
Mövzuya qayıdacağıq.

 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti