Quba  "xan"ı  bələdiyyə sədrinin bu əməllərindən xəbərsizdir? - VİDEO
Quba rayonun Ağbil kəndində səlahiyyət sahibləri deyəsən köhnə qaydalarla yeni sərvətlər toplayıb, səltənət qurmağa çalışırlar.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Ağbil kənd sakini Müzəffərov Ümid Cavanşir oğlu agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında məlumat verib.

Onun sözlərinə görə, "kənd bələdiyyəsinin sədri Şahin Tağıyev sədr olduğu bu 15 il ərzində yalnız özünə və yaxınlarına xidmət edir. Bələdiyyə torpaqlarını qanunsuz zəbt edərək, özünün və yaxınlarının istifadəsinə verən bələdiyyə sədri bələdiyyə balansında olan torpaq sahələrinin bir qismini də 99 illik icarə müqaviləsi ilə sahibkarlara satıb. Özünün və qardaşlarının zəbt etdiyi ərazilərdə isə ferma tikib, böyük bir süni göl yaradıb, heyvandarlıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur".

Bundan əlavə, Ümid Müzəffərov qeyd edir ki, "kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, həmçinin yol üçün nəzərdə tutulmuş əraziləri həyətyanı torpaq kimi sakinlərə satıb, camaatı bir-birinə qırdırır. Kənd icra nümayəndəsi ilə əlbir olub, həmin satdıqları ərazilərdə qanunsuz olaraq yaşayış evlərinin tikilməsinə şərait yaradırlar.
Kənddə özbaşınalıqdır. İcra nümayəndəsi ilə bələdiyyə sədri nə istəyirlər, onu da edirlər. Mən dəfələrlə icra hakimiyyəti başçısının qəbulunda olub, bu barədə barədə məlumat vermək istəsəm də onun qəbuluna düşə bilmədim.

Ümumiyyətlə İlqar Mahmudov bizim rayona icra başçısı gəldiyindən bəri mən onun üzünü də görməmişəm.".



Qeyd edək ki, Ümüd Müzəffərovun müraciətilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.
Aidiyyatı qurumlara göndərilməsi üçünsə tərəfimizdən artıq rəsmi sorğular hazırlanıb.

Odur ki, bütün bunlar barəsində qarşıdakı günlərdə daha geniş araşdırmalarımızı təqdim edəcəyik.

Diqqətiniz bizdə olsun!

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti