MİDA-nın növbəti saniyələr çəkən HOQQABAZLIĞI... -
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirib. Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub.

MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib. Elektron kabinetə malik olan hər bir vətəndaşın seçimlərdə bərabər hüquqlara malik olduğu vurğulanıb. Bununla belə, bəzi istifadəçilər sistemin yüklənmə problemləri səbəbindən ədalətsizlik yaşandığını iddia ediblər. Narazılıqlar əsasən sistemin fəaliyyətindəki gecikmələr və seçim zamanı baş verən texniki problemlərlə əlaqədardır. Onu da nəzərə çatdıraq ki, bu kimi narazılıqlar hər dəfə təkrarlanır? Bəs problemdən çıxış yolu nədədir?

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, 35 saniyə ərzində güzəştli mənzillərin satışının bitməsi, tələb və təklif arasındakı böyük fərq bu məsələyə bir qədər daha ədalətli yanaşmanı zəruri edir: “İnsanlara güzəştli mənzil fürsətinin yaradılması sözsüz ki, uğurlu və təqdirə layiq işdir.

Lakin bu prosesin ən böyük çatışmayan tərəfi ev qazanmaq şansını insanların əl bacarıqlarına və istifadə etdikləri avadanlıqların texniki göstəricilərinin öhdəsinə və ya sosial həssaslıqla heç bir əlaqəsi olmayan amillərin öhdəsinə buraxmaqdır. Yəni bütün proses boyu sosial həssaslıq faktorları nəzərə alınan bir işin ən son həlledici məqamında bu sosial həssaslığın nəzərə alınmadan digər amillərin önə çıxmasını doğru hesab etmirəm.

Əgər sual olunursa ki, məsələn, 10 müraciətçi və 3 mənzil varsa, bunu necə verək?

Çox rahat şəkildə müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi üçün daha təkmil bir sistem yaradıla bilər. Şərti olaraq bunu, “Ehtiyac Qiymətləndirilməsi Sistemi” adlandıra bilərik. Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər.

İnsanın iki gözünü də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur. Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır. Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, Şəhid ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. Amma əvvəlcə bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiyası tərəfindən kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan formalaşmalıdır. Yəni ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli sıralamanı təmin edir.

Birinci növbədə sıralama prosesi həssaslıq dərəcəsinə görə aparılır. Eynilik yaranacağı hallarda isə ikinci kriteriyadan istifadə edilməlidir. Bu kriteriya isə “Ehtiyac” kriteriyası olmalıdır. Bu kriteriya üzrə müraciətçinin yaşayış şəraiti, gəlirləri və digər sosial amilləri qiymətləndirilə və sıralana bilər. Tikilən binalar isə sistemin sıralaması əsasında paylana bilər. Şəffaflığın təmin edilməsi üçün isə mütləq bu sıralama bütün digər müraciətçilər üçün açıq olmalıdır.

Amma bu zaman bir problem çıxa bilər. Daha az həssas hesab edilən qruplar sıralamada daim geridə qala və mənsizlərə sahiblənə bilməzlər. Bu problem həll etmək üçün isə Avtomatlaşdırılmış Sistem sıraladığı müraciətçiləri həm də qruplar daxilində sıralamalıdır. Bundan sonra mənzillər həmin qruplar arasında mütənasibliklə bölünməlidir. Məsələn, hər 100 mənzildən 30-u vətən müharibəsilə bağlı olan həssas qruplar, 20-si müəllim qrupu, 15-i dövlət qulluqçuları üçün və s. Əvvəldə qeyd etdiklərim mürəkkəb görünərsə, müraciət olunacağı təqdirdə təkliflərimi daha detallı şəkildə hazırlayaraq təqdim edə və prosesdə şəxsən iştirak edə bilərəm”.

İqtisadçı digər ədalətli variantın da mövcud olduğunu bildirdi: “ O zaman ya xüsusi sistem lazım deyil, ya indeksləşdirmək. Sadəcə televiziyada xüsusi qurumların nümayəndələrdən ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotereya vasitəsilə qaliblərin seçilməsi daha ədalətli olardı. O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti